11 December 2017

"Əsəblərinizi oynadan iş yoldaşı beyniniz üçün əladır"

Demək olar ki, hamı problemsiz, firavan iş mühiti və eyni ağılda olan iş yoldaşları istəyir. Lakin hollandiyalı neyropsixologiya mütəxəssisi, professor Erik Scherder, beynin sağlamlığı üçün bunun əksini müdafiə edir.

Scherder-ə görə iş yerində sizi narahat edən, əsəblərinizi oynadan insanlar varsa, bundan məmnun olmalısınız. Çünki, əsəb korlayan bir iş yoldaşı, beyin üçün ecazkar bir şeydir!

Professor deyir ki, gündəlik həyatda rahatlıq insanlar üçün o qədər də yararlı bir vəziyyət deyil.

Yeni döyüş təyyarələri, 8 milyard dollarlıq saziş... - 72 ədəd “F-15”

Qonşuları tərəfindən təcrid olunan Qətər hökuməti silahlanmanı davam etdirir.

Xudaferin.eu-nun məlumatına görə, Qətərlə Böyük Britaniya arasında 24 ədəd “Eurofighter Typhoon” döyüş təyyarəsi almaq üçün müqavilə imzalanıb. 8 milyard dollar dəyərində olan sazişi Qətərin Müdafiə naziri imzalayıb.

Televiziyalar yayımı kəsdi, Putinin əmri oxundu - Rus qoşunları...

Rusiya prezidenti Vladimir Putin Suriyaya səfər edib.

Xudaferin.eu xəbər verir ki, prezidenti daşıyan təyyarə Aralıq dənizi sahillərindəki Rus hərbi bazası Hmeymimdə eniş edib.

Rəsmi Moskva Putinin suriyalı həmkarı Bəşər Əsədlə görüşdüyünü bildirib.

“Reuters” xəbər agentliyinin məlumatına görə, Putin vətəndaş müharibəsinin davam etdiyi Suriyadan Rusiya hərbi qüvvələrini çıxarmağı əmr edib.

Nyu-Yorkda partlayış - Yaralı var

ABŞ-ın şərqindəki Nyu-York şəhərinin Manhetten bölgəsindəki avtobus terminalında partlayış olub.

Xudaferin.eu xəbər verir ki, partlayış yerli saatla 07:45 radələrində baş verib. Əraziyə yanğınsöndürmə briqadası cəlb olunub.

Nyu-York polisi hadisə nəticəsində bir nəfərin yaralandığını, şübhəli şəxsin isə saxlandığını açıqlayıb.

“Associated Press”(AP) xəbər agentliyi partlayışın metro platformasında baş verdiyini bildirib. Bəzi metro stansiyalarından insanlar təxliyə edilib.

Xudaferin.eu

“Bakı Metropoliteni”ndə ixtisarlar başladı - İşçilər etiraz edir

 

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin qarşısına toplaşan işçilər deyirlər ki, onlara işdən çıxma ərizəsini imzalamaq təklif olunub. BBC Azərbaycanca xəbər verir ki, aksiyaçılardan ümumilikdə, 230 nəfərin ixtisara düşdüyünü bildiriblər. İxtisarın hansı kriteriyalar əsasında aparıldığı işçilərə üçün qaranlıq qalıb.

 

Astanadan Kremli qıcıqlandıracaq addım

 

Bakı və Astana Qazaxıstan neft və qazının Azərbaycandan keçməklə dünya bazarlarına nəqli məsələlərinə dair iki işçi qrupu yaradır.Bunu Qazaxıstanın energetika naziri Kanat Bozumbayev cümə axşamı Bakıda jurnalistlərə deyib. K.Bozunbayev bildirib ki, Qazaxıstan neft və qazının hasilat həcmi artacaq və Azərbaycan ixrac marşrutları qismində nəzərdən keçirilir: “Bu məhsulların Azərbaycandan keçməklə dünya bazarlarına gələcəkdə nəqli nəzərə alınaraq Qazaxıstanın Qərbində LNG zavodunun inşası planlaşdırılır”.

 

Məhsa Mehdili: Özümüzü mərkəzçi qruplardakı türklərə anlatmalıyıq [Audio-Müsahibə]

 

 

Məhsa Mehdili “Amerikanın Səsi” radiosu ilə söhbətdə ‘Güney Azərbaycan Milli Hərəkatı’-nın İranın mərkəzçi qruplarla dialoq içində olduğu təqdirdə güclənəcəyini ifadə edir. Milli fəal deyir ki, “biz oturub mərkəzçi qrupları gözləməməliyik ki, gəlib bizimlə danışsınlar. Təşəbbüskar olmalıyıq. Hər şeydən öncə də özümüzü o mərkəzçi təşkilatlarda önəmli mövqelərdə olan türklərə anlatmalıyıq.”

 

Ərdəbildə azərbaycanlı siyasi məhbusların azadlığını tələb edən posterlər asılıb

 

Güney Azərbaycan Milli Hərəkatının Ərdəbildəki fəalları şəhərin müxtəlif yerlərində azərbaycanlı siyasi məhbusların azadlığını tələb edən posterlər asıblar. Posterlər üzərində Siyamək Mirzayi, Lətif Həsəni və Nasir Xülusinin şəkilləri əks olunub.

Rəsul Cəfərov: Azərbaycan hökumətindən bir şey tələb olunur-İlqar Məmmədovu azad etmək

 

Avropa Şurasının Nazirlər Komitəsi REAL hərəkatının lideri İlqar Məmmədovun şərtsiz azad edilməsi çağırışına riayət etmədiyinə görə Azərbaycana qarşı prosedura başlayıb. Avropa İnsan Haqları məhkəməsi bu qənaətə gəlib ki, İlqar Məmmədova qarşı ölçülər onun susdurulması və cəzalandırılması məqsədi daşıyır. REAL hərəkatının idarə heyətinin üzvü Rəsul Cəfərov Amerikanın Səsinin Amerika icmalı proqramında Avropa Şurasının Nazirlər Komitəsinin qərarının əhəmiyyətini və onun mümkün nəticələrini şərh edib.
 

Azərbaycanlı tenor Yusif Eyvazov “La Skala” teatrının səhnəsində çıxış edəcək

 

“La Skala” teatrı yeni mövsümü Umberto Cordanonun “Andre Şenye” operasının tamaşası ilə açacaq. Azərbaycanlı tenor Yusif Eyvazov Şenyenin partiyasını oxuyacaq, onun xanımı soprano Anna Netrebko isə baş qəhrəmanın sevgilisi Madlen de Kuanyinin obrazını yaradacaq. “La Skala” səhnəsindəki tamaşanın quruluşçu-rejissoru Mario Martonedir. Əsərin librettosunda Fransa İnqilabını ürəkdən dəstəkləyən və sonradan bu inqilabın qurbanlarından birinə çevrilən aristokrat şairin taleyindən bəhs edilir.