10 December 2017

ABŞ-da təyyarə yaşayış evinə çırpılıb, ölənlər var

ABŞ-ın Kaliforniya ştatında göyərtəsində dörd nəfər olan yüngül motorlu təyyarə yaşayış evinin üzərinə düşüb.

Xudaferin.eu xarici mətbuata istinadən xəbər verir ki, hadisə San-Diyeqo şəhərində baş verib.

Beech B36 Bonanza birmühərrikli təyyarəsinin qəzaya uğraması göyərtədə olan iki nəfər ölüb. Qəzadan sonra evdə yanğın başlayıb.

İnsident zamanı evdə heç kim olmayıb.

Xudaferin.eu

Cocuq Mərcanlıda təmizlənmiş ərazilərlə bağlı - Son məlumat / FOTOLAR

Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində ötən gün ərzində 17100 kv.m (1.71 ha) ərazi tam təmizlənib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Metbuat.az-a verilən məlumata görə, daha 6 000 kv.m (0.60 ha) ərazi 20 sm dərinliyində və 3 200 kv.m (0.32 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb (cəmi: 26 300 kv.m (2.63 ha)), mina və partlamamış hərbi sursat aşkar edilməyib.

Əməliyyatlarda 55 nəfərlik şəxsi heyət iştirak edir.