09 December 2017

Azərbaycan alimi Günəş enerjisinin müsbət və mənfi təsirləri barədə məlumat verib

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının qalaktikalar və ulduzəmələgəlmə prosesləri şöbəsinin elmi işçisi Günel Bahəddinova Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən “MDB ölkələrində davamlı enerji həlləri və təmiz texnologiyaların təbliği” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib.

Alimlər Marsda çiyələk və pomidor əkməyi planlaşdırırlar

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mütəxəssisləri Marsda xurma palmaları, kahı, pomidor və çiyələk əkməyi planlaşdırırlar.

Xudaferin.eu runews24 saytına istinadla xəbər verir ki, BƏƏ hökuməti bitkilərin əkilməsi üçün təxminən 5,5 milyard dollar xərcləmək niyyətindədir.

Alimlər onların ölkəsinin “qırmızı planet”lə oxşarlığını qeyd edirlər. Bunu əsas gətirən mütəxəssislər Marsın xurma, çiyələk və pomidor yetişdirilməsi üçün əlverişli olmasına inanırlar.

Terrorçuların qanlı planı üzə çıxdı - Türkiyə ordusuna qarşı...

Türkiyənin sərhədlərini terrorçulardan təmizləmək üçün həyata keçirdiyi “Fərat Qalxanı” hərəkatı bölgədə etibarlılıq və sülhü təmin edib.

Metbuat.az-ın məlumatına görə, hərəkat İdlib əməliyyatı ilə davam edib və münaqişəsiz ərazilər genişlənib. Türkiyə Silahlı Qüvvələrinin (TSQ) YPG nəzarətindəki Afrinə əməliyyat hazırladığı vaxt, İŞİD terrorçularının Cerablusa sızdığı məlum olub.

Litseydəki qanlı hadisənin səbəbləri hələki müəyyən edilməyib - ABŞ

ABŞ-ın Nyu-Meksiko əyalətindəki litseydə silahlı insidentin təfərrüatları araşdırılır.

Xudaferin.eu-nun məlumatına görə, polis hələlik hadisəni törədən şəxsin kimliyini açıqlamayıb. Bildirilir ki, hadisənin terror aktına dair heç bir iz yoxdur. Qeyd edək ki, naməlum şəxsin atəş açması nəticəsində 2 şagird həyatını itirib, 15 yaralı var. Hadisə zamanı silahlı şəxs də həlak olub.

Lakin onun hansı vəziyyətdə öldüyünə dair məlumat verilməyib. Qanlı hadisədən dərhal sonra təhsil ocağının bütün şagirdləri təxliyə edilib. Yaxınlıqda yerləşən məktəblər müvəqqəti bağlanıb.

İsrail ordusu: Qəzza sektorundan İsrailə gün ərzində ikinci raket buraxılıb

Qəzza sektorundan İsrailin cənubuna gün ərzində ikinci raket buraxılıb.

Xudaferin.eu-nun məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir: "Rekt Qəzza sektorundan İsrailin cənubuna buraxılıb".

Qeyd edək ki, daha əvvəl İsrail ordusu Qəzza sektorundan buraxılan raketin "Dəmir günbəz" Raket Hücumundan Müdafiə Sistemi ilə qarşısının alıdığını bildirib.

Xudaferin.eu

2019-cu ilədək dünya əhalisinin yarıdan çoxu internetdən istifadə edəcək

“eMarketer” analitiklərinin proqnozuna görə, 2017-ci ildə dünyada internet istifadəçilərinin sayı 3,46 milyarda çatacaq. Bu il isə planet əhalisinin təxminən 47 faizi masaüstü fərdi kompüter, noutbuk və ya mobil qurğu vasitəsilə azı ayda bir dəfə internetə daxil olub.

Xudaferin.eu xəbər verir ki, ekspertlərin hesablamalarına əsasən, 2019-cu ilədək planet əhalisinin 50 faizdən çoxu və ya təxminən 3,84 milyard nəfər internetdən istifadə edəcək. 2021-ci ildə göstəricilər müvafiq surətdə 53,7 faiz və 4,14 milyard nəfər olacaq.

İstanbulda terror aktının qarşısı alınıb

İstanbulda terror aktı hazırlığında olan İŞİD qruplaşmasına məxsus dəstə zərərsizləşdirilib.

Xudaferin.eu xəbər verir ki, təhlükəsizlik qüvvələri eyni vaxtda şəhərin üç rayonunda antiterror əməliyyatları keçiriblər. Nəticədə dördü əcnəbi ölkə vətəndaşı olmaqla beş nəfər terrorçuluqda şübhəli bilinərək həbs edilib. Onlardan terrorçuluq məqsədilə istifadə olunan xeyli ləvazimat aşkar edilib.

Faktla bağlı təhqiqat aparılır.

Xudaferin.eu

Şimali Koreya üzrə xüsusi nümayəndə Yaponiya səfər edəcək

ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Cozef Yun 11-15 dekabr Yaponiya və Tailanda səfər edəcək.

Xudaferin.eu-nun "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Şimali Koreyaya təzyiqin gücləndirilməsi məsələləri müzakirə olunacaq.

ABŞ Dövlət Departamentinin məlumatında bildirilir ki, Amerika Birləşmiş Ştatları məqsədi Şimali Koreyanın denuklearizasiya üzrə etimada layiq danışıqlara qaytarılması olan hər iki ölkə ilə əməkdaşlığın davam etdiriləcəyinə ümid edirlər.

Xudaferin.eu

Trampın köməkçisi istefa verəcək

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Dina Pauell istefa verəcək.

Xudaferin.eu-nun məlumatına görə, bu barədə Ağ Evin açıqlamasında bildirilib. Məlumatda qeyd edilib ki, İsrail-Fələstin məsələsi ilə məşğul olan D.Pauell 2018-ci ilin ilk yarısında istefa verəcək. Prezidentin müşaviri Cared Kuşner bildirib ki, yaxın zamanlarda Pauellin hansı vəzifədə çalışacağı müəyyən ediləcək.

Xudaferin.eu

İdlibə hava hücumu - 3 uşaq, 2 qadın öldü

Suriyanın İdlib vilayətinin Zarzur kəndinə döyüş təyyarələri ilə hücum olub.

Xudaferin.eu-nun məlumatına görə, bu barədə İdlib Mülki Müdafiə Xidmətinin rəhbəri Mustafa Hac Yusuf məlumat verib. Məlumatda deyilir ki, axşam saatlarında Zarzur kəndinə rus döyüş təyyarələri tərəfindən hücum edilib. Nəticədə eyni ailədən olan 5 nəfər həlak olub, 3 adam yaralanıb. Onun sözlərinə görə, hava hücumunda ölənlərdən üçü uşaq, ikisi qadındır.

Mustafa Hac Yusuf bildirib ki, axtarış-xilasetmə işləri artıq bitib.

Xudaferin.eu