07 December 2017

Azərbaycan və Pakistan razılığa gəldi

Azərbaycan və Pakistan gələcək əməkdaşlıq üçün ilkin razılığa gəlib. Burada aqrar elmi-tədqiqat işləri sahəsində əməkdaşlığın genişləndirilməsi və aqrar universitetlər arasında əlaqələrin qurulması xüsusi yer tutur.

Xudaferin.eu-nun "Report"a istinadən verdiyi xəbərə görə, bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov məlumat verib.

Pakistandan Qarabağ məsələsində Azərbaycana tam dəstək

Pakistan Azərbaycana Dağlıq Qarabağ məsələsində verdiyi dəstəyi genişləndirməkdə davam edəcək.

Xudaferin.eu xəbər verir ki, bu barədə Trend-ə müsahibəsində Pakistanın xarici işlər naziri Havaca Məhəmməd Asif deyib.

Onun sözlərinə görə, Pakistan Dağlıq Qarabağ məsələsində prinsipial mövqe tutur və qardaş Azərbaycanı bununla bağlı bütün forumlarda dəstəkləyir.

Milli mətbəximizə aid dolma "UNESCO"-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edildi

 Dolma Azərbaycana məxsus kulinariya növü kimi "UNESCO"nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib.

Xudaferin.eu xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın "UNESO" yanında daimi nümayəndəliyinin rəhbəri Anar Kərimov Tvitter səhifəsində məlumat verib.

Anar Kərimov bildirir ki, iki illik əmək nəticəsində dolmanı Azərbaycana məxsus kulinariya növü kimi "UNESCO"nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil etmək mümkün olub.

Xudaferin.eu

Trampın qərarı Yaxın Şərqi yanğın yeri etdi - Toqquşmalar başlayıb / FOTOLAR

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Trampın etirazlara baxmayaraq, Qüdsü (Yerusəlim) İsrailin paytaxtı elan etməsi qarşıdurmaya səbəb olub.

Xudaferin.eu-nun məlumatına görə, o, miqrantların və İslamın düşməni adlandırılıb. Fələstində onun əleyhinə keçirilən etiraz aksiyalarında Trampın posterləri və ABŞ bayraqları yandırılıb.

“ABŞ-ın qərarı təhlükəli təsirlərə səbəb olacaq” - Qətər əmiri

Qətər əmiri Şeyx Təmim bin Həməd əl Sani ABŞ prezidenti Donald Trampın Qüds qərarı ilə bağlı açıqlama verib.

Xudaferin.eu-nun məlumatına görə, o bildirib ki, ABŞ-ın səfirliyini Qüdsə köçürməsi təhlükəli addımlara səbəb olacaq.

Şeyx Təmim ona telefonla zəng vuran ABŞ prezidenti Trampa, atdığı addımın Yaxın Şərqdəki vəziyyəti daha da gərginləşdirəcəyini, bölgədəki təhlükəsizliyə mənfi təsir edəcəyini bildirib.

Xudaferin.eu

Kamança YUNESKO-nun siyahısına daxil edildi

Bu ilin 4-9 dekabr tarixində Koreya Respublikasının Jeju adasında keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyasında Azərbaycan və İran İslam Respublikasının birgə təqdim etdiyi “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti” YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.

Rusiya və Avropa Birliyindən Qüdslə bağlı açıqlama

“Həmas”ın Siyasi Bürosunun rəhbəri İsmail Haniyyə, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovla ABŞ-ın Qüdslə bağlı qərarını müzakirə edib.

Xudaferin.eu-nun məlumatına görə, “Həmas”-ın mətbuat xidmətindən verilən yazılı açıqlamada bildirilib ki, Haniyyə ilə Boqdanovun telefon danışığında, ABŞ-ın səfirliyini Təl-Əvivdən Qüdsə köçürmək qərarının beynəlxalq hüquqa zidd olduğu və beynəlxalq qərarlara açıq şəkildə meydan oxumaq olduğu qeyd edilib.

Erməni ordusunda döyüş sursatları oğurlanıb - Aprel döyüşləri

2016-cı ilin aprelində Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında baş vermiş döyüşlərdən sonra erməni qoşunlarının hərbi hissələrində döyüş sursatlarının itməsi halları qeydə alınıb.

Bununla əlaqədar prokurorluq bir neçə cinayət işi açıb.

Ehtimal olunur ki, silah-sursatı aprel döyüşlərində iştirak etmiş könüllülər özləri ilə aparıblar.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Yerevan sakini Levon Gevorqyan 2016-ci il aprelin 10-dan mayın 19-dək döyüş bölgəsində təlim keçib və qeyri-qanuni olaraq 176 patron ələ keçirib.

“Xəzəryanı dövlətlərin ortaq məxrəcə gəlməsi mümkün olub” - Elman Nəsirov

Xəbər verdiyimiz kimi, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın bütün məsələləri ilə bağlı razılıq əldə edilib.

Xudaferin.eu-nun məlumatına görə, bu barədə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Moskvada keçirilən 7-ci müşavirəsinin yekunlarına dair mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.

Nazir deyib: “Konvensiyanın mətni demək olar ki, hazırdır. Konvensiya Xəzəryanı ölkələrin dövlət başçılarının Qazaxıstanda keçiriləcək Sammitinə təqdim olunacaq”.

“WhatsApp”-da daha bir - YENİLİK etdi

Dünyanın ən məşhur mobil tətbiqi “WhatsApp” yeni funksiyasını təqdim etməyə hazırlaşır.

Xudaferin.eu xəbər verir ki, bu yeniliklə artıq “WhatsApp” qrupuna gələn mesajları tək-tək oxumağa ehtiyac qalmayacaq. “WACAO” adlanan köməkçi proqram qrupdakı mesajların qısa xülasəsi ilə sizi tanış edəcək. Qrupda yazılanların qısa məzmununu bilmək istəyirsinizsə, “WACAO” söhbətini açdıqdan sonra “xülasə” yazın və qrupun adını qeyd edin. Proqram sizə qrupda nədən danışıldığı barədə ətraflı məlumat verəcək.

Xudaferin.eu