06 December 2017

Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə bağlı qayda dəyişir

Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qaydalarda dəyişiklik edilir.

Xudaferin.eu APA-ya istinadən xəbər verir ki, bu, Seçki Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, məcəllənin 179-cu (Növbədənkənar prezident seçkilərinin keçirilməsi) maddəsində növbədənkənar prezident seçkiləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edildikdən sonra 3 ay yox, 60 gün ərzində keçiriləcək.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçirilən iclasında müzakirəyə çıxarılacaq.

15 min il yaşı olan yeraltı göl tapıldı (FOTO)

Kanadanın Kvebek şəhərində iki qeyri-peşəkar tədqiqatçı yerin 30 metr dərinliyində 15 min il yaşı olan yeraltı göl-mağara tapıblar.

Xudaferin.eu xarici KİV-ə istinadən xəbər verir ki, Denyel Keron və dostu Lak Le Blenkin tapdıqları su ilə dolu olan mağaranın hündürlüyü 20 metr, uzunluğu isə 200 metrə qədərdir. Keron mətbuata açıqlamasında, "İnsanlar belə bir mağaranı ancaq ayda görə bilərdilər. Düşünürük ki, sözügedən mağara son buz dövründə inşa edilib", deyib.

Mağaradakı suyun qayalardan axan su damcılarından qaynaqlandığı bildirilir.

Banklarda vəziyyət gərgin olaraq qalır: faizlər daha da aşağı salınacaq

"Bu il kommersiya banklarındakı əmanətlərin həcmi 7 milyard 747 milyon manatdan 7 milyard 22 milyon manatadək, yəni 725 milyon manat azalıb. Mövcud əmanətlərin 1 milyard 982 milyon manatı milli, 5 milyard 40 milyon manat isə xarici valyutada saxlanılır. Deməli, əmanətlərin 70 faizindən çoxu xarici valyutadadır. Əmanətlərin həcminin azalması ilə yanaşı diqqəti çəkən digər məqam depozit faizlərinin aşağı düşməsidir".

Uşaqlar üçün "Facebook"

Dünyanın ən böyük sosial şəbəkəsi "Facebook" 13 yaşdan kiçik uşaqlar üçün "Messenger Kids" adlı tətbiqetməsini istifadəyə verib.

Xudaferin.eu xarici mediaya istinadən xəbər verir ki, "Facebook" yaşı 13-dən böyük olan şəxslər üçün nəzərdə tutulub, lakin 20 milyondan çox azyaşlının sosial şəbəkədə qeydiyyatda olduğu təxmin edilir. Bunun qarşısını almaq üçün şirkət uşaqlara "Facebook Kids" ilə mesajlaşma xidməti təklif edir. Bu tətbiqetmənin istifadəsi üçün valideynlərin icazəsi lazımdır.

Sensasiyalı islahatlar gəlir: nazirlər və icra başçıları... - ANONS

"Strateji Yol Xəritəsində resbuplikada kadr bankının yaradılması ilə bağlı fikirlər var və bunlar tədricən reallaşdırılır. Prezident İlham Əliyevin ötən gün Fazil Məmmədovun vergilər naziri vəzifəsindən azad edilməsi ilə bağlı sərəncamı da məhz bununla bağlı idi".

Xudaferin.eu xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O vurğulayıb ki, ölkə başçısı Nazirlər Kabinetini əsaslı surətdə tələblərə uyğun yeniləyir və çevikləşdirir: