05 December 2017

Ən azı 80 ölü, xeyli sayda yaralı var - PKK-ya ağır zərbə

Türkiyə Silahlı Qüvvələri (TSK) Şimali İraqın Asos bölgəsinfə PKK-nın əlavə terrorçu və silah topladığı ərazilərə hava zərbəsi endirib.

Xudaferin.eu-nun məlumatına görə, Türkiyə ilə sərhəddən təxminən 150 km uzaqlıqda Asos bölgəsinə toplaşan PKK-ya ağır zərbə vurulub.

Əməliyyatlar zamanı PKK-nın 77 hədəfi vurulub, 80-dən çox terrorçu zərərsizləşdirilib. TSK-a son zamanlarda ilk dəfə sərhəd keçidləri istisna olmaqla, Şimali İraqın içərilərinə doğru girib.

Xudaferin.eu

Qəzet kağızı gömrük rüsumundan tam azad edildi

Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən qəzet kağızı idxal gömrük rüsumundan tam azad edilib.

Xudaferi.eu-nun məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.

Yəməndə girov götürülən jurnalistlərin taleyi barədə məlumat yoxdur

Yəmənin paytaxtı Sənada husi üsyançıları Yəmən Tudey telekanalını ələ keçirib.

Xudaferin.eu məlumatına görə, binadakı 41 jurnalist girov vəziyyətində saxlanıllır. Onların arasında əcnəbi müxbirlərin də olduğu güman edilir. Jurnalistlərin taleyi barədə məlumat verilmir.

Qeyd edək ki, Yəmən Tudey telekanalı keçmiş prezident Əli Abdullah Salehi dəstəkləyirdi.

Sabiq dövlət başçısı bir neçə dəfə buradan Husi üsyançılarına qarşı çıxışlar etmişdi.

Xudaferin.eu

İran Xəzərdəki hərbi donanmasına yeni raket gəmisi daxil edib

İran Xəzər dənizindəki donanmasının döyüş tərkibinə ölkədə istehsal olunmuş “Sipər” yeni raket gəmisi daxil edib.

Bu barədə İran Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bəndər-Ənzəli limanında keçirilmiş təntənəli təhvil vermə mərasimində İranın müdafiə naziri Əmir Hatəmi iştirak edib. O çıxışında yeni gəminin bölgədə təhlükəsizliyin və sabitliyin qorunmasına xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Səhnədə gənc istedadlardır

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında “Gənclərə dəstək” layihəsi çərçivəsində “Gənc istedadlar” adlı konsert olub.

Konsertdə respublika və beynəlxalq müsabiqələrin laureatları, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının və Asəf Zeynallı adına Bakı Musiqi Kollecinin tələbələri çıxış ediblər. Gecədə Azərbaycan və dünya musiqisi klassiklərinin əsərləri səslənib. Tamaşaçılar gənc artistlərin çıxışlarını böyük maraqla qarşılayıblar.

 

Xudaferin.eu

Gənc rəssamlarının sərgisi keçiriləcək

Dekabrın 8-dən 28-dək Bakıdakı “Natəvan” qalereyasında Azərbaycanın gənc rəssamlarının qrup halında sərgisi keçiriləcək. “Spektr” adlı bu sərgidə Orxan Qarayev, Bəhruz Kəngərli, İmran Mehdiyev və Cavid İlhamın işləri nümayiş etdiriləcək.

Tədbirin təşkilatçıları bildiriblər ki, ekspozisiya tamaşaçılar üçün hər gün saat 11-dən 17-dək açıq olacaq.

Nazir müavini: BƏƏ həmişə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyib

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) həmişə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyib.
 

Bunu xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev BƏƏ-nin qurulmasının 46-cı ildönümünə həsr olunmuş tədbirdə deyib. Onun sözlərinə görə, BƏƏ Azərbaycanın müstəqilliyini tanıyan ilk müsəlman ölkələrindəndir: "Bu, Azərbaycan üçün əhəmiyyətli dəstək idi".

Cocuq Mərcanlıda 51600 kv.m. ərazi təmizlənib

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 51 600 kv.m (5.16 ha) ərazi tam təmizlənib,11 200 kv.m (1.12 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb (cəmi: 62 800 kv.m (6.28 ha)), mina və partlamamış hərbi sursat aşkar edilməyib. Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən məlumat verilib. Əməliyyatlarda 55 nəfərlik şəxsi heyət iştirak edir.

Kiyevdə gənc azərbaycanlı rəssamın sərgisi açılıb

Ukraynanın paytaxtı Kiyevdə gənc azərbaycanlı rəssam Elvira Məmmədovanın əsərlərindən ibarət sərgi açılıb. Sərgidə E.Məmmədovanın müxtəlif janrlarda çəkdiyi 15-ə yaxın əsəri sərgilənir.

 

Rəsmlər yüksək rəngli kontrast və ritmik xətlərlə xarakterizə olunur, səs seçimi hissi yaradır. Sirli portretlər, danışan dağlar, göyün hərəkəti, kosmik məkanlar, bunların hamısı azərbaycanlı rəssamın çox zəngin ruhunun simfoniyasını yaradır. Sərgi dekabrın 8-dək davam edəcək.

Xudaferin.eu

Astanada keçirilən xeyriyyə sərgisi və yarmarkasında Azərbaycan da təmsil olunub

Qazaxıstanın paytaxtı Astanada ənənəvi olaraq Yeni il qabağı xeyriyyə sərgisi və yarmarkası keçirilib. Qazaxıstanda Akkreditə Olunmuş Diplomatik Korpus Rəhbərlərinin Xanımları Klubunun təşəbbüsü və səfirliklərin təşkilatçılığı ilə hər il keçirilən aksiyada 54 ölkənin səfirliyi iştirak edir. Azərbaycanın Qazaxıstandakı səfirliyi bu il keçirilən aksiyada ilk dəfə olaraq ölkəmizi təmsil edib.

Günahlara görə ölüm: Edam hökmünün qüvvədə olduğu ölkələr: Kimdə nə qədər adam öldürülür? - SİYAHI

Bu gün bir çox ölkələrdə edam cəzası hələ də qalmaqdadır. Xüsusən də, diktatura rejimində olan ölkələrdə bu cəza xalqı qorxutmaq üçün əsas “silah” hesab edilir. Hətta, bəzi ölkələrdə hər il 1000-dən artıq insan bu üsulla öldürülür. İndiyədək edam cəzasının mövcud olduğu ölkələrin statistikasını təqdim edirik:

 

Çin – Hər il 1000-dən artıq insan edam edilir

İran – Hər il 300 və bundan da çox insan edam edilir

Səudiyyə Ərəbistan – Hər il 90-dan artıq insan edam edilir

İraq – Hər il 61-dən artıq insan edam edilir

Bakıda məşhur bazar sahibinin müəmmalı ölümü: Mərhum iş adamını Ziya Məmmədovla nə bağlayırdı?

“Əcəlinin öz əliylə olacağını ağlıma belə gətirmirdim. Son vaxtlar özünə qapanırdı. Tək-tənha qalmağa üstünlük verirdi. Danışıb-gülsə də sıxıntı çəkdiyi bəlli idi. Hər zamanki halı deyildi. Amma hər bir ailədə olan sıxıntılar olduğundan bu səbəbdən darıxır deyə düşünürdüm. Ağlıma sığmır etdiyi...”
 

Alova bürünən Xəzər: İtkin neftçilərin yolunu gözləyən ailələr, cəzasız qalan müqəssirlər və dənizin ortasındakı abidə

Sanki bir an içində yataqda yer yerindən oynadı. Dağıdıcı dalğalar 110 atmosfer təzyiqilə işləyən sualtı qaz xəttinin dayaq borusunu qıraraq boru kəmərini zədələdi və bununla da şiddətli yanğın baş verdi. Həyatın acı mənzərəsinə tuş gələn neftçilər bir-bir dənizə düşdü. Kimisi xilas oldu, kimisə yanğına tuş gəldi, bəziləri isə ümumiyyətlə, bu günə qədər tapılmadı. Onların sorağı hələ də həsrət çəkir. Bu dəhşətli fəlakətdən iki il ötür…İtkin düşən 18 neftçidən hələ də soraq yoxdur…Amma onların yolunu hələ də ümidlə, intizarla gözləyənlər var.

PKK-nın erməni terrorçuları – Öcalandan Sırrı Sakıkadək

PKK terror təşkilatı daxilndə ermənilərin olması həm Türkiyə Milli İstihbarat Təşkilatı, həm də türk ictimai təşkilatların, akademik dairələrin nümayəndələri tərəfindən tədqiq və təsdiq olunub. Politoloq Nəzakət Məmmədova bu istiqamətdə araşdırma aparıb və araşdırmanın nəticələrini təqdim edib.

İnternet resurslarının monitorinqi zamanı PKK-da fəaliyyət göstərən, lakin milliyyətcə erməni olmaqda şübhəli bilinən aşağıdakı şəxslər müəyyən edilib:

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoqu olacaq

Dekabrın 5-də Bakıda Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası işə başlayacaq.

 

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, iclasda nümayəndə heyətləri işçi qruplarda ikitərəfli münasibətlərin cari vəziyyətini nəzərdən keçirəcək və qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətlərini müzakirə edəcək.

Yəmənin keçmiş prezidenti öldürüdü

Yəmənin keçmiş prezidenti Əli Abdullah Salehi öldürülüb. Onun təyyarəsi husi qiyamçıları tərəfindən vurulub.

 

Sabiq dövlət başçısı ölkənin Marib şəhərinə uçurmuş. Ə.A.Salehinin lideri olduğu Yəmən Ümumxalq Konqresi keçmiş prezidentin öldürülməsi haqqında yayılan xəbəri təkzib edib. Partiyadan bildirilib ki, bu məlumatı husilər yayıb və əsassızdır.

Saakaşvili Poroşenkonu «işə buraxmayacağı ilə hədələdi» - Xalqı Maydana çıxmağa çağırdı

Gürcüstanın sabiq Prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili bəyan edib ki, dekabrın 10-da Müstəqillik meydanında mitinq keçirmək niyyətindədir. Mitinqdə impicment barədə qanunun qəbulu tələb olunacaq.

Məlumatla görə, bazar günü Saakaşvilinin təşkilatçılığı ilə Kiyevdə Poroşenkoya impicment tələbi ilə yürüş keçirilib və sonda Avropa meydanında mitinqlə başa çatıb. Polisin məlumatına görə, tədbirdə 2,5 min insan iştirak edib.