04 December 2017

"Facebook"dan daha bir yenilik -"Selfie" şifrələr

Yaxın zamanlarda “Facebook”a şifrəsiz daxil ola biləcəksiniz.
Xudaferin.eu xəbər verir ki, “Webtekno”nun xəbərinə görə, yeni “üz tanıma” sistemi vasitəsilə artıq şifrə yazmaq dövrü geridə qalacaq. Sadəcə üzünüzün açıq vəziyyətdə olduğu fotonu “Facebook”a göndərəcəksiniz və şirkət hesabın sizə aid olub-olmadığını dəqiqləşdirəcək. Daha sonra göndərdiyiniz "Selfie" formatındakı foto şirkətin serverlərindən silinəcək.

Şəxsiyyət vəsiqələrində elektron imzalar yazılacaq

Bakutel-2017 23-cü beynəlxalq “Telekommunikasiya və informasiya texnologiyaları” sərgisi və konfransı çərçivəsində yeni şəxsiyyət vəsiqələrinin təqdimatı keçiriləcək.

Bunu sərginin açılışına həsr olunmuş mətbuat konfransı zamanı Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

“Ermənistanın bu addımının qarşısı alınmasa, terror təhlükəsi...” - Aydın Mirzəzadə

Ermənistan PKK terrorçularına pasport və viza verməyə başlayıb.

Metbuat.az-ın məlumatına görə, bu, Türkiyədə fəaliyyət göstərən Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (BƏEİM) araşdırmaları zamanı məlum olub. Məlumata görə, PKK terrorçuları başda Avropa olmaqla, müxtəlif ölkələrə də Ermənistan pasportu ilə səyahət edə bilirlər. Hətta Ermənistanın PKK-ya kvota ayırdığı və hər ay 50 PKK-çıya viza verdiyi də məlum olub.

Yanvar ayında pensiyalar nə qədər artacaq? - Cavabı bu xəbərdə...

"Azərbaycanda yanvar ayında pensiyalar artırılacaq".

Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Onun sözlərinə görə, mövcud qanunvericilik əsasında hər ilin əvvəlində ötən ilin əmək haqqının ölkə üzrə artım sürətinə uyğun olaraq pensiyaların bütün məbləği indeksləşdirilir: "Biz artıq Dövlət Statistika Komitəsindən 2017-ci il üçün orta aylıq əmək haqqının artım sürəti haqqında rəsmi məlumat əldə etmişik. Buna əsasən yanvar ayında pensiyalar artırılacaq". (Report)

Maraqlıdır, artım nə qədər olacaq?

Rafiq Əliyev, Ramiz Rövşən və "işıq ordusu" Lütfi Zadənin məzarını ziyarət etdi- REPORTAJ-FOTOLAR

Dünyanın nəhəng alimlərindən biri, bəşər tarixində elmə yanaşmanı dəyişən, elmi nəzəriyyələri ilə inqilab yaradan Lütfi Zadə dünyasını dəyişsə də, onun irsi həm davamçıları, həm də soydaşları tərəfindən davam etdirilməlidir. 
 

Artıq telefonunuza kimin baxdığı barədə xəbərdar ediləcəksiniz

"Google" şirkətinin tədqiqatçıları istifadəçini onun çiyni üzərindən telefon ekranına baxan şəxslər haqqında xəbərdar edən proqram hazırlayıblar.

 

Şirkətin məlumatına görə, kompüter təlimindən istifadə edən proqram təminatı qurğu sahibi olmayan və ekrana baxan şəxsin sifətinin müəyyənləşdirilməsi üçün smartfonun ön kamerasını tətbiq edir. Proqram real vaxt rejimində istifadəçini smartfon ekranında yad şəxsin mətn oxuması və ya internet səhifəsini izləməsi barədə xəbərdar edir.

“Heydər Babaya salam” poemasına Nəzirə yazanların Simpoziumu keçirilib

Güney Azərbaycanın Əhər şəhərində ustad Şəhriyarın “Heydər babaya salam” poemasına Nəzirə yazanların Simpoziumu keçirilib. Simpoziuma 5 Azərbaycan əyalətindən çox sayda şair və nəzirəçi qatılıb.

İkinci ildir keçirilən simpozium cümə axşamı günü Əhərin Mirzə Cəfər Qaracadağlı İctimaiyət Salonunda baş tutub. Simpoziuma Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan və Qəzvin əyalətlərinin şair və nəzirə yazanlarından 35 əsər göndərilib.

“ARTIM”da yeni sərgi - “Monumental”

“YARAT”ın “ARTIM” layihə məkanında “Monumental” adlı sərgi açılıb.

“ARTIM lab” layihəsi çərçivəsində reallaşan birgünlük sərgidə rəssamlar Şahnaz Ağayeva, Hatəm Əlizadə, Leyla Quliyeva, Qafar Rzayev, Mousa Bəyzadə, Etibar İsmayılov, İlahə Xalıqova, Aydan Mirzəyeva və Aqil Tahirlinin əsərləri sərgilənib. Sərginin kuratoru avstriyalı rəssam Mixael Hirşbixlerdir.

Azərbaycanda əlil olmağın ÇƏTİNLİKLƏRİ

“Azərbaycanda əhalinin 6% -i sağlamlıq imkanları məhdud olan insanlardır. Bu, dünyanın ən aşağı göstəricilərindən biridir. Ümumiyyətlə, bizim millət sağlam millətdir”, - əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov hər il dekabrın 3-də qeyd olunan Beynəlxalq Əlillər Günü ərəfəsində “Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı Azərbaycanın BMT Konvensiyasının icrası üzrə öhdəlikləri, nailiyyətlər, problemlər və perspektivlər” mövzusunda keçirilən Bakı konfransında bildirib.

Bu qidalar ölüm riskini artırır

Sosiska, kolbasa, vetçina kimi işlənmiş ət məhsullarının, erkən ölüm riskini yüzdə 44 nisbətində artırdığı müəyyənləşib. Bu kimi hazır qidalardan uzaq durulmalıdır.

"BMC Medicine" jurnalında dərc olunan araşdırmaya görə, işlənmiş ət məhsullarını tez-tez istehlak edənlərdə, ürək və damar xəstəlikləri ilə xərçəngə bağlı erkən ölümlər daha çox görülür.
 

Dövlət qurumları iş yerlərini gizlədir - NİYƏ?

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının iclasında sədr Məleykə Abbaszadə dövlət orqanlarının vakant yerlər haqqında məlumatları gizlətdiyini deyib.“Dövlət İmtahan Mərkəzi (DİM) vakant vəzifə yerləri haqqında onlara məlumat verməyən dövlət orqanlarına aşkar edilmiş pozuntuların aradan qaldırılmasının təmin edilməsi üçün müvafiq məktublar göndərib.
 

Mixeil Saakaşvilinin tərəfdarları Kiyevdə yürüş keçirib

Gürcüstanın keçmiş prezidenti, Odessanın sabiq qubernatoru Mixeil Saakaşvilinin tərəfdarları dekabrın 3-də Kiyevdə Ukrayna prezidenti Petro Poroşenkonun istefası tələbilə yürüş keçirib.

 

Yürüş iştirakçıları Kiyevdə Taras Şevçenko parkında toplaşandan sonra prezident administrasiyasının binasına doğru yürüşə başlayıblar. Yürüşçülərin önündə Saakaşvili özü gedib.

Palatanın sahibkarın əl-qolunu bağlayan qərarı

Türkiyədə pul köçürmələrinə, eləcə də bankomatlardan nağd pulun çıxarılmasına məhdudiyyət qoyulur.Türkiyənin Banklara Nəzarət Təşkilatının məlumatında qeyd olunub ki, hər gün icazə verilən maksimal məbləği nağdlaşdıran şəxslərin bank hesabları da xüsusi nəzarətə alınacaq. Qurumdan verilən məlumata görə, pul köçürmələri üzərində nəzarətin gücləndirilməsi maliyyə fırıldaqları, eləcə də qeyri-leqal mərc oyunları ilə mübarizə çərçivəsində həyata keçirilir: “Türkiyədə 5 milyona yaxın şəxs qeyri-qanuni təşkil edilən qumar oyunlarında iştirak edir.

Urmunun voleybol stadionunda: “Biz türkük – Zülmə baş əymərik”

Güney Azərbaycanın Urmu şəhərindəki Qədir stadionunda bu şəhərin “Şəhrdari” voleybol komandası ilə Tehranın “Peykan” takımı arasında görüş keçirilib. Super liqa yarışlarının 10-cu həftəsində keçirilən görüş hakimin Urmiyə komandasına qarşı verdiyi ədalətsiz qərarlara görə mübahisəyə səbəb olduğundan 5-ci setdə yarımçıq buraxılıb. Belə ki, 4-cü setdən sonra komandalar bərabər hesabla – 2:2 olaraq həlledici növbəti setə başlayıblar. 5-ci setdə “Şəhrdari”nin xal (imtiyaz) sayı 7, “Peykan”ın isə 8 olduğu zaman “Peykan”ın meydançasında 7 oyunçu müşahidə olunub.

““Traxtur” trakımının hesabında bir rial belə pul yoxdur”

Güney Azərbaycanın başkəndi Tərbiz şəhərinə bağlı “Traxtur” futbol takımının prezidentinin yardımçısı Kazım Şəhhriyari təsmil etdiyi klubun maliyyə durumu ilə bağlı mətbuata açıqlama verib. Bütün çətinliklərə baxmayaraq “Traxtur”un Asiya Çempionlar Liqasına vəsiqə qazanmasının sevincini komanda tərəfdarları ilə paylaşan Kazim Şəhriyari hazırda “Traxtur”un kimsəyə borclu olmadığını, lakin hələ də maliyyə sıxıntısı içində olduğunu diqqətə çatdırıb.

 

Ərdəbildə divarlar üzərinə milli şüarlar yazılıb

Güney Azərbaycan Milli Hərəkatının fəalları Ərdəbil şəhərində divarlar üzərinə müxtəlif şüarlar yazıblar.

Şüarlarda ana dilinin tədrisini nəzərdə tutan konstitusiyanın 15-ci maddəsinin icra edilməsi və azərbaycanlı siyasi məhbusların azadlığa buraxılması tələb olunub. Şüarlar noyabrın 30-dan dekabrın 1-nə keçən gecə yazılıb. “Türk dilində mədrəsə”, “Siyasi məhbuslar azad olsun”, “Haray, haray, mən türkəm”, “Mühəndis Siyamək Mirzayi, doktor Lətif Həsəni və cənab Nasir Xülusi azad olsun”, “Yaşasın Azərbaycan” və s. kimi şüarlara şəhərin müxtəlif yerlərində rast gəlinir.

 

Nigeriyada dəhşətli partlayış - 17 ölü, 47 yaralı

Nigeriyanın Biu şəhərində partlayış baş verib.

Xudaferin.eu xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 17 nəfər həlak olub, 47 nəfər isə yaralanıb.

 

Adamlarla dolu olan marketdə partlayışı 2 kamikadzenin törətdiyi bildirilir.

Qeyd edək ki, "Boko Haram" terror qruplaşması partlayışın məsuliyyətini öz üzərinə götürüb.

Yəməndə silahlı toqquşmalar nəticəsində - 100-dən çox insan ölüb

Yəmənin paytaxtı Sənada üsyançı husilərlə ölkənin sabiq prezidenti Əli Abdulla Salehin tərəfdarları arasında baş verən silahlı toqquşmalar nəticəsində 100-dən çox insan həyatını itirib.

 

Xudaferin.eu xəbər verir ki, bu barədə ərəb telekanalı məlumat yayıb.

Hadisə nəticəsində husilər daha çox itki veriblər. Digər mənbələrdən bu məlumatı təsdiq və ya təkzib etdirmək mümkün deyil.

İŞİD-in növbəti kütləvi - Məzarlığı tapıldı

İŞİD-in növbəti kütləvi məzarlığı tapılıb.

Xudaferin.eu xəbər verir ki, İraq hərbçiləri ölkənin şimal-qərbindəki Sincar şəhəri yaxınlığında İŞİD tərəfindən öldürüldüyü təxmin edilən aralarında qadınların və uşaqların da olduğu 140 cəsəd aşkar edib.

Polislər kütləvi məzarlıqdakı insanların DNT testi ilə şəxsiyyətinin müəyyənləşdirilməsi üçün mütəxəssislərin gəlməsini gözləyir.

Qeyd edək ki, İŞİD 2014-cü ildə İraqda yezidilərin əksəriyyət təşkil etdiyi 450 minlik əhalisi olan Sincar şəhərinə hücum edərək şəhər və kəndləri ələ keçirmişdi.

Dünyanın ilk kompüterini sökdülər — VİDEO

"Youtube" fenomenləri olan ata və oğul "what's inside" kanalları üçün daha bir ilginc video yükləyiblər.

Xudaferin.eu xəbər verir ki, 1981-ci ildə istifadəyə verilən ilk fərdi IBM kompüterinin içində nələrin olduğunu göstərmək istəyən ata və oğul cihazı parça-parça ediblər.

Bugünkü kompüterlərlə müqayisədə çox geridə qalan IBM kompüterləri 1,44 MB yaddaşa malik idi və bəsit hesablama əməllərini yerinə yetirirdi.

Dünyanın ilk kompüterinin içərisindən çıxanları sizlərə təqdim edirik: