21 November 2017

Ədəbiyyat Tarixin göz yaşlarıdır…

Mehriban Vəzirin yenicə çapdan çıxmış`Səyyarə Xanım və Ferens List` tarixi romanı 200 il öncə almanların Azərbaycanda məskunlaşması tarixinə həsr edilib.

İlk dəfə olaraq ədəbiyyata gətirilmiş bu mövzu almanların Gəncəbasarda – Helenendorfda keçən mədəni və iqtisadi həyatlarından, siyasi və ictimai vəziyyətlərindən, yüksəlişlərindən və iztirablarından, eləcə də yerli əhali ilə qonşuluq və dostluq münasibətlərindən bəhs edir.

Tahir Hacıyevin Elman Mustafazadə haqqında fikirləri

Rusiyada Azərbaycan Diasporunun tanınmış simalarından biri Tahir Hacıyev "Xudafərin" jurnalının və eləcə də saytının təsisçisi, Avropada "Azərbaycanın Dostları" cəmiyyətinin sədri Elman Mustafazadənin 60 illik yubileyinə həsr olunmuş tədbirdə onun barəsində olan fikirlərini bölüşüb. Xudaferin.eu sizə həmin görüntüləri təqdim edir:

 

Ermənistanın Aİ ilə tərəfdaşlıq arzusu tənqid olundu

19 Noyabr tarixində Rusiya Müdafiə Nazirliyinin rəsmi orqanı olan Star Tv kanalında Ermənistanın Avropa İttifaqı ilətərəfdaşlıq arzusu olduğu bildirilib. “Veronika Kraşeninnikova ilə praqnozlar” verilişində aparıcı Ermənistanın Avropa İttifaqı ilə tərəfdaşlıq sazişi imzalamaq istəyini sərt tənqid edib. Aparıcı Erməni faşizminin tarixini yada salaraq bildirib ki, Qaregin Njdeni milli qəhrəman adlandırır. Qeyd edək ki, Qaregin Njden Dağlıq Qarabağda azərbaycanlıları vəhşicəsinə qətlə yetirilməsində iştirak edib.

Rusiyada daha bir respublika etiraza qalxdı: Ana dili hərəkatı genişlənir

Rusiya Federasiyasının Başqırdıstan Respublikasında ana dilinin icbari tədrisinin ləğvinə etiraz aksiyaları başlayıb. Etirazçılar məktəblərdə məcburi başqırd dili dərslərinin davam etdirilməsini istəyiblər. Paytaxt Ufada 20 nəfər fəal “Başqırdıstan Konstitusiyasını pozmayın”, “Başqırd dövlət dilindən əlinizi çəkin”, “Dilin olmaması millətin yoxluğu deməkdir” şüarlarını qaldırıblar. Aksiyanın keçirildiyi gün Moskvadan komissiya gözlənirdi, Başqırdıstan məktəblərində şagirdlərin başqırd dilini öyrənməyə məcbur edilib-edilməməsi araşdırılacaqdı.

Ağ Evdə “İranın bölünməsi planı”

 

Yaxın Şərqdə yerləşən 6 ölkənin parçalanaraq yerində kiçik 14 dövlətin yaradılması nəzərdə tutulur. Ötən sayımızda bu barədə “Nyu-York Times”ın yazdığı məlumatı dərc etmişdik. Məqalədə Yəmən, Suriya, İraq, Səudiyyə Ərəbistanı və Liviya kimi ölkələrin parçalanacağı qeyd edilir. ABŞ tərəfindən hazırlanmış “Böyük Yaxın Şərq” layihəsinə əsasən Fars Körfəzindən İraq və Suriyaya uzanan xətt boyu yerləşən bölgələrdə məzhəb qarşıdurmalarının başladılacağı və bir çox ölkənin əraziləri işğal edilərək yeni dövlətlər qurulacağı bildirilir.

Türkiyə Füzulinin məzarı üzərində türbə tikmək üçün İraqla müqavilə imzaladı

 

Türk Dünyası ədəbiyyatının nəhənglərindən olan Azərbaycan şairləri – İmadəddin Nəsimi və Məhəmməd Füzulinin münaqişəli bölgədə yerləşən məzarları hər zaman müzakirə mövzusu olub. Zaman-zaman həm Füzulinin İraqın Nəcəf, həm də Nəsiminin Suriyanın Hələb şəhərində olan məzarının aqibəti, onların nəşinin vətənə gətirilməsi mövzuları gündəmə gətirilib və tezliklə də unudulub.

REAL: İlqar Məmmədova dolayı təzyiq var

 

"Respublikaçi Alternativ (ReAl) Hərəkatının həbsdəki lideri İlqar Məmmədova dolayı təzyiqlər var".

Hərəkatın media üçün yaydığı açıqlamada belə deyilir. "ReAl-ın Sədri İlqar Məmmədova yaxın məhbuslara qarşı təzyiqlər var. Məhbuslardan Renat Yusubov karserə salınıb. Buna etiraz olaraq Renat Yusubov artıq 19 gündür aclıq elan edib və vəziyyəti ağırdır", açıqlamada deyilir. Hərəkat qeyd etdiyi olayın dolayısı ilə İlqar Məmmədova təzyiq olduğunu vurğulayır.

Musa Yaqub: "Rafiq Əliyevi pul yox, xalqın taleyi, gənclərin gələcəyi maraqlandırır"

 

Dünya çapında tanınan alim professor Rafiq Əliyevin ustadı Lütfi Zadənin ona vəsiyyət etdiyi maddi mirası elmi mərkəzə bağışlaması böyük rezonans yaratdı. Rafiq Əliyev vəsiyyət edilən pul məbləğini “heç vaxt şəxsi məqsədlərim üçün sərf olunmayacaq” deyərək, prezidenti olduğu “Zadə irsi və süni intellekt” Assosiasiyasına bağışlayıb. Rafiq Əliyevin bu addımı fədakarlıq kimi qarşılanıb. Amma əslində, professor bu addımı ilə həm də bir növ, çağırış etmişdi.
 

Ərşad Rəşad Salihi: “Hədəf türkman torpağı, milli kimliyimizdir”

 

“Bu gün Quzey İraq Türkman Elinin ən böyük bölgələrindən biri olan Təlafər bomboşdur. 500 min türkman əhalisini Türkiyənin güneyinə və İstanbulla Ankaranın arasına gətirilir. Bunu edənlər kimdir? Bunun arxasında gizli kəşfiyyat xidmətlərinin olmalarını heç kim inkar edə bilməz. Bunun nəticəsində Kərkükün üzərində baş verənlər hər kəsə bəlli oldu.

BMT-nin baş katibi Britaniyada terrorizmə qarşı mübarizəyə dair brifinq keçirib

 

BMT-nin baş katibi Antonio Quterreş Britaniyanın “SOAS” Universitetində “Əks-terrorizm və insan hüquqları: dəyərlərimizi qoruyarkən mübarizəni qazanmaq" mövzusunda brifinq keçirib. Brifinqdə 300-ə yaxın tələbə və müəllim, vətəndaş cəmiyyətinin üzvləri iştirak ediblər.

 

Yetmiş illik ömrün 55 ili səhnədə

 

Beynəlxalq Muğam Mərkəzi və “Mədəniyyət” kanalının birgə layihəsi çərçivəsində xalq artisti, tarzən Fikrət Verdiyevin 70 illik yubileyinə və 55 illik səhnə fəaliyyətinə həsr olunmuş gecə keçirilib. Tədbirdə əməkdar incəsənət xadimi, Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev yubilyarın həyat və yaradıcılığından danışıb. Qeyd edib ki, tanınmış tarzənin Azərbaycanın musiqi mədəniyyətində xüsusi yeri var.

Azərbaycanlı gənc bəstəkarın əsəri London Simfonik Orkestrində

 

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik Musiqi məktəbinin məzunu, gənc və istedadlı bəstəkar Arzu Abbasovanın bəstələdiyi “Cənnət lövhələri” proqramlı süitasının London Simfonik Orkestrinin “Soundhub” layihəsi çərçivəsində təqdimatı keçirilib.

 

Daşkənddə ali təhsil ocağında Azərbaycan-Özbəkistan Dostluq Mərkəzi yaradılacaq

 

Özbəkistandakı səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Daşkənddəki Əlişir Nəvai adına özbək dili və ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Siracədddinovla görüşüb. Görüşdə iki dövlət arasında ədəbi-mədəni əlaqələr, hazırda bu istiqamətdə həyata keçirilən tədbirlər və digər layihələr müzakirə edilib.

Böyük Teatrda azərbaycanlı musiqiçilərin iştirakı ilə “Traviata” operası oynanılacaq

 

2018-ci il yanvarın 18-dən 21-dək Rusiya Dövlət Akademik Böyük Teatrında Cüzeppe Verdinin “Traviata” əsəri nümayiş etdiriləcək. Yanvarın 19-da və 21-də səhnə əsərində Violetta Valeri obrazını Azərbaycanın Əməkdar Artisti Dinara Əliyeva (soprano), Jorj Jermon rolunu əməkdar artist Elçin Əzizov (bariton) ifa edəcək.