20 November 2017

Əfqan Muxtarlının cinayət işinə Balakən rayon Məhkəməsi baxacaq

 

Jurnalsit Əfqan Muxtarlının cinayət işinə Balakən rayon Məhkəməsində (Bakıdan 419 kilometr şimal-qərb) baxılacaq. Bu barədə vəkil Nemət Kərimli Amerikanın Səsi” radiosuna bildirib. Onun sözlərinə görə, noyabrın 20-də Əfqan Muxtarlı Şəki İstintaq Təcridxanasına köçürüləcək. Vəkilin sözlərinə görə, məhkəmənin vaxtı hələ müəyyən edilməyib.

“Kredit bumu” qayıdır: Problemli kreditlərin həcmi artacaq

 

Bank Respublika kredit şərtlərini asanlaşdırıb.Belə ki, bank nağd kredit almaq istəyən müştərilər üçün minimum əmək haqqı tələbini ləğv edib.Bundan əlavə, kredit üzrə illik faiz dərəcəsi 2 faiz endirilərək artıq 26 faizdən başlayır.İndi 5 000 AZN-dək nağd kredit zaminsiz də verilə bilər.Kreditin maksimal məbləği 10 000 manat, müddəti isə 24 ay təşkil edir.Hazırda Azərbaycanda problemli kreditlərin həcmi 1 milyard 857 min manat təşkil edir.

Ağdamda vətəndaş özünü prokurorluğun qarşısında yandırdı

 

Ağdamdan aldığmız məlumata görə elə bu dəqiqələrdə yerli sakinlərdən biri özünü prokurorluğun qarşısında yandırıb.

Realmedia.az-a hadisə şahidinin verdiyi məlumata görə Bəhruz Əmirov adlı şəxsin intihar etrməsinə səbəb onun yerli prokurora və polis rəisinə etirazı olub. Hadisə 10:13 radələrində baş verib. Ciddi yanıqlar almış Xıdırlı kənd sakinin vəıziyyətinin ağır olduğu deyilir. Ən pisi isə odur ki, 20 dəqiqə ərzində xəstəxanada yaralıya kömək edə bilən həkim tapılmayıb.

Kafkanın “Hökmü” Sumqayıt səhnəsində

 

Sumqayıt Dövlət Dram Teatrında görkəmli yazıçı-dramaturq Frans Kafkanın “Hökm” əsərinin səhnə versiyasına daxili baxış keçirilib. Dostluğu, xəyanət, ruhun mübarizəsi, ata-oğul münasibətləri kimi bəşəri mövzuları özündə ehtiva edən psixoloji drama əməkdar artist, istedadlı aktyor və rejissor Namis Şirməmmədovun quruluşunda təqdim olunub.

Tiflisdə Azərbaycan-Gürcüstan Mədəni Əlaqələrinin İnkişafı Fondunun təqdimatı oldu

 

 

Gürcüstanın başkəndi Azərbaycan-Gürcüstan Mədəni Əlaqələrinin İnkişafı Fondunun təqdimatı olub. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, Gürcüstan mədəniyyət və abidələrin mühafizəsi nazirliyinin rəsmiləri, gürcü və azərbaycanlı ziyalılar, incəsənət xadimləri və elm adamları, QHT nümayəndələri iştirak ediblər.

“Səhra olduğu kimi”

 

Dubayda Aida Mahmudovanın fərdi sərgisi

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “YARAT” Müasir İncəsənət Məkanının təsisçisi və bədii rəhbəri, rəssam Aida Mahmudovanın əl işlərindən ibarət ilk fərdi sərgisi açılıb. “Səhra olduğu kimi” (“Desert as it is”) adlı sərgi böyük maraqla qarşılanıb.