19 November 2017

Praktik Hüquqşünaslar Qrupunun 18 Noyabr mitiniqi ilə bağlı bəyanatı

 

Bildiyimiz kimi nümayəndəlik institutunu iflic edən və məhkəmələrdə hüquqi nümayəndəlik fəaliyyətini Vəkillər Kollegiyasının müstəsna inhisarına verən son qanun dəyişiklikləri ilə bağlı 18 Noyabr 2017-ci il tarixinə Praktik Hüquqşünaslar Qrupu mitinq təyin etmişdi. Mitinqlə bağlı 6 Noyabrda Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edilmişdi. Müraciətdə mitinqin vaxtı, yeri (Məhsul Stadionu), gözlənilə bilən iştirakçı sayı (500-5000) göstərilmişdi. BŞİH 15 Noyabr tarixli məktubla cavab verib.

 

Zimbabvedə prezidentin istefasına dəstək marşı keçirilir

 

Noyabrın 18-də Zimbabvenin 93 yaşlı prezidenti və uzun illər bu dövlətdə diktatorluq etmiş Robert Muqabenin gözlənilən istefasını bayram edən minlərlə insan ölkənin paytaxtı Harare şəhərinin küçələrinə çıxıb.

Etirazçılar faktiki olaraq ölkənin bütün iri şəhərlərində mahnı və rəqslərlə müşayiət olunan nümayiş dinc şəraitdə davam etdiriblər. Bu ərəfədə hakim partiyanın regional komitələri də Muqabenin prezident postunu tərk etməsini dəstəklədikləri barədə fikirlər səsləndirib.

Əli İldırımoğlu: mənalı ömrün akkordları

 

Yazıçı-publisist, Əməkdar Jurnalist Əli İldırımoğlunun 90 illik yubileyi qeyd olunub

Beynəlxalq Muğam Mərkəzində yazıçı-publisist, “Şöhrət” ordenli, əməkdar jurnalist Əli İldırımoğlunun 90 illik yubileyi qeyd olunub. Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

“Simurq quşu” baleti Vladivostokda Eldar Əliyevin quruluşunda təqdim ediləcək

 

Bəstəkar İqor Stravinskinin anadan olmasının 135-ci ildönümü münasibətilə noyabrın 19-da Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsində “Simurq quşu” adlı klassik və müasir xoreoqrafiya gecəsi keçiriləcək.

Tədbirin ikinci hissəsində İqor Stravinskinin “Simurq quşu” əsəri nümayiş etdiriləcək. Baletin quruluşçu xoreoqrafı, librettosunun müəllifi və işıq üzrə rəssamı həmvətənimiz Eldar Əliyevdir. Gecədə digər balet səhnələri də onun redaktəsində və quruluşunda təqdim olunacaq.

İstanbulda “Sən də Azərbaycanı gör” fotosərgisi davam edir

 

Ötən ilin fevral ayından Türkiyədə fəaliyyətə başlayan ölkəmizin turizm təmsilçiliyi - “Gateway” şirkəti tərəfindən turizm imkanlarımızın tanıdılması istiqamətində addımlar atılır. Mütəmadi olaraq qardaş ölkənin mətbuat səhifələrində Azərbaycanla bağlı yazılar dərc olunur, tanıtım layihələri icra edilir. Belə tədbirlərdən biri də “Sən də Azərbaycanı gör” devizi altında həyata keçirilən beynəlxalq fotosərgi layihəsidir.