17 November 2017

Avropa məhkəməsi İlqar Məmmədovla bağlı ikinci qərarını açıqlayıb

 

Məhkəmə İlqar Məmmədovun "Ədalət mühakiməsi hüququ"nun pozulduğu qənaətinə gəlib. Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun işi ilə bağlı ikinci qərarını elan edib. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı (ədalətli məhkəmə təhqiqatı) maddəsi üzrə hüquqlarının pozulduğunu təsdiq edərək, hökmdən verdiyi şikayəti təmin edib və ona 10 min avro ölçüsündə pul kompensasiyası ödənilməsi barədə qərar verib.

Bu barədə onun vəkili Fuad Ağayev bildirib.
 

Urmuda kürdlər hökümətin əli ilə qanunsuz şəkildə türklərin torpaqlarına yiyələnir

 

Güney Azərbaycanın Urmu şəhəri və eyniadlı vilayətində İran mollakratiya rejiminin apardığı qatı antitürk siyasəti sonucu olaraq, rəsmi dövlət orqanların türklərə aid torpaqların kürdlərə satılması və ötürülməsi ilə bağlı saxtakarlığına dair sənədlər üzə çıxıb.

Prokurorluq müstəqil vəkillərin cəzalandırılmasına təşəbbüs göstərir

 

Baş prokurorun birinci müavini Rüstəm Usubov Vəkillər Kollegiyasına müraciət edərək vəkil Nemət Kərimlinin barəsində tədbir görməyə çağırıb. N.Kərimli bildirib ki, noyabrın 16-da o, Vəkillər Kollegiyasının intizam komissiyasında ifadə verib. R.Usubov N.Kərimlini İnternetdə, sosial şəbəkələrdə "ictimaiyyəti çaşdıran məlumatlar yaymaqda" ittiham edib.

Qulu Məhərrəmli: "Rafiq Əliyev bu addımı ilə yeni dalğa yaratdı və mürgüləyən ənənələri oyadır"

 

Dünya çapında tanınan alim professor Rafiq Əliyevin ustadı Lütfi Zadənin ona vəsiyyət etdiyi maddi mirası elmi mərkəzə bağışlaması böyük rezonans yaratdı. Rafiq Əliyev vəsiyyət edilən pul məbləğini “heç vaxt şəxsi məqsədlərim üçün sərf olunmayacaq” deyərək, prezidenti olduğu “Zadə irsi və süni intellekt” Assosiasiyasına bağışlayıb. Rafiq Əliyevin bu addımı fədakarlıq kimi qarşılanıb. Amma əslində, professor bu addımı ilə həm də bir növ, çağırış etmişdi.
 

Elçin Şıxlı: “Peşəkar jurnalistikanın ağzını yummuşuq”

 

“Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Amerikanın Səsi” radiosuna müsahibəsində ölkədə media azadlığının durumundan danışıb. “Azərbaycanda mətbuat azadlığı yaxşı deyil. Mətbuat pis vəziyyətdədir”. Bu barədə “Ayna” və “Zerkalo” qəzetlərinin baş readksoru Elçin Şıxlı Amerikanın Səsi” radiosuna müsahibəsində bildirib.
 

20 hakimin, 7 məhkəmə sədrinin səlahiyyətlərinə xitam verildi

 

Məhkəmə-Hüquq Şurasından verilən məlumata görə, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə mühüm qanunvericilik və institusional tədbirlər qeyd edilib, bu sahədə islahatlara nüfuzlu beynəlxalq qurumlar tərəfindən də böyük maraq göstərilməsi barəsində danışılıb.
 

Yaponiyada vergi islahatı: Şirkətlərə əlavə güzəştlər veriləcək

 

Yaponiya hökuməti 2018-ci ildə həyata keçirməyi planlaşdırdığı vergi islahatları layihəsində şirkətlər üçün bir sıra güzəştlər nəzərdə tutub. Dövlət əməkhaqqının artımını və idarəetmədə kadrların gəncləşdirilməsi prosesinin sürətləndirilməsini stimullaşdırmaq niyyətindədir. Bununla yanaşı, vergilərin azaldılması işçilərin əməkhaqqını əsaslı şəkildə artıran şirkətlər üçün nəzərdə tutulur.

Avtomobilin nasazlığını səsə görə müəyyənləşdirən smartfon proqramı yaradılıb

 

Massaçusets Texnologiya İnstitutunun alimləri avtomobilin işlək hissəsinin səsinə görə ona nə kimi təmir və ya xidmətin lazım gəldiyini müəyyənləşdirən smartfon əlavəsi yaradıblar. Məsələn, əlavə şinə hava vurulmasına, hava filtrinin dəyişdirilməsinə, yaxud avtomobilin yeni alışdırma şamlarına ehtiyacı olduğu barədə xəbər verir. Proqram avtomobillərin texniki təchizatından asılı olmayaraq, onların diaqnostikasını aparmağa imkan verəcək.

Bakıda və Moskvada Fərhad Bədəlbəylinin 70 illik yubileyi qeyd ediləcək

 

Dekabrın 27-də görkəmli pianoçu, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, Dövlət mükafatı laureatı, professor Fərhad Bədəlbəylinin 70 yaşı tamam olur.

Bu münasibətlə noyabrın 24-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında pianoçunun yubiley gecəsi keçiriləcək. Gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor – Fuad İbrahimov, solistlər – Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə) çıxış edəcək.

Ukraynada azərbaycanlı heykəltəraşa medal təqdim edilib

 

Azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanov Ukrayna Prezidenti Petro Poroşenkonun fərmanı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” medalı ilə təltif olunub. Xarkovun Opera və Balet Teatrında medalın təqdimetmə mərasimi keçirilib. Heykəltəraş Seyfəddin Qurbanova medalı Xarkov Vilayətinin qubernatoru Yuliya Svetliçnaya təqdim edib.

Kulinarlarımızın növbəti uğuru

 

Azərbaycan kulinarları daha bir beynəlxalq yarışmada uğurla iştirak ediblər. Noyabrın 8-də Azərbaycan Milli Kulinariya Mərkəzinin Makedoniyada keçirilən Beynəlxalq kulinariya çempionatında iştirakına həsr olunmuş mətbuat konfransında bu barədə ətraflı məlumat verildi.
 

Mərkəzin prezidenti, UNESCO-nun Ənənəvi Qida Komitəsinin sədri Tahir Əmiraslanov bildirdi ki, Strumica şəhərində keçirilən mətbəx yarışmasında ölkəmizi 8 kulinar təmsil edib. Bu yarışmada da kulinarlarımız milli mətbəx nümunələrimizi tanıtmaqla yanaşı, vətənə medallarla dönüblər.

Rəsmi Bakı Vyanada Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün keçirilməsinə razıdır

 

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, bu təklif Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Moskvada keçirdiyi görüşdə səsləndirilib.

Aprel şəhidlərinə həsr edilən kitab çapdan çıxıb

 

Şəhidlərin xatirəsinə həsr edilən "Qəhrəmanlarımız qan yaddaşımızdır" adlı kitab çapdan çıxıb.

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyindən (TÜMİB) verilən məlumata görə, kitab TÜMİB-in Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə reallaşdırdığı “Qəhrəmanlarımız bizim qan yaddaşımızdır” layihəsi çərçivəsində çap olunub. Kitabda 2016-cı il aprel döyüşlərində şəhid olmuş qəhrəman hərbçilərimiz barədə məlumatlar yer alıb.