16 November 2017

Şəkidə əhali ayağa qalxdı

 

Polis etirazçılara zor tətbiq edib, həbs olunanlar var

Günün sonunda 2 nəfər etirazçı 600 manat, bir nəfər 500 manat inzibati qaydada cərimələnib, bir nəfərə isə 20 sutka müddətinə həbs cəzası verilib. Şəki şəhərində “Çöl yol” deyilən ərazidə söküntü işlərinə yerli sakinlərin kütləvi etirazı başlanıb. Ərazidə yaşayanlar yolu bağlamağa cəhd ediblər. Hadisə yerinə xeyli sayda polis qüvvələri cəlb edildiyi də bildirilir.

Avropa Parlamentindən İlham Əliyevə çağırış: Bütün siyasi məhbuslar azad edilsin

 

Avropa Paralemtinin bir qrup deputatı jurnalist Əfqan Muxtarlının işi ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.

“Azadlıq Radiosu”nun əldə etdiyi məktubda deputatlar Avropa Parlamentinin 15 iyun 2017-ci il tarixli qətnaməsinə əsaslanaraq Muxtarlının həbsini pisləyir və onun dərhal və qeyd-şərtsiz azad olunmasını tələb edirlər. Onlar habelə xaricdə yaşayan və işləyən azərbaycanlı jurnalsitlərinin təqibini və hədəflənməsini dayandırmağa çağırırlar.

Hakimiyyətin trollardan istifadəsi və profil oğurluğu beynəlxalq hesabatda

 

Freedom House beynəlxalq hüquq müdafiə təşkilatı noyabrın 14-də dünyada İnternet azadlığının vəziyyəti haqqqında “İnternet azadlığı – 2017: Demokratiyanın sarsılması üçün sosial medianın manipulyasiyası” adlı illik hesabatını dərc edib.

Araşdırmada qeyd edilir ki, ən az 18 ölkədə seçkilərdə İnternetdə manipulyasiya və dezinformasiya taktikasından istifadə olunub. Son yeddi ildə faktiki olaraq bütün dünyada İnternetdə məhdudiyyətlərin güclənməsi tendensiyası müşahidə olunur.

AKP iqtidarından böyük öndər Mustafa Kamal Atatürkə qarşı növbəti həqarət

 

Tokat şəhərində 1922-cü ildə Türkiyə Cümhriyyəti qurulması uğrunda gedən qanlı mücadilələr zamanı Mustafa Kamal Atatürkə qarşı dindar tərəfdarlarını hərəkətə gətirərək onun edam ediıməsi fitvasını verən bir mollanın, yəni şeyxülislam Mustafa Səbrinin adı qatı antitürk siyasət yürüdən, AKP iqtidarının 15 ildir dəstək verdiyi “İmam Hatip” məktəbini daşıyır. Yerli əhali hakimiyyətlə qarşı-qarşıya durmamaq, hər hansı bir siyasi provakasiyaların baş verməməsi üçün AKP haqqında belə düşünür: “AKP əsla gerçək xarakterini dəyişməyəcək”. 

BMT və yerli hakimiyyət Urmu Gölü böhranı ilə bağlı xəbərdarlıq etdilər

 

İran mollakratiya rejiminin məqsədli şəkildə apardığı siyasətin sonucu olaraq Urmu Gölündə böhran getdikcə dərinləşir. Son məlumata görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) Tehrandakı təmsilçisi Gary Lewis Urmu Gölündə suyun səviyyəsinin aşağı düşməsi ilə bağlı xəbərdarlıq edib. O, bu barədə İnstaqram səhifəsində məlumat yayıb.

Xalid Bağırov: Minə yaxın vəkil 350 min məhkəmə işi ilə üz-üzə qalacaq

 

Hüquqşünas Xalid Bağırov "Amerikanın Səsi" radiosuna müsahibəsində Ali Məhkəmənin təşəbbüsü ilə Milli Məclisin qəbul etdiyi nümayəndəlik institutunun aradan qaldırılmasını nəzərdə tutan qanundan danışıb.

Sual: Milli Məclis Ali Məhkəmənin təşəbbüsü ilə nümayəndəlik institutunun ləğvini nəzərdə tutan qanun qəbul edib. Ali Məhkəmənin belə təşəbbüslə çıxış etməsinə səbəb nədir? Bu qanununun vətəndaşlara faydası nə olacaq?

“Ay Fəzail Ağamalı, deyəsən restoranda dollarları hara dürtdüyünü unutmusan?”

 

Milli Məclisin deputatı Fəzail İbrahimli millət vəkili həmkarı Fəzail Ağamalının onun haqqında səsləndirdiyi ittihamlara cavab verib. Fəzail İbrahimli “Ölkə.Az” xəbər portalına müsahibəsində deputat həmkarını qınayıb, onu yalan danışmaqda ittiham edib. Müsahibəni təqdim edirik:
 

– Deputat həmkarınız Fəzail Ağamalının haqqınızda söylədiyi fikirlərlə tanışsınız?

– Bəli, məlumatım var. Mən də bu məsələlərlə bağlı ona cavab vermək istəyirəm.

40 İllik diktator rejimi devrildi

Zimbabve prezidenti xanımı ilə birlikdə həbs edildi. Zimbabvedə üsyançı hərbçilər 40 il boyunca hakimiyyətdə olan prezident Robert Muqabe və həyat yoldaşını həbs edib.

Ordu qüvvələrinin hazırda strateji obyektləri nəzarətə götürdüyü açıqlanıb. Bundan əlavə prezident və birinci xanımın saxlanıldığı yer açıqlanmasa da, həyatları üçün hər hansı təhlükənin olmadığı bildirilib. Qeyd edək ki, 14 noyabrdan etibarən ölkədə hərbi çevriliş başlayıb.

“Amtimes”: Sarkisyan mənasız səfərləri ilə dövlət büdcəsinə ziyan vurmaqdan başqa bir iş görmür

 

Ötən həftə Ermənistan prezidentinin Hindistana etdiyi səfər yenə də ölkə mətbuatının diqqətində olub. “Amtimes” saytı yazır ki, son vaxtlar Ermənistan prezidentinin səfərlərindən baş açmaq olmur. Prezident səfərə gedir, lakin bu səfərlərin mahiyyəti heç kimə aydın deyil.

 

Rəqs sənətimizin görkəmli nümayəndəsi Xumar Zülfüqarovanın 90 illiyi qeyd olunub

 

Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyində Azərbaycan rəqs sənətinin görkəmli nümayəndəsi, baletmeyster, xalq artisti Xumar Zülfüqarovanın anadan olmasının 90 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə muzeyin direktoru Sevinc Mikayılova, xalq artisti Roza Cəlilova və başqaları X.Zülfüqarovanın sənət yolundan söz açıblar.

 

XİN: Braziliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

 

Bunu Braziliyanın xarici işlər naziri Aloyzio Nunyes Ferreyra Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə mətbuat konfransında deyib.

 

Nazir deyib: "Braziliya çox sülhsevər ölkədir. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq ATƏT-in Minsk qrupu çərçivəsində müsbət həll olunmasını istəyirik".

ATƏT-in baş katibindən gözlənilməz etiraf: “Təşkilatın işi münaqişənin həlli deyil”

 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesini bərpa etmək lazımdır. Bunu İtaliyada dərc olunan “Agenzia Nova” nəşrinə müsahibəsində ATƏT-in baş katibi Tomas Qreminger deyib.

O qeyd edib ki, ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Ancey Kaspşikin apardığı iş münaqişənin, xüsusilə təmas xəttində kəskinləşməsinin qarşısının alınması baxımından vacib əhəmiyyətə malikdir.