15 November 2017

Tehran mollakratiya rejimindən Quzey Azərbaycana qarşı sarsıdıcı zərbə

 

İran mollakratiya rejiminin rəsmi xəbər agentliyi işğal altında olan Dağlıq Qarabağa səfər etməyi təbliğatları gündəmə gətiribdir. Mollakratiya rejiminin “İslami İrşad və Mədəniyyət Nazirliyi”nin rəsmi lisenziyası ilə fəaliyyət göstərən “Pool News” xəbər agentliyi iranlıları Ermənistan tərəfindən Azərbaycanın işğal altında olan ərazilərinə səfər etməyə təşviq edir.

Azərbaycanın dövlət borcu fəlakətli həddə çatıb

14 Noyabr 2017 03:41 Print Email

Nemət Əliyev, iqtisadçı ekspert

 

Dövlət zəmanəti ilə cəlb olunan borclarla birlikdə dövlətin ümumi borcu 22 milyard dollara yüksəlib. Bu borc məbləği ölkəmizdə bir il ərzində istehsal olunan ÜDM-in 60,6% faizi qədər, Dövlət Neft Fondunda toplanmış ehtiyatların hazırkı səviyyəsinin 61,1 faizi qədərdir.

 

Əmtəə ixracında neft-qaz sektorunun çəkisi 86,2 faizdir

 

Bu ilin on ayında Azərbaycanın dünyanın 187 ölkəsi ilə xarici ticarət əməliyyatları ötən ilin eyni dövrünə nisbətən 13,1% artaraq 16 mlrd dolları keçib. Əsasən dünyada neftin bahalanması hesabına xarici ticarət əməliyyatlarının müsbət saldosu 8,8 artaraq, $2,1 mlrd olub, deyə Dövlət Gömrük Komitəsi noyabrın 14-də məlumat verib.

 

ReAL qurultay üçün 7 ünvana müraciət etdi

 

Respublikaçı Alternativ Partiyasının (ReAL) Təşəbbüs Qrupu 1-ci təsis qurultayının keçirilməsi üçün yenidən bir sıra yerlərə müraciət edib.

ReAL-ın mətbuat xidmətindən verilən məlumata görə, 1-ci təsis qurultayının keçirilməsinə yer ayrılması və kirayələnməsi üçün aşağıdakı qurumlara müraciət edilib:  

1. Bakı Şəhər İcra Hakimiyyəti

2. Azərbaycan Dövlət Opera və Balet Teatrı

Avropa Məhkəməsi İlqar Məmmədovun işi üzrə ikinci qərarını elan edəcək – Hakimiyyətdən onu azad etmək tələb olunur

 

Noyabrın 16-da Avropa Məhkəməsində “İlqar Məmmədov Azərbaycana qarşı” ikinci işi üzrə hökmün veriləcəyi gözlənilir. Bu haqda məlumatı Azadlıq Radiosu Avropa Şurasına istinadla yayıb.

“Keşikçidağ” qoruğu beynəlxalq forumda təmsil olunub

 

“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu (Ağstafa rayonu) ərazisindəki abidələr - mağaralar, qədim inanc yerləri, kurqanlar, qala, məbəd, divar və tavanlarda yağlı boya ilə çəkilmiş dini mövzuda rəsm əsərləri (freskalar) Azərbaycanın hüdudlarını aşaraq beynəlxalq səviyyədə də marağa səbəb olub.

Hər il “Keşikçidağ” qoruğu beynəlxalq səviyyəli elmi-praktik konfranslarda iştirak edir və qoruğa aid olan maddi mədəniyyət nümunələrini həmin tədbirlərdə nümayiş etdirir.

Çin Azərbaycanın ərazi bütövlüyünün təmini istiqamətində səylərini dəstəkləyir

 

Xarici işlər naziri Elmar Məmmədyarov Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbər müavini Li Junun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinin rəhbəri Li Jun 2017-ci ilin Azərbaycan və Çin arasında diplomatik münasibətlərin qurulmasının əlamətdar olduğunu bildirib və keçən 25 il ərzində Azərbaycanın inkişafından məmnunluq doğurduğunu və təqdirəlayiq hal olduğunu diqqətə çatdırıb.