14 November 2017

Mollakratiya rejimi Urmu Gölünü unutdurmağa çalışır

 

Dərin ekoloji böhran içində olan, su hövzəsi tamamilə quruyan Urmu Gölü məsələsi İran mollakratiya rejimi tərəfindən bütün dərsliklərdən çıxarılıb. Bu barədə Urmu millət vəkili Nadir Qazipur bildirib ki: “Mən təhsil nazirliyi qarşıısnda Urmu Gölünün dərsliklərdən niyə və nədən silindiyi məsələsini qaldıracağam”.

İnflyasiya fəlakəti davam edir

 

Dövlət Statistika Komitəsi yanvar-oktyabr aylarında qiymətlərlə bağlı növbəti məlumatı dərc etmişdir. 2017-ci ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,7 faiz, ərzaq məhsullarının isə qiymətləri 17,6 faiz, qeyri-ərzaq mallarının qiymətləri 12,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz bahalaşmışdır.

Lütfi Zadə mirasının bir hissəsini məşhur alimə bağışlayıb

 

Bu ilin sentyabrında 96 yaşında dünyasını dəyişən dahi alim Lütfi Zadə mirasının bir hissəsini professor Rafiq Əliyevə vəsiyyət edib.

Bir neçə gün bundan əvvəl Lütfi Zadənin oğlu Norman Zadə Rafiq Əliyevə məktub yazaraq, atasının professora vəsiyyət etdiyi maddi miras haqqında məlumat verib. Həmçinin, həmin mirası onun bank hesabına köçürməsi üçün müvafiq bilgiləri istəyib: 

"Hörmətli, Professor Əliyev,

Xocalıdan olan idmançılar çempion oldu

 

Azərbaycan Kikboksinq Federasiyası "Bayraq Günü” münasibətilə Respublika turniri keçirib.
 

Sumqayıt şəhərində təşkil olunan turnirdə bu il yaradılan Xocalı İdman Klubunun üzvləri də qatılıb. Beş qat dünya çempionu Ehtiram Məcidovun tələbələri yarışda yüksək nəticə göstəriblər. Klubun 2 üzvü qızıl, 3 üzvü gümüş, 2-si izə bürünc medal qazanıb.

Qarabağa gedən 4 Türkiyə vətəndaşına cinayət işi açıldı

 

Bu ilin sentybarında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən Türkiyə vətəndaşlarına qarşı cinayət işi qaldırılıb. Bu barədə Türkiyədəki qaynaqlarımızın musavat.com-a verdiyi məlumatda deyilir. Məlumata görə, Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlunun işğalçı Ermənistanın nəzarəti altında olan Azərbaycan ərazilərinə qeyri-qanuni səfər etdiyinə görə cəzalandırılması istiqamətində ilkin hüquqi addım atılıb.
 

Onlar indi də fikirləşirlər ki, daha nə pislik eləsinlər...

 

Mehman Əliyevə və Turan agentliyinə qarşı atılan addımın səhv olduğunun etiraf edilməsi gec olsa da, vacib məqamdır. Mehman Əliyevə və Turan agentliyinə qarşı ittihamın götürülməsi barədə prokurorluğun müstəntiqinin imzası olan rəsmi sənəd təəssüf ki, kobud səhvə yol verildiyini təsdiq edir.

Bu, problemin həlli deyil, həmin qruplaşmanın üzərində kiçik, ancaq mühüm qələbədir.

Daşkənddə "Türk-Özbək Dostluq Konserti" keçirilib

 

Türkiyənin Daşkənddəki səfirliyi ilə Mədəniyyət və Tanıtma Orqanının təşkilatçılığı ilə keçirilən konsert Türküstan İncəsənət sarayında baş tutub.

 

Konsertdə açılış nitqi ilə çıxış edən Türkiyənin Daşkənddəki səfiri Əhməd Başar Şen ortaq tarix, dil, din və mədəniyyət köklərindən gələn Türk və Özbək xalqlarının könül bağlarını və səmimi qardaşlıq hisslərini tarix boyu mühafizə etdiyini və bir-birini dəstəklədiyini dilə gətirib.

Antonio Tayani: Böyük Britaniya “Brexit” üzrə azı 60 milyard avro ödəməlidir

 

Böyük Britaniya Avropa İttifaqından çıxması halında azı 60 milyard avro ödəməlidir.
Bu barədə Avropa Parlamentinin sədri Antonio Tayani noyabrın 13-də “Funke” media qrupuna müsahibəsində bildirib.

“Fikrimcə bu, ən azı 60 milyard avro həcmində olmalıdır. Əgər London bu məbləği ödəməkdən imtina etsə, bu yük Aİ-nin digər ölkələrinin vətəndaşlarının üzərinə düşəcək”, - deyə o qeyd edib.