12 November 2017

Avropa şəhərləri: Varşava – Polşanın paytaxtı və ən böyük şəhəri – FOTOREPORTAJ

Bu gün biz sizinlə Polşanın paytaxtı və ən böyük şəhəri Varşavaya səyahət edəcəyik. Varşava Avropanın müasir, gözəl, çiçəklənən və ən sürətlə inkişaf edən şəhərlərindədir, burada istənilən zövqə uyğun gəzməli-görməli yerlər tapmaq mümkündür. 
 

Polşa haqqında maraqlı faktlar

*Polşanın milli valyutası: zlotı
*Polşanın əhalisi: 38,4 milyon nəfər
*Polşanın telefon kodu: +48
*Polşanın saat qurşağı: UTC+1. CET
*Polşa Respublikasının dili: polyak dili
*Polşa- Nikolay Kopernik, Frederik Şopen, Lex Valensa və Roma papası ll İoann Pavelin vətənidir.
*Polşa 2004-cü ildən Avropa İttifaqına, 2007-ci ildən isə Şengen zonasına daxildir.
*Polşa əhalisinin etnik tərkibi zəngin deyil. Əhalinin 99%-i polyaklardır.
*Polşa üzərində tanınmış tarixi şəxsiyyətlərin əks olunduğu pryanikləri ilə məşhurdur.

Güney Kore və ABŞ dənizdə geniş hərbi təlimlərə başlayır

 

Güney Kore ölkənin şərq sularında ABŞ ilə birgə dörd günlük geniş hərbi təlimlərə başlayır.

Təlimlərə hər iki ölkədən hərbi dəniz qüvvələrinin geniş kontingenti, o cümlədən ABŞ-ın “Ronald Reyqan”, “Teoder Ruzvelt” və “Nimitz” hərbi təyyarədaşıyan gəmiləri, “Aegis” çoxfunksiyalı informasiya-idarəetmə sistemi ilə təchiz olunan 11 ABŞ gəmisi və Güney Korenin 7 döyüş gəmisi cəlb olunub. Bu, ABŞ-ın 3 təyyarədaşıyan gəmisinin cəlb olunduğu nadir təlimlərdən biri, Güney Kore ilə isə ilk təlimdir.

Almaniyada “11.11, 11:11” festivalı başlayıb

 

Noyabrın 11-də saat 11:11-də ("11.11, 11:11") ənənəvi Reyn karnavalı başlanıb. Onu Almaniyada “ilin beşinci fəsli” adlandırırlar. Ənənəyə görə, karnaval kütləvi xalq gəzintiləri ilə başlayır. Karnavalın əsas mərkəzləri Köln, Düsseldorf və Maynts şəhərləridir.

Yağışa və havanın soyuq olmasına baxmayaraq, on minlərlə insan maskarad kostyumlarında Köln, Düsseldorf, Maynts, Bonn və digər şəhərlərin küçə və meydanlarına karnaval mövsümünün başlanmasını qeyd etmək üçün çıxıblar.

Beynəlxalq Boğaziçi film festivalına 17 noyabrda start veriləcək

 

Beynəlxalq Boğaziçi Kino Birliyi və İstanbul Media Akademiyası tərəfindən birgə təşkil edilən növbəti Beynəlxalq Boğaziçi Film Festivalı 17 Noyabrda start götürəcək.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək festivalda 39 ölkədən 43 bədii və 64 qısa metrajlı olmaqla 107 film göstəriləcək. Festival çərçivəsində Milli və beynəlxalq xüsusiyyətli film yarışmaları təşkil ediləcək.

İstanbul kitab sərgisindəki Azərbaycan bölməsində təqdimatlar

 

36-cı İstanbul Beynəlxalq Kitab Sərgisində ölkəmiz də iştirak edir. TÜYAP sərgi mərkəzində keçirilən sərgiyə 30 ölkədən 700-dək nəşriyyat qatılıb. Milli pavilyonumuzda “Azərnəşr”, “Kaspi Nəşrləri”, “Hədəf Nəşrləri”, “Altun kitab”, “Qələm” və “Parlaq imzalar” nəşriyyatlarının kitabları yer alıb.

"Ölkədə yararlılıq müddəti 6 ay olan və İrandan gətirilən xamalar, qaymaqlar satılır"

 

Eyyub Hüseynov: “Bu sahədə böyük hərc-mərclik var”
 

Ölkə bazarında satışda olan bəzi süd və süd məhsullarının üzərində saxlanma müddətinin 3 ay və ya daha çox olması ilə bağlı qeydlər mövcuddur. Maraqlıdır, süd və süd məhsullarını hansı tarixə kimi saxlamaq olar? Bu məhsulları bir neçə ay saxlamağın mümkünlüyü ilə bağlı istelsalçılar tərəfindən edilən qeydlərə etibar etmək mümkündürmü?

Mollakratiya rejimi Urmu Gölü ilə bağlı ünvanlanan sual barədə susur

 

Güney Azərbaycanın Urmu Gölü ətrafından yaranmış ekoloji problemlər və gölün su həcminin tamamilə quruması məsələsi ilə bağlı millət vəkilləri rejimin prezidenti Həsən Ruhaniyə ünvanladığı sual haqda müraciət 16 gün öncə parlament sədri Əli Laricaniyə təqdim olunub, lakin Parlamentin Rəyasət Heyəti hələ də bu məsələni gündəmə gətirməyib.

İraqda İŞİD-ın sonu yaxınlaşır

 

İraq ordusu İŞİD terror qruplaşması üzərinə hücuma keçib. Məlumata görə, İraq ordusunun bu hücumunda məqsəd İŞİD-in ölkədəki son dayaq məntəqələrini ələ keçirməkdir.

Qeyd edək ki, noyabrın 5-də İraqda hakimiyyət qüvvələri İŞİD-in son qalası hesab olunan Ənbar vilayətinin strateji cəhətdən ən vacib bölgəsi Qaim şəhərinə daxil olub.

 

“İŞİD-lə mübarizəyə 100 milyard dollar xərcləmişik”

Qarabağ əlili icra başçısından şikayətçidir: "Məni qapıdan qovdurdu"

 

"Dəfələrlə icra başçısının qəbulunda olmuşam. Ona yazılı müraciət etmişəm. Amma bir nəticə yoxdur. Əvvəllər ailə vəziyyətimi nəzərə alıb məni yüngül işlə təmin etməsini xahiş etmişdim. O, mənə hazırda rayonda boş iş yerinin olmadığını bildirmişdi. Əvəzində təklif elədi ki, QHT-lərin birinin rayon şöbəsində işləyim. Həmin təşkilata icra başçısının tapşırığı ilə hər ay rayon müəssisələri pul ödəyirdi. Kim nə gəldi verirdi. Biri beş manat, biri on manat. Etiraf edim ki, buna görə utanırdım. Başçı bizi diləndirirdi sanki".