11 November 2017

Yunanıstanda Azərbaycanın yeni diaspor təşkilatı yaradıldı

 

"QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti noyabrın 9-da açılış mərasimini və Azərbaycanın Dövlət Bayrağı Gününü qeyd edib.

 

Mərasimdə Azərbaycanın Yunanıstandakı səfirliyinin müvəqqəti işlər vəkili Eldar Əliyev, Türkiyənin Salonikdəki Baş konsulluğunun nümayəndələri, cəmiyyətin üzvləri, yunan icması, Salonik şəhərindəki digər diaspor təşkilatlarının sədrləri, turizm firmalarının və dövlət qurumlarının nümayəndələri olmaqla 70 nəfərədək iştirak edib.

Özbəkistan portalları Azərbaycanın məşhur rəssamı Səttar Bəhlulzadədən yazır

 

Özbəkistanın kultura.uz və uchildiz. uz portalları Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadə haqqında özbək türkcəsində məqalələr verib. Həmin yazılarda Səttar Bəhlulzadənin uşaqlıq və gənclik illəri, rəssamlığa həvəsi, təhsil aldığı illər, tanınmış rəssam Əzim Əzimzadənin ona qayğısı və digər məqamlar öz əksini tapıb.

Azərbaycanlı cazmen fransalı cazsevərlərin qəlbini fəth edib

 

Azərbaycanın əməkdar artisti Şahin Növrəsli Parisin 1-ci rayonunda “Le Duc des Lombards” caz klubunda iki gün konsert verib. Azərbaycan muğamının melodiyaları ilə ənənəvi caz ritmlərini sintez edərək, Şərq və Qərb mədəniyyətlərini birləşdirən cazmen fransalı cazsevrlərin qəlbini fəth edib. O, bu konsertlərdə Azərbaycan xalq musiqisi, öz kompozisiyaları, Əhməd Camalın bəstələri və Amerika caz musiqisindən nümunələr səsləndirib.

Şahin Mustafayev və Oqtay Şirəliyevin diqqətinə ümummilli HƏYƏCAN TƏBİLİ...

 

Başı şou-biznes gözlçələrinin əttökən açıqlamalarına, boğaza çıxmış tükürpədici kriminal xəbərlərə qarışmış Azərbaycan oxucusu ciddi və həyəcan təbili xarakterli materiallara nədənsə gözünün ucu ilə də baxmağa meyl göstərmir. Bu da əslində təəccüblü deyil. Obrazlı ifadə edilsə, at izi it izinə qarışmış məmləkətdə millətin genefonduna sarsıdıcı zərbə vurmaq iqtidarında olan təhlükələr də bizi qəfil haqlamayanadək əhəmiyyət kəsb etmir.

Gələn il Beynəlxalq Banka görə xalqın cibindən 442 milyon gedəcək

 

“Gələn ilin dövlət büdcəsində 442 milyon manatı Beynəlxalq Bankın xaricdəki borclarını ödəmək üçün nəzərdə tutulub”.

Bunu maliyyə naziri Samir Şərifov, noyabrın 7-də, Milli Məclisdə çıxışında deyib.

Ümumilikdə xarici borcları ödəmək üçün büdcədən ayrılan pulun təqribən 40 faiz artırılması nəzərdə tutulur. bu artımın da 72 faizi Beynəlxalq Bankın borclarını qaytarmaq üçün nəzərdə tutulur.
 

Əhər “İnqilab Məhkəməsi” rəzalət yuvasıdır

 

Güney Azərbaycan Milli Hərəkatının fəallarından olan İbrahim Nuri barəsində çıxarılan hökmlərin yazılı olaraq təqdim edilmədiyi üçün mollakratiya rejiminin məhkəməsinə etiraz edib.

Milli fəal İbrahim Nuri barəsində çıxarılan məhkəmə hökmünün yazılı şəkildə ona verilməməsindən Güney Azərbaycanın Ərdəbildəki Ədliyə Şöbəsinin Təhlükəsizlik Bölümünə etiraz məktubu göndərib.

Məhbub Tişə: İrandakı siyasi mükaliməni bilən qüvvələrimiz olmalıdır

 

Məhbub Tişənin fikrincə, Güney Azərbaycan Milli Hərəkatına mənsub aydınlar İran toplumunun gündəmində olan mövzulara hakim olmalı, onları təhlil edərkən öz tələblərini də İranın ictimai sahəsində səsləndirməlidirlər. İsveçdə mühacirətdə yaşayan güneyli fəal “Amerikanın Səsi” radiosu ilə söhbətdə İranın mərkəzçi siyasi cərəyanları və qeyri-fars cəmiyyətlərə mənsub qruplar arasındakı əlaqələri dəyərləndirib.

Mehman Hüseynovun məhkəməsi təxirə salınıb

 

Noyabrın 16-da bloger Mehman Hüseynovun apellyasiya şikayəti üzrə məhkəmə iclası təqsirləndirilən şəxsin çıxışa hazır olmaması ilə əlaqədar təxirə salınıb. Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasın əvvəlində vəkillər müvəkkilləri ilə məsləhətləşmələr üçün vaxt istəyiblər. Bununla əlaqədar hakim 15 dəqiqəlik fasilə elan edib. Fasilədən sonra hakim Hüseynovdan çıxışa hazır olub-olmadığını soruşub. Amma vəkil Fuad Ağayev söz istəyərək, blogerin çıxışa hazırlaşması üçün vaxt verməyi xahiş edib.

Beynəlxalq Tərəfdaşlıq təşkilatı "vəkillik qanununa" düzəlişlərdən narahatdır

 

İnsan Haqları üçün Beynəlxalq Tərəfdaşlıq Təşkilatı Azərbaycan Ali Məhkəməsinin "Vəkillik və vəkillik fəaliyyəti haqqında" qanuna düzəlişlər təklifinin oktyabrın 31-də Milli Məclisdən keçməsindən narahatdır. Təşkilat bildirir ki, bu təkliflər parlamentdə birinci oxunuşdan geri qaytarılsa da, indi bunun qanun kimi təsdiq olunması təkliflərin real motivlərindən narahatlıq doğurur. Bu qanuna görə, məhkəmə proseslərində yalnız Vəkillər Kollegiyasına üzv olan vəkillər iştirak edə bilər.

“Qarabağda xalçaçılığın müasir inkişaf potensialı” layihəsi davam edir

 

“Azərbaycan xalçaçıları” İctimai Birliyi prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “Qarabağda xalçaçılığın müasir inkişaf potensialı” layihəsi çərçivəsində Tərtər rayonunun Qapanlı, Qaradağlar, Bəyimsarov kəndlərində və Tərtər şəhərində xalçaçılarla görüşərək, bölgədə müvafiq sənət sahəsinin inkişafına dair sorğu keçirib.

 

Səmərqənddə “Avropa İttifaqı-Türküstan” formatında xarici işlər nazirlərinin görüşdülər

 

Səmərqənddə “Türküstan” (Mərkəzi Asiya): vahid keçmiş, ümumi gələcək, sabit inkişaf və qarşılıqlı tərəqqi naminə əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində “Avropa İttifaqı-Mərkəzi Asiya” formatında xarici işlər nazirlərinin növbəti görüşü olub.

Qazaxıstan, Türkmənistan və Özbəkistan sərhədlərin kəsişmə nöqtəsi barədə Saziş imzalayıblar

 

Qazaxıstan, Türkmənistan və Özbəkistanın xarici işlər nazirləri üç ölkənin sərhədlərinin kəsişmə rayonu barədə Saziş imzalayıblar. İimzalanma mərasimi BMT-nin himayəsi altında Səmərqənddə keçirilən “Türküstan” (Mərkəzi Asiya): eyni keçmiş və ümumi gələcək, davamlı inkişaf və qarşılıqlı tərəqqi naminə əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans çərçivəsində təşkil olunub.

Bank kartı ölçüsündə smartfon

 

“FutureModel” şirkəti Yaponiyada “Android” əməliyyat sistemli qeyri-adi “NichePhone-S” smartfonunu təqdim edib. Yeni qurğunun əsas fərqləndirici cəhəti onun adi bank kartı ölçüsündə olmasındadır. Qabaritləri 90 х 50 х 6,5 millimetr olan smartfonun çəkisi 38 qram təşkil edir. “NichePhone-S” ilk növbədə geniş imkanlara malik kompakt rabitə vasitəsi arzulayan istifadəçilər üçün nəzərdə tutulub.

 

Azərbaycan Minsk Qrupundan işğal olunan ərazilərdə yaradılan qanunsuz rejimi təbliğ edən səyləri pisləməyi gözləyir

 

Azərbaycan Minsk Qrupunun Həmsədrləri və ATƏT-dən üzv Dövlətlərin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimi təbliğ etmək və yaymaq üçün edilən istənilən səyləri pisləməyi gözləyir. Bu haqda ATƏT-in Minsk Qrupunun Həmsədrlərinin, YSPQ-nun Rəhbərinin və Dağlıq Qarabağ Münaqişəsinin Həlli üzrə Şəxsi Nümayəndəsinin Noyabrın 9 - da Vyanada keçirilən konfransındakı, bəyanatlarına cavab olaraq ATƏT-in Daimi Şurasının 1163-cü İclasında ATƏT-də Azərbaycan nümayəndə heyəti tərəfindən bəyan edilib.

ABŞ: Cenevrə görüşü Dağlıq Qarabağ münaqişəsi tərəflərinin yaxşı niyyətlə danışıqlar aparmağa hazır olduqlarını göstərdi

 

Cenevrə görüşü Dağlıq Qarabağ münaqişəsi tərəflərinin yaxşı niyyətlə danışıqlar aparmağa hazır olduqlarına dair mühüm bir siqnal oldu. Bunu ABŞ-ın ATƏT-dəki Missiyasının müvəqqəti işlər vəkili Harri Kamian noyabrın 9-da Vyanada keçirilən ATƏT Daimi Şurasının iclasında səsləndirdiyi bəyanatında deyib.