06 November 2017

Kamuran Kiryakovdan "Bir dişlək alma"

 

Gürcüstanda yaşayıb-yaradan gənc yazar Kamuran Kiryakov demək olar ki, son beş ildə Tiflisdə “Varlıq Ədəbi Birliyi”nin üzvü kimi ən fəal yazarlardan biri sayılır. Onun çox gənc olmasına baxmayaraq, bir sıra hekayələri, esseləri və digər bədii yaradıcılıq örnəkləri anadilli mətbuatda, eləcə də gürcü dilində nəşr olunan ədəbi-bədii dərgilərdə dərc olunur. Gənc yazar Kamuran Kiryakov "Bir dişlək alma" romanı ilə oxucularının görüşünə gəlir.
 

Görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin İstanbulda 300 illik yubileyi qeyd edilib

 

Türkiyənin İstanbul şəhərində TÜYAP sərgi mərkəzindəki 36-cı Türkiyə Beynəlxalq Kitab Sərgisi XVIII əsr Azərbaycan poeziyasının parlaq siması, görkəmli şair, məşhur siyasi və dövlət xadimi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunan mərasim keçirilib.

Daşkənddə “Xəmsə”nin özbəkcə nəşrinin təqdimatı keçirilib

 

Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasında dahi Nizami Gəncəvinin “Xəmsə”sinin özbəkcə nəşrinin təqdimatı keçirilib. Əsəri orijinaldan şair və tərcüməçi Olimcan Buriyev tərcümə edib. Kitab Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi əsasında “İstiqlol nuri” nəşriyyatında çap edilib. Nəşrin redaktoru və “Ön söz”ün müəllifi akademik Aziz Kayumovdur.

Səudiyyə Ərəbistanında nə baş verir?

 

Səudiyyə Ərəbistanında şahzadələrin, bir neçə sabiq və fəaliyyətdə olan nazirlərin həbs edilməsi dünya mətbuatının gündəmindədir. Kral ailəsinin üzvləri arasından həbs olunanların sayı artıq 30-a çatıb. “Əl-Həyat” kanalı bildirib ki, Kral Salman noyabrın 4-də Korrupsiyaya Qarşı Mübarizə Komitəsi yaradaraq oğlu Məhəmməd bin Salmanı həmin qurumun rəhbəri təyin edib. Komitənin yaradılmasından bir neçə saat sonra həbslər başlayıb.

Məhkəmə Ülvi Həsənlinin şikayətinə baxmayıb

 

Bakı Hərbi Məhkəməsinin NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin möhlət hüququ olsa da, hərbi xidmətə aparılan üzvü Ülvi Həsənlinin şikayətinə baxmaqdan imtina etdiyi bildirilir. İmtina qərarını hakim Siyavuş Hacıyevin sədrlik etdiyi məhkəmə heyətinin verdiyi deyilir. Bu haqda AzadlıqRadiosu-na vəkil Zibeydə Sadıqova məlumat verib.

Çaldıranda terrorçu kürd təşkilatı PJAK beş nəfər soydaşımızı terror edərək öldürdü

 

Noyabrın 3-də Güney Azərbaycanın Urmu vilayətində kürd regional terror təşkilatı adına PJAK Türkiyə ilə sınır bölgəsində sərhəd polisi arasında baş verən qarşıdurma zamanı əsasən hərbi xidmət keçən əsgərlərin həlak olması əhali tərəfindən hiddətlə qarşılanıb.

Qubad İbadoğlu: “Azərbaycanın dövlət büdcəsi 11,837 mlrd, Harvard Universitetinin büdcəsi 34,5 mlrd dollardır”

 

İqtisad elmləri doktoru Qubad İbadoğlu Azərbaycan dövlət büdcəsini ABŞ-da yerləşən aparıcı universitetlərin illik büdcələri və tədqiqata ayrılan xərclərlə müqayisə edib. Ekspertin facebook səhifəsində dərc etdiyi məqaləsini diqqətinizə çatdırırıq.

Nadir Qazipur canlı verilişdə sərt danışdı: “Biz Azərbaycanı buraxıb heç yerə köçən deyilik”

 

Güney Azərbaycanın Urmu vilayətinin ölkə parlamentindəki millət vəkili Nadir Qazipur çərşənbə axşamı günü Təbriz vaxtı ilə saat 18:00-da Tehrandakı “1-ci Telekanalı”n canlı verilişində çıxış edərək Güney Azərbaycanla bağlı önəmli məsələlərə toxunub. Millət vəkili öz söhbətində İran mollakratiya rejiminin Urmu Gölünü qurutmaqda məqsədyönlü siyasət yeritdiyinə və əhalini ölkənin mərkəzi şəhərlərinə köçürmək istədiyini birbaşa canlı yayımda ifadə edib.

Separatçı Kataloniya hökümətinin rəhbəri Belçikada polisə təslim olub

 

Kataloniya hökümətinin keçmiş rəhbəri Carles Puigdemont Belçikada polisə təslim olub, İspaniya mediası və Belçikanın Flamand bölgəsinin VRT televiziya şirkəti xəbər verib.

Belçika prokurorunun bildirdiyinə görə, Carles Puigdemont və onun dörd müşaviri Belçika polisinə təslim olublar. Prokuror qeyd edib ki, İspaniya məhkəməsinin cümə günü çıxardığı Aİ həbs sanksiyasının tətbiq olunub-olunmayacağı barədə qərar, istintaqı aparan hakim tərəfindən bazar ertəsi veriləcək.

Avropa Parlamenti Azərbaycan hakimiyyətinin korrupsiyasını müzakirəyə çıxarır

 

Sloveniyanın NLB maliyyə qrupunun işi və Pulyuma maşınının Azərbaycanla bağlı üzə çıxartdıqları Avropa Parlamentində müzakirə olunacaq.

Sorğu Komitəsi Avropa Birliyi Qanununda vergidən yanınma və bir sıra çirkli puların yuyulmasına imkan yaratması ehtimal olunan ziddiyyətləri və çatışmazlıqları araşdıracaq. 28 noyabr 2017-ci il tarixində PANA Komitəsi NLB maliyyə qrupu və Azərbaycan Pulyuma Maşınının üzə çıxartdığı faktlarla bağlı dinləmə keçirəcək.

Kənd təsərrüfatı məhsulları bahalaşır

 

Mövsümün dəyişməsi ilə bağlı paytaxtın kənd təsərrüfatı məhsulları bazarında qiymət artımı davam edir. Xüsusən gündəlik tələbat məhsulları olan meyvə-tərəvəzin qiymətində bu artım özünü göstərir. Musavat.com-un müxbiri qiymətlərlə bağlı son durumu öyrənmək üçün əhalinin ən çox axın etdirir “8-ci kilometr” bazarına baş çəkib. Burada hər zaman olduğu kimi alıcı sıxlığı hiss olunur. Digər kiçik bazarlarla müqayisədə bu bazarda qiymətlər daha ucuzdur. Bu baxımdan aztəminatlı və orta təbəqə üçün ən sərfəli bazarlardan biri sayılır.

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində Ermənistan hərbi hissələrinin birində partlayış baş verib

 

Erməni mətbuatının etiraf etdiyinə görə, şimal-şərq istiqamətində hərbi hissədə tank əleyhinə qumbara partlayıb. Ermənistan silahlı qüvvələrinin hərbçisi 1997-ci il təvəllüdlü Qrant Manqasaryan ölüb. Daha 2 hərbçi qəlpə yarası alıb.