03 November 2017

Turan İnformasiya Agentliyinə və onun rəhbəri Mehman Əliyevə qarşı cinayət işinə xitam verildi

 

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev “Amerikanın Səsi” radiosuna verdiyi müsahibəsində bu faktı təsdiq etdi.
 

Noyabrın 2-də cinayət işinə xitam verilməsi ilə bağlı Baş Prokurorluq Mehman Əliyevə rəsmi məlumat verib. Mehman Əliyev Turan-ın fəaliyyətinin tam bərpa ediləcəyini bildirib.

Dövlət Departamenti: Azərbaycanda 10 jurnalistdən 9-a edilən fiziki hücum cəzasız qalır

 

"Dünya boyu jurnalistlər bütün cəmiyyətlərdə insanların həyatına təsir göstərən məsələləri işıqlandırmaq naminə şəxsi risklərə gedirlər,” deyə Dövlət Departamentinin sözçüsü Heather Nauert Jurnalistlərə Qarşı Cəzasızlığa Son Qoymaq Uğrunda Beynəlxalq Gün münasibətilə yaydığı bəyanatda deyib. “Onlar səlahiyyətdən sui-istifadə, korrupsiya hallarına işıq saçır, transmilli kriminal qruplaşmalardan qaynaqlanan təhlükələri ifşa edir, dezinformasiya və saxta hekayələr yayan propaqandanın qarşısını alırlar.

Bölücü hökumətin 8 üzvünün tutuqlanması haqqında İspaniya məhkəməsi qərar verdi

 

İspaniya Milli Məhkəmə Palatasının hakimi Kataloniya hökumətinin 8 sabiq üzvü barəsində həbs qətimkan tədbiri seçib. Həbs edilənlər arasında həmçinin muxtar bölgə hökuməti rəhbərinin müavini Oriol Junkerasın olduğu bildirilir.

Hakim Kataloniya hökumətinin sahibkarlıq məsələləri üzrə sabiq müşaviri Santi Vilanın 50 min avro girov ödəmək şərti ilə azadlıqda qalmasına qərar verib. S.Vila Kataloniya parlamentinin müstəqillik elan etməsindən bir gün əvvəl tutduğu vəzifədən istefa verib.

Bərzanidən növbəti HİYLƏGƏR TƏKLİF – Bağdad qəbul edəcəkmi?

 

İKBY rəhbərliyi, ABŞ-ın nəzarəti altında İraq ordu birlikləri və Peşmərgənin Türkiyə sərhədinə birlikdə yerləşməsini təklif edib. Mərkəzi hökumətin təklifi qəbul etməsi gözlənilmir.

İraqda nəzarət etdiyi sərhəd qapılarını mərkəzi hökumətə təhvil verən Məsud Bərzani, Türkiyə sərhəddinə Ordu birlikləri və Peşmərgənin birlikdə yerləşməsini təklif edib.

“Mehman Əliyevi həbs etdirənlər üzr istəməlidirlər”

 

Mehman Əliyevə və Turan Agentliyinə qarşı atılan addımın səhv olduğunun etiraf edilməsi gec olsa da, vacib məqamdır. Mehman Əliyevə və Turan Agentliyinə qarşı ittihamın götürülməsi barədə prokurorluğun müstəntiqinin imzası olan rəsmi sənəd təəssüf ki, kobud səhvə yol verildiyini təsdiq edir.
 

Bu, problemin həlli deyil, həmin qruplaşmanın üzərində kiçik, ancaq mühüm qələbədir.

Qanuna yeni dəyişiklik vəkillik institutuna nə vəd edir? –Vəkil rəyləri

 

10 milyon əhalisi olan Azərbaycanda 950-yə yaxın vəkil var. Başqa sözlə, hər 11 min 100 nəfərə cəmi bir vəkil düşür. Müstəqil hüquqşünaslar düşünürlər ki, hələ ölkədə vəkilliklə bağlı durum daha da pisləşə bilər. Belə ki, Mülki və İnzibati Prosessual məcəllələrə, eləcə də vəkillik haqqında Qanunun dəyişdirilməsi təklif olunur. Ali məhkəmə verdiyi bu təklifləri vəkillik institutunun daha da möhkəmləndirilməsi ilə izah edir.

Son 5 ildə dünyada 530 jurnalist qətlə yetirilib

 

Noyabrın 2-də bütün dünyada “Jurnalistlərə qarşı cəzasız cinayətlərə son qoyulması günü” qeyd olunur. YUNESKO-nun məlumatlarında bildirilir ki, təkcə son 5 ildə (2012-2016-cı illərdə) dünyada 530, son 11 ildə isə 930 jurnalist həlak olub. BMT-nin məlumatlarına görə, 2017-ci ilin ilk on ayı ərzində 47 KİV əməkdaşı öldürülüb. Bu halda orta hesabla hər 10 hadisədən 9-da belə cinayətləri törədənlər cəzasız qalır.

Çexiyanın 6 ali məktəbi dünyanın 1000 ən yaxşı universitetinin reytinqinə daxil edilib

 

Çexiyanın 6 ali məktəbi dünyanın 1000 ən yaxşı universitetinin hər il tərtib edilən “News Best Global Universities Ranking” beynəlxalq reytinq siyahısına daxil edilib.

Çexiya ali məktəbləri arasında birinci yeri Karl Universiteti tutur. Dünyanın 1250 ali məktəbini əhatə edən tədqiqatın nəticəsində tərtib olunmuş reytinq siyahısında bu universitet 196-cı yeri tutur. Keçən il müvafiq araşdırma 750 ali məktəbi əhatə edirdi.

Türkiyə Milli Kitabxanasında Molla Pənah Vaqifin əsərlərinin sərgisi açılıb

 

Türkiyə Milli Kitabxanasında Molla Pənah Vaqifin yaradıcılığına həsr edilən beynəlxalq elmi konfrans keçirilib və şairin Azərbaycan Milli Kitabxanasının fondunda saxlanılan əsərlərindən ibarət kitab sərgisi açılıb. Tədbir Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibətilə TÜRKSOY-un 2017-ci ili “Molla Pənah Vaqif İli” elan etməsi çərçivəsində təşkil edilib.

Müslüm Maqomayev Musiqi Mədəniyyəti Dövlət Muzeyində xatırlanacaq

 

Noyabrın 15-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli müğənni, xalq artisti Müslüm Maqomayevin 75 illiyi çərçivəsində tədbir keçiriləcək. Muzeyin təşkilatçılığı ilə reallaşacaq tədbir “Müslüm Maqomayevin 75 illik yubileyinin keçirilməsi haqqında” müvafiq Sərəncamına əsasən gerçəkləşəcək.

25 illik yubileyinə hazırlaşan Bakı Bələdiyyə Teatrı ənənəsinə sadiqdir

 

Milli teatr mədəniyyəti ənənələrinə sadiq olan Bakı Bələdiyyə Teatrının yaradıcı kollektivi ölkə hüdudlarından kənarda da uğurlu çıxışlara imza atır. Bu sənət ocağının beynəlxalq uğurları sırasında məşhur rejissor K.Zanussinin öz pyesi əsasında quruluş verdiyi “Qadın oyunları” tamaşası mühüm yer tutur.

 

Ermənistan mətbuatı ölkədə əhalinin sayının kəskin şəkildə azalması ilə əlaqədar həyəcan təbili çalır

 

Yerli mətbuatın yazdığına görə, Ermənistanda əhalinin sayı sabit qaydada azalır ki, bu da ölkənin gələcəyini qeyri-müəyyən vəziyyətə salıb. Ölkənin milli statistika xidmətinin cari ilin ötən 9 ayında demoqrafik vəziyyəti əks etdirən rəqəmləri dərc etməsi vahimə yaradır.