02 November 2017

Nizami Gəncəviyə qarşı köhnə ənənə ilə yeni təxribat

Filologiya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Nizami adına Ədəbiyyat Muzeyinin direktoru, millət vəkili Rafael Hüseynov bilərəkdən Türk Dünyasının ən nəhəng fikir adamlarından biri Nizami Gəncəvinin “kürd” kökənli olmasını yenidən gündəmə gətiribdir. R. Hüseynovun redaktorluğu və giriş məqaləsi ilə  N. Gəncəvinin “Leyli və Məcnun” əsəri dövlət proqramı adı altında 2009-cu ildə “Nurlan” nəşriyyatında yüksək poliqrafik tərbiatda nəşr edilib.

Tanınmış aktyor teatr direktorunu yıxıb sürüdü: “Azdrama”da onu adam yerinə qoymurdular”

 

İrəvan Dövlət Azərbaycan Dram Teatrından qanunsuz şəkildə çıxarıldığını bildirən  tanınmış aktyor Əjdər Zeynalov adıçəkilən teatrın direktoru İftixar Piriyevin onun haqqında olan açıqlamalarına münasibət bildirib. Səslənən iddialara Publika.az vasitəsilə cavab verən Əjdər Zeynalovun müsahibəsini təqdim edirik:

- Əjdər bəy, İftixar Piriyevlə aranızda olan məsələnin başlama səbəbi nə idi?

“Qaçqınkom” hökumətin qərarından xəbərsizdir: “Ayrılıb, haradan gedib, kim ayırıb, necə ayırıb?”

 

Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il, 11 saylı qərarı ilə məcburi köçkünlərə kommunal xidmətlərə görə güzəştlər ləğv edilərək 36 manatlıq vahid müavinətlə əvəzləndi. Bu səbəbdən 2017-ci ildə Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Komitəyə dövlət büdcəsindən kommunal xidmətlərə görə vəsaitin ayrılması da dayandırıldı. Amma 2018-ci ilin büdcə layihəsində isə Komitəyə yenidən kommunal və kommunikasiya xidmətlərinə görə 37.6 milyon manat ayrılması planlaşdırılır ki, bunun da 30.2 milyon manatı elektrik enerjisi haqlarına görədir.

Qalmaqallı sənəd: Nümayəndəlik institutunun ləğvi nə vəd edir?

 

Milli Məclisin oktyabrın 31-də keçirilən plenar iclasında “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Layihə ilə bağlı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O bildirib ki, Ali Məhkəmənin Milli Məclisə təqdim etdiyi layihəyə əsasən, fiziki şəxsin yalnız yaxın qohumuna məhkəmələrdə qanuni nümayəndə kimi iştiraka icazə veriləcək.

Vaşinqtonun xəbər muzeyində “Qadağan olmuş hekayələr” layihəsinin təqdimatı keçirilib

 

Vaşinqtondakı xəbər muzeyi Newseum-da Sərhədsiz Reportyorlar təşkilatı və Azad Səslər Şəbəkəsinin birgə “Qadağan olmuş hekayələr” layihəsinin təqdimatı keçirilib. Qlobal innovativ layihənin təsisçisi fransız jurnalist Loren Rikardır. “Qadağan olmuş hekayələr layihəsinin əsas məqsədi təhdid olunduqları, həbs edildikləri, ya da qətlə yetirildiklərinə görə öz işlərini görə bilməyən jurnalistlərin işini dərc etmək və davam etdirməkdən ibarətdir”, o bildirib.

Yenidən Yaponiyanın Baş naziri seçilən Şinzo Abe hökumətin tərkibini təsdiq edib

 

Noyabrın 1-də parlamentin aşağı palatası Yaponiyanın yeni Baş nazirini seçib. Həmin vəzifəyə oktyabrın 22-də keçirilən ümumi seçkilərdə qalib gəlmiş Liberal Demokratik Partiyanın lideri Şinzo Abe böyük səs çoxluğu ilə seçilib. Parlamentin aşağı palatasının 465 üzvündən 312-si Şinzo Abenin namizədliyini dəstəkləyib.

Ölkəmiz arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkasında təmsil olunub

 

İtaliyanın Paestum şəhərində XX "Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası" (XX "La Borsa Mediterranea del Turismo Archeologico" - www.borsaturismoarcheologico.it) keçirilib.  Əhatə dairəsinə, mövzu və konsepsiyasına görə dünyada yeganə layihə hesab edilən sərgiyə UNESCO, Dünya Turizm Təşkilatı və s. beynəlxalq qurumlar tərəfdaşlıq edir.
 

Pakistan Senatı: Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında islam abidələrini dağıtması və təhqirə məruz qoyması qəbuledilməzdir

 

Ermənistanın işğal olunmuş qədim Azərbaycan torpaqlarında islam aləminə aid dini-mədəni abidələri dağıtması və ya təhqirə məruz qoyması qəbuledilməzdir. Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata görə, səfir Əli Əlizadənin bu ölkənin Senatının sədr müavini Mövlana Abdul Qafur Heydəri ilə görüşündə bildirilib.

Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar BMT-nin Baş katibinə məktub ünvanlayıb

 

BMT Baş Assambleyasının 72-ci sessiyasının “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət”, “GUAM ərazisində həlli uzadılmış münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri”, “Milli və beynəlxalq səviyyədə qanunun aliliyi” və digər gündəlik mövzularına uyğun olaraq, Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi tərəfindən BMT-nin Baş katibinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar məktub ünvanlanıb.