19 October 2017

İcra başçıları əhalini soyuqla imtahana çəkir

 

Qış qapını kəsib. İqlimin sürətlə dəyişən şərtləri bu il də qışı Azərbaycana tez gətirdi. Yaydan birbaşa soyuq fəsilə keçən ölkə əhalisi həmişəki kimi təbiətin bu gözlənilməz sürprizinə hazır deyildi.İnsanlar qışa yay paltarlarında təslim oldular.Sinoptiklər deyir ki, yayın son aylarından normadan artıq yağan yağışlar qarşıdan gələn sərt qışın xəbərçisidir.Alimlər Şimal və Cənub qütblərində yerdəyişmənin başlaması ilə əlaqədar dünyanın qlobal soyuqlaşmaya getdiyini anons edirlər

400 manat verib cibimizi “soyurlar”

 

Paytaxt mağazalarında və sosial şəbəkələrdə şirnikləndirici reklamlara addımbaşı rast gəlirik.Çoxu endirim kampaniyaları olan bu reklamlar hər kəsin diqqətini cəlb edir.İstər-istəməz bu endirimlərlə maraqlanmaq həvəsinə düşür, yaxud da belə mağazalara üz tuturuq.Orda isə əks mənzərə ilə qarşılaşırıq.Müştərilər konkret olaraq aldadılır.Bu həm qiymətlərdə, həm də reklam olunan malın eyni adda olmasından xəbər verir.Yəni saxta endirimlər eyni zamanda qiymətlərin süni artırılmasıdır.

ABŞ-dan Azərbaycan məmurlarına SANKSİYA ÇAĞIRIŞI

 

Tramp Administrasiyası Azərbaycanda insan hüquqlarının pozulması və korrupsiya hallarının cəzalandırılması üçün Maqnitski Qanunundan istifadə etməlidir. Bu barədə ABŞ-ın Azərbaycanda keçmiş səfiri Riçard Kozlariç və ABŞ Dövlət Katibinin müavini Devid Kramerinin American İnterest nəşrində dərc olunmuş məqaləsində deyilir.
 

Bərzaninin son 3 ildə ələ keçirdiyi bütün torpaqları 48 saat ərzində itirdi

 

İraq hökumətinə bağlı olan təhlükəsizlik qüvvələri Kərkük şəhərini PKK və Məsud Bərazniyə tabe olan peşmərgə kürd terror birləşmələrindən azad etdikdən sonra, bu dəfə Mosul şəhərinin Sincar rayonuna nəzarəti ələ keçirib. Kərkükdəki biabırçı və ağır məğlubiyyətdən sonra, Səncar bölgəsində PKK-ya məxsus 30-dan çox hərbi düşəgrə də məhv edilib.
 

Kərkük əməliyyatından sonra, Bərzani ilk dəfə dilə gəldi

Avropa Komissiyası ictimai yerlərin terror aktlarından qorunmasına 120 milyon avro ayıracaq

 

Avropa Komissiyası ictimai yerlərin terror hücumlarından qorunması üçün 2017 və 2018-ci illərdə təxminən 120 milyon avro ayırmağı planlaşdırır.

Bu barədə Aİ-nin təhlükəsizlik ittifaqı üzrə komissarı Culian Kinq oktyabrın 18-də keçirilən brifinqdə bildirib. O, ictimai yerlərdə insanlara hücum faktlarının artdığını qeyd edərək Nitsa, Barselona, Berlin və London hadisələrini xatırladıb.

“Yeni romanslar” müsabiqəsinin qalibləri mükafatlandırlıb

 

Beynəlxalq Muğam Mərkəzində “Mədəniyyət” kanalının layihəsi olan “Yeni romanslar” müsabiqəsinin qalibləri mükafatlandırılıb. Tədbir “Mədəniyyət” kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Tədbirdə “Mədəniyyət” kanalının direktoru Ramil Qasımov çıxış edərək yeni nəsil bəstəkarların yaratdığı romansların gələcək nəsil üçün əhəmiyyətindən danışıb. Layihənin gənc bəstəkarlar üçün örnək olduğunu deyən R.Qasımov qalibləri təbrik edib.

Xalça Muzeyində “Uçan xalça”

 

V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumu çərçivəsində Xalça Muzeyində “Uçan xalça” və “Müasir incəsənət xalçalarda” adlı iki sərgi açılıb. Sərgi Azərbaycan Xalça Muzeyi, Dövlət Rəssamlıq Akademiyası, Vyana Tətbiqi Sənət Universitetinin təşkilatçılığı ilə gerçəkləşib. Sərginin sponsorları Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzi və Vyana Tətbiqi Sənət Universitetidir.

Bəstəkarlar İttifaqında ictimaiyyəti üçün mühüm önəmli tədbirlər

 

İclasda Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə cari ilin birinci yarımilliyində görülən işlərdən danışıb. Bildirib ki, 2017-ci ilin ötən müddətində rəhbəri olduğu qurum musiqi ictimaiyyəti üçün mühüm əhəmiyyət daşıyan tədbirlər təşkil edib.