18 October 2017

Iranın “Qafqazda 17 şəhəri” strategiyası

Sovetlər Birliyi dağıldıqdan sonra, Cənubi Qafqazda strateji marağı olan dövlətlər sırasında İran özünün xüsusi doktrinasını hazırlamaq üçün ölkənin Qum şəhərində dini, paytaxt Tehranda isə Xarici İşlər nazirliyinin tərkibində isə “İranın Qafqaz və Orta Asiya Araşdırmalar Mərkəzi”ni yaratdı. Hətta nazirliyin nəzdində “Risalət” adlı dərgi nəşr etməklə bu strategiyanın elmi-nəzəri əsasları barədə araşdırmaları gündəmə gətirməyə  başladı. “Risalət” dərgisinin ilk saylarında (1991-ci il 2-ci sayı, səh.

Yakob Axuaşvili: Gürcüstanda erməni və gürcülərin etnik prosesləri

 

"Vaxt ötür, əsrlər bir-birini əvəz edir, həyat davam edir, suyumuzu bulandıran ermənilər isə dəyişməz olaraq qalırlar və bizimlə o qədər şey üstündə mübahisə edirlər ki, saymaqla qurtarmaq olmaz. Akademik Suren Ayvazyanın dərc etdirdiyi və yaydığı məqalə Axalsixe və Axalkalakidə yaşayan ermənilərə aiddir. Öz qəzetində o qədər böhtan yazmışdır ki, nəhayət, ona cavab yazmağa, «Dro» («Zaman») qəzetində dərc etdirməyə məcbur oldum.
 

Məhəmməd Rəhmanifər: Millət dirənsə, istəyinə gec-tez çatacaq

 

Məhəmməd Rəhmanifər İran mollakrat rejimində Türk dilinin tədris edilməsinə həm müsbət baxanların, həm də tamamilə buna qarşı olan siyasətçilərin mövcud olduğunu deyir. Güney Azərbaycanın başkəndi Təbrizdən “Amerikanın Səsi” radiosuna danışan yazar və Türk dili müəlliminin sözlərinə görə, ana dili ilə bağlı təşkil olunan kampaniyalar nəticəsində toplumda Türkcə yazıb-oxuyanların sayının sürətlə artması ilə bərabər Türk adı da rəsmi tribunalardan səsləndirilməyə başlanıb.

Neftin ucuzlaşmasından itirilən milyardlar: Birjada bir qiymət, satışda ayrı…

 

OPEC-ə üzv olan ölkələr neftin kəskin ucuzlaşması nəticəsində 1 trilyon dollardan çox itki ilə üzləşib. Bu barədə OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo bildirib. "2015-2016-cı illər ərzində biz yalnız investisiyaların həcminin azalmasını deyil, eyni zamanda gəlirlərin azalmasını da müşahidə etdik. OPEC ölkələri kollektiv şəkildə bu dövr ərzində 1 trilyon dollardan çox itki ilə üzləşib”.

Azərbaycan Mədəniyyət Mərkəzində dərnək və kursların təqdimatı keçirilib

 

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzində fəaliyyət göstərən dərnək və kursların təqdimatı keçirilib. Təqdimat mərasimində Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərləri, elm, mədəniyyət, incəsənət xadimləri, Daşkənddəki internat və orta məktəblərin müəllim və şagirdləri, jurnalistlər iştirak ediblər.
 

Ermənistanda Qarabağla bağlıinanılmaz açıqlama: “Biz azərbaycanlılarla...”

 

“Dağlıq Qarabağ münaqişəsinin nizama salınması Serj Sarkisyanın özünə və Qarabağdan gələnlərin qəbiləsinə sərfəli deyil. Çünki bu qəbilə Qarabağda müharibə dalğası zamanı Ermənistanda hakimiyyəti tutdu və məhz münaqişə nizama salınmadığı üçün hakimiyyətdə qala bilir”.
 

Dağlıq Qarabağ münaqişəsində sülhə nail olmaq üçün səyləri dəstəkləməyə hazırdır

 

ATƏT-in Avstriya sədrliyi Cenevrədə ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilmiş görüşü diqqətlə izləyib. Bu barədə Avstriya sədrliyinin ATƏT-in saytında dərc olunan rəsmi bəyanatında deyilir.

Bəyanatda qeyd olunur: "Biz prezidentlərin danışıqlar prosesinin aktivləşdirilməsi və təmas xəttində gərginliyin azaldılması üçün tədbirlər görülməsinə sadiqliyini görməkdən məmnunuq".