17 October 2017

Moskvada "Nizami" adına mərkəz fəaliyyətə başlayıb

Moskvada fəal Azərbaycan gəncləri bir araya gələrək Elşən Bənnanın rəhbərliyi altında Nizami Gəncəvinin adını daşıyan mərkəz yaradıblar.

Xudaferin.eu bildirir ki, ünlü Azərbaycan şairinin adını daşıyan mərkəz Moskvada mədəniyyətimizin tanıdılmasında, eyni zamanda onun yeni nəslə ötürülməsində böyük rol oynayacaq. Mərkəz təkcə bir şəxsin əməyi ilə deyil, necə deyərlər, el birliyi ilə yaranıb.

Vəkil: Bayram Məmmədovu yenidən karsa qaytarmaq istəyirlər

 

Vəkil Əsabəli Mustafayev oktyabrın 16-da 13 saylı Cəzaçəkmə Müəssəsində yenidən İlkin Rüstəmzadə və Bayram Məmmədovla görüşüb. Bu barədə Mustafayevin özü Facebook səhifəsində yazıb. “Belə tezliklə bu müəssisəyə təkrar getməyimin səbəbi həmin siyasi məhbusların vəziyyəti barədə narahatedici xəbərlərin gəlməsidir.”
13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan siyasi məhbuslar vəkil vasitəsilə bis sıra mesajlarını ictimaiyyətin diqqətinə çatdırıb.

DSK: ‘Əhalinin ən aşağı gəlirli 10 faizinin aylıq gəliri 1,50 manat artıb…’

 

DSK: “Əhalinin ən aşağı gəlirli 10 faizinin aylıq gəliri 1 manat 50 qəpik artıb…”

Əhalinin ən aşağı gəlirli 10 faizinin aylıq adambaşına gəliri 1 manat 50 qəpik, ən çox qazanan 10 faizinin aylıq gəliri isə 51 manat 70 qəpik artıb. Bu haqda Dövlət Statistika Komitəsinin (DSK) 2016-cı ildə əhalinin istehlak büdcəsinə dair hesabatında deyilir.

“İşğalçı Azərbaycana müharibədən başqa yol qoymayıb”

 

Natiq Miri: “Ən azı 2018-ci ilin martınadək Rusiya üçün Qarabağ probleminin həlli gündəmdə və prioritet deyil...”

Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sərkisyanın uzun müddətdən sonra Cenevrədə görüşü oldu. Bu dəfə əsas təşəbbbüs ABŞ-dan gəlib. Bəs, uzun müddətdir danışıqların dalana dirəndiyi vaxtda bu görüş danışıqlar prosesinin yenidən aktiv fazaya keçməsinə səbəb ola bilərmi? İndiki zamanda keçirilən görüşdən nə gözlənilir?

İraq ordusu Kərkükü geri aldı

 

İraq hökumət qüvvələri ildırım-sürətli əməliyyatla kürdlərin nəzarət etdikləri Kərkük şəhərini geri alıblar. Bu əməliyyat qondarma “İraq Kürdüstanının müstəqilliyi üzərində keçirilən referendumdan sonraya təsadüf edir. İraqın elitar Əks-Terrorizm Qüvvəsi bazar ertəsi günorta Kərkük şəhərinin mərkəzində inzibati binalara nəzarəti ələ keçirib.

Bu bizim üçün bayramdır – biz Bərzaninin partiyasından qurtulmaqdan çox xoşbəxtik
 

Vahid Əhmədov: “Azərbaycanda qiymət siyasətində problem var...”

 

“Bahalaşmanın qarşısını almaq üçün hökumətin əlində rıçaqlar var”

Dövlət Statistika Komitəsi ilin ötən 9 ayının iqtisadi yekunları ilə bağlı açıqladığı rəqəmlər də ərzaq məhsulları bazarında bahalaşmanın olduğunu təsdiqləyir. Belə ki, DSK ötən həftə istehlak bazarında qiymətlərin 2017-ci ilin yanvar-sentyabr aylarında necə dəyişdiyini açıqlayıb.

Qəzənfər Əhmədov: Münaqişə zonası 500 milyon kvadrat metrdən çox çirklənmiş ərazini əhatə edir

 

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov “Amerikanın Səsi” radiosuna müsahibəsində ölkə ərazisində partlamamış mina və döyüş sursatlarının zərərsizləşdirilməsi problemlərindən danışıb.

- Azərbaycan ərazilərində indiyədək nə qədər təmizlənmə işləri aparılıb? Mina və partlamamış sursat təhlükəsi hazırda ölkənin hansı ərazilərini əhatə edir?

Hüquqşünaslar: “Nümayəndəlik institutunun ləğvi hüquqi müdafiəni zəiflədəcək”

 

Demokratik ictimaiyyətin nümayəndələri oktyabrın əvvəlində parlamentdə təklif edilən düzəlişləri tənqid ediblər. Bu düzəlişlər hüquqi nümayəndəlik institutunun ləğvini nəzərdə tutur. Düzəlişlərə görə, mülki və inzibati işlərdə, həm də cinayət icraatında vətəndaşların hüquqlarını ancaq vəkillər müdafiə edə bilər.

Türkiyə mediasından Disporla İş üzrə Dövlət Komitəsinə ittiham...

 

"Diaspora Komitəsi bu işlərlə məşğul olmayıb başqa nə iş görür ki"
 

Türkiyənin İğdır vilayətində nəşr olunan “Yaşıl İğdır” qəzetində baş redaktor Cabbar Şıktaşın “Vali Ünlüdən iş dünyasına dəvət” adlı yazısı dərc olunub. Müəllif yazısında ötən həftə İğdırda istifadəyə verilən "Termikel Store" mağazasının açılış mərasimindən, sahibkarın bu vilayətə yatırdığı investisiyadan, tədbirdə İğdır valisinin iş adamlarını buraya dəvət etməsindən bəhs edir.

Frankfurtda Güney Qafqazda alman məskənlərinin salınmasının 200 illiyi anıldı

 

Almaniyanın Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycanın milli pavilyonunda Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbir ölkəmizin Almaniyadakı səfirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.

Moqadişoda partlayış qurbanlarının sayı 300 nəfəri ötüb

 

Somalinin baskəndı Moqadişoda ötən şənbə günü törədilmiş partlayış nəticəsində həlak olanların sayı 300 nəfəri ötüb.

Bu barədə oktyabrın 16-da şəhərin təcili tibb xidmətinin başçısı Abdiqadir Abdirəhman məlumat yayıb. “Təsdiqləyə bilərik ki, partlayış nəticəsində 300-dən çox insan həlak olub. Bu say arta bilər, belə ki, bəzi insanlar hələ də itkin düşmüş sayılır”, - deyə Abdirəhman bildirib. Bundan əvvəl 276 nəfərin öldüyü və 275 nəfərin yaralandığı bildirilirdi.