16 October 2017

Azərbaycan ziyalıları Avropada bir araya gəlirlər

Bu gün Rotterdamda Avropada "Azərbaycanın Dostları" cəmiyyətinin sədri Elman Mustafazadə ilə tanınmış hüquqşunas Ataxan Bəy Əbilovun işgüzar görüşü baş tutub. Üç saat davam edən görüşdə Vətənimizin bu gün üzləşdiyi ağrılı probləmlər, o cümlədən, Avropanın siyasi elitasında Azərbaycan Dövlətinə və hökumətinə münasibətin hazırkı vəziyyəti, Azərbaycandan beyin axını, Dövlətçilik və Vətənçilik ətrafında Azərbaycanın Dostlarının Birliyi, Avropada Qarabağ həqiqətlərinin təbliği, saxta mühacirliklə mübarizə və digər məsələlər müzakirə predmeti oldu.

Mitinqə gedən poçtalyon işsiz qaldı

 

Poçtda azı 5 illik təcrübəsi olan bu iki qadın on gündür ki iş yerlərini itiriblər. Mehriban Hüseynli işdən çıxarılıb və bunu 23 sentyabr mitinqində iştirakı ilə əlaqləndirir. Iştirak etdiyi son mitinqdən sonra işində yoxlama aparılıb, elə bir günün içində də işdən azad olunma əmri verilib. Əmrdə qeyd edilib ki, Mehriban Hüseynli vəzifə öhdəliklərini yerinə yetirməyib.
 

İqtisadi tənəzzül davam edir

 

Bu ilin yanvar-sentyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 50 milyard 67,3 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,6 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunan əlavə dəyər 2,5 faiz artıb, neft sektorunda isə 6,5 faiz azalıb.
 

Unudulmuş qəsəbənin çirkli avtobusları: Sakinlər narazıdır

 

Paytaxt nəqliyyatının problemləri bitmir.Mətbuat bununla bağlı vaxtaşırı yazır, ancaq nəticə yoxdur.Az qala hər gün redaksiyamıza nəqliyyatda baş verən neqativ hallarla bağlı şikayətlər gəlir. Ancaq aiddiyati qurumlar tədbir görmürlər.Əsas şikayət ətraf qəsəbələrdəki marşrut xətləri ilə bağlıdır.Buna səbəb bu qəsəbələrə işləyən marşrutların interval problemi, avtobusların köhnə və istismara yararsız olması, eləcə də sərnişin avtobuslarının azlığıdır.

"Cənab nazir, niyə erməniləri tariximizə soxuşdurursuz?"

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəşr etdiyi və rəy verdiyi bir dərslik daha. 7-ci siniflər üçün Azərbaycan Tarixi kitabı. Kitabda diqqətimi çəkən bu cümlə oldu: "Əbu Sac Divdad Sacilər dövlətinə itaət etmək istəməyən ermənilər və gürcülər Yusif ibn Saca qarşı çıxdılar". Tarixə nəzər salsaq görərik ki, ərəb əsarətinə qarşı mübarizə dövründə Azərbaycanda yaranmış güclü Türk dövlətlərindən biri də Sacilər idi. 879-941-ci ilə qədər təxminən hakimiyyətə olub.

"Gecə ilə şəhidlərin plakatlarını sökdülər" - Zakir Fərəcova şok ittiham

                     

Bir qrup vətənpərvər gənc Sumqayıtda aprel döyüşlərində şəhid olan hərbçilərimizlə bağlı layihə həyata keçirərkən gözlənilməz hadisə ilə qarşılaşıblar. Şəhidlərin yaşadıqları evlərin yanına plakatlar vurmaq istəyən gənclərə Sumqayıt şəhər icra hakimiyyətinin nümayəndələri mane olub. Bu azmış kimi başçı Zakir Fərəcovun adamları gecəykən şəhidlərin plakatlarını söküblər.
 

Paytaxt mağazalarında yalançı endirimlər: Müştərilər necə aldadılır?!

 

Hər mövsümdə paytaxtın bütün geyim mağazalarında yüksək endirimlər göz oxşayır. Amma bu endirimlər təkcə geyim mağazalarına şamil edilmir. Endirimlərin şəbəkəsi genişdir. Həm ətirlərə, həm kosmetik vasitələrə, həm də məişət əşyalarına böyük endirimlər olur. İri şriftlərlə yazılmış endirim kampaniyaları hər bir alıcının diqqətini cəlb edir. Hətta, 50-70 faizədək endirimlər təklif olunur. Müştərilərin çoxu bu cür endirimlərin heç də real olmadığı qənaətindədir. Endirimlərlə bağlı mütəxəssislər nə düşünür?

Lənkəran sakinləri: "İşsizlik narkomaniyaya səbəb olur"

 

İşsizlik narkomaniya, oğurluq hallarının çoxalmasına, ailələrin dağılmasına səbəb olur, bunu Lənkəran sakinləri deyir. Azərbaycanın cənubunda yerləşən Lənkəran şəhəri sakinlərinin bəziləri burada digər rayonlara nisbətdə həyat şəraitinin yaxşı olduğu fikrində olsalar da, onu da nəzərə almaq lazımdır ki, sakinlərin əsas qazancı alverdən qaynaqlanır.
 

Gəncədə “Seni seviyorum adamım” filminin nümaiyşi

 

Gəncə şəhərində 5 ildir fəaliyyət göstərən “Cine Club” öz ətrafına yüzlərlə gənci toplaya bilib. Gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi, vətənpərvər ruhun aşılanması, kinoteatrlarda film izləmə ənənəsinin təbliği məqsədi ilə təşkil edilən “Cine Club”da hər həftənin şənbə günü maarifləndirici filmlər nümayiş etdirilir.

Avstriyada keçirilən parlament seçkilərində mərkəzçi-mühafizəkarlar qalib gəliblər

 

Avstriyada keçirilən növbədənkənar parlament seçkilərində mərkəzçi-mühafizəkar Avstriya Xalq Partiyası qalib gəlib. Seçki məntəqələri bağlandıqdan sonra elan edilən ilkin nəticələrə əsasən, vitse-kansler və xarici işlər naziri 31 yaşlı Sebastian Kurtsun başçılıq etdiyi Avstriya Xalq Partiyası seçicilərin 31,6 faizinin rəğbətini qazanaraq, seçkilərdə qalib gəlib.

 

"Silaha pul xərcləməyin yox, Dağlıq Qarabağ münaqişəsinin həllini düşünməyin vaxtı gəlib çatıb"

 

Dağlıq Qarabağ münaqişəsinin həllini düşünməyin vaxtı gəlib çatıb, silaha pul xərcləməyin deyil.
 

Publika.az bildirir ki, bunu Enerji, təbii ehtiyatlar və geosiyasət Mərkəzinin direktoru, Qlobal təhlükəsizliyin təhlili İnstitutunun aparıcı eskperti, "International Market Analysis" şirkətinin təsisçisi Ariel Koen deyib.