15 October 2017

2018-ci il gözləntiləri: Büdcə yenə neftdən asılı olacaq

 

Azərbaycanın 2018-ci il üçün dövlət büdcəsinin gəlirləri 20 milyard manat səviyyəsində proqnozlaşdırılır. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin eksperti Vüsal Musayev deyib. Ekspert dövlət büdcəsinin xərcləri ilə bağlı proqnoz verməyib. Bundan başqa, gələn il üçün dövlət büdcəsində neftin qiyməti bir barelə görə 45 dollar proqnozlaşdırılıb.

Yunus Şamili: Xameneyi deyir ki, türkcə evlərdə qalsın, məktəblərə girməsin

 

Siyasi şərhçi Yunus Şamili “Amerikanın Səsi” radiosuna müsahibədə bu yaxınlarda medianın gündəmində olan İranın ali ruhani liderinin türk dili ilə bağlı ifadələrini dəyərləndirib. Keçən həftə sosial mediada yayımlanan bir videoda Ayətullah Seyid Əli Xamneyinin 5 yaşlı bir uşaqdan “türk ya fars” olduğunu sual etdiyi görünür. İranın ali rəhbəri sonra uşağın anasına ona evdə türkcə öyrətməsini tövsiyə edir.

AŞPA Avropa Məhkəməsini İlqar Məmmədovun işi ilə bağlı tez qərar verməyə çağırıb

 

Avropa Şurası Parlament Assambleyasının bürosu oktyabrın 13-də Avropa İnsan Hüquqları Məhkəməsini Azərbaycanın İlqar Məmmədovun işi üzrə məhkəmənin qərarını yerinə yetirib-yetirmədiyi məsələsi ilə bağlı mümkün qədər tez rəy verməyə çağırıb.

“Əhalinin əksər hissəsinin kredit borcunu ödəməyə imkanı yoxdur”

 

Əkrəm Həsənov: “Onlar buna görə heç bir məsuliyyətə cəlb oluna bilməz”
 

Kredit borclarını ödəməməyə görə cəzaların sərtləşdiriləcəyi, bununla bağlı qanun layihəsinin Milli Məclisin 20 oktyabr tarixli iclasında müzakirəyə çıxarılacağı ilə bağlı xəbər vermişdik. Maraqlıdır, qanunun sərtləşdirilməsi kreditə görə intihar hallarının sayını artıra, daxili vəziyyəti gərginləşdirə bilərmi? Ümumiyyətlə borclulara qarşı qanunun sərtliyinin artırılması doğrudanmı çıxış yoludur?

Lukaşenko: Belarus Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır

 

Minskdə Milli Məclisin Sədri Oqtay Əsədovla görüşündə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Belarus və Azərbaycan parlamentləri ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verə bilərlər. Bu barədə Milli Məclisin mətbuat xidmətindən verilən məlumatda qeyd edilir.

 

Amerikalı ekspert: NATO və Avropa İttifaqının İrəvanın sonuncu silah alışını pisləməməsi təəccüblüdür

 

Ermənistan hökuməti tərəfindən müasir silahların alınması, şübhəsiz ki, Avropada sülhə və sabitliyə təhlükə yaradır. Bunu Markett Universitetinin (ABŞ) beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys bildirib.

İtaliyada batmaq təhlükəsi ilə üzləşən 600-ə yaxın miqrant xilas edilib

 

İtaliya Sahil Mühafizəsi Xidməti Avropaya keçməyə çalışarkən batmaq təhlükəsi ilə üzləşən 600-ə yaxın miqrantı xilas edib. ilasetmə əməliyyat 36 saata yaxın davam edib. Xilas edilənlərin Palermo şəhərinə gətirildiyi bildirilir.

 

Qeyd edək ki, bu ilin sentyabrında Yunanıstanın Krit və Lesbos adaları yaxınlığında 210, avqustunda isə İspaniya sahillərində 600 qeyri-qanuni miqrant xilas edilmişdi.

Məşhur fırça ustalarının sənət əsərlərindən ibarət rəsm sərgisi açılıb

 

Azərbaycan Milli İncəsənət Muzeyində yeddi məşhur fırça ustasının sənət əsərlərindən ibarət qeyri-adi rəsm sərgisi açılıb. Sərgidə Səttar Bəhlulzadə, Əzim Əzimzadə, Faiq Əhmədov və başqa tanınmış ustaların əsərləri nümayiş olunub. Həmçinin rəssamlara xas olan şəkildə hazırlanan zərgərlik əsərləri də 3D printerdə çap olunmuş şəkildə təqdim edilib.