14 October 2017

Əfsanə Sevigin: İranda türk dilini gündəmə gətirən siyasətçilər dəstəklənməlidir

 

Əfsanə Seviginin fikrincə, İran dövlətindən ana dilində təhsil haqqı tələbi və əhalini türk dilində yazıb-oxumağa təşviq edən kampaniyalar parallel şəkildə yürüdülməlidir. İsveçdə yaşayan siyasi fəal “Amerikanın Səsi” radiosu ilə söhbətində Güney Azərbaycanda türk dili ilə bağlı təşkil olunan kampaniyaları dəyərləndirib.

Palata işsizlər ordusu yaradır: Yeni qərarların sonucu

 

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) fəaliyyəti qənaətbəxş hesab olunmur. Belə ki, Palatanın verdiyi qərarlardan sonra çox acınacaqlı mənzərənin yaranması bu quruma olan etimadi sarsıdır.Ümumiyyətlə, Palata yeni yarananda hər kəs maliyyə bazarında yaranan problemlərin həll olunacağını düşünürdü.Ancaq bu, baş vermədi. Əksinə, maliyyə sektorunda yaranan problemlər bu gün daha da dərinləşib.Bankların və bir sıra maliyyə qurumlarının bağlanması ilk növbədə işsizliyin artmasına rəvac verir.

Güney Azərbaycanda dəhşət saçan edam siyasəti

 

Ərdəbil şəhərində məhbuslar bayraq dirəyinə zəncirlənərək cəzalandırılır

Belə ki, mollakratiya rejiminə məxsus cəzaevlərində məhbusların əl-ayaqları qandallı şəkildə bayraq dirəyinə zəncirlənərək cəzalandırıldığına dair məlumat yayıb. Bu yöndə insan haqları qurumları açıq şəkildə bildirirlər ki, Ərdəbil zindanında artıq ənənə halı alıb.

Bərzani komandirindən təcili açıqlama: “Geri çəkildik”

 

Quzey İraqda 50 ilə yaxındır ki, kürd terrorizmi siyasətini aparan “Kürdüstan Yurdsevərlər Birliyinin (KYB) Siyasi Büronun üzvü və silahlı “peşmərgə” ordusunun komandirlərindən  biri sayılan Şeyx Cəfər Mustafa Haşdi Şabi və İraq ordusu ilə qarşıdurmaya girməmək üçün bəzi təmas nöqtələrindən geri çəkildiklərini açıqlayıb.

“Ağıllı” piyada keçidi təqdim edilib

 

Böyük Britaniyanın “Direct Line” sığorta şirkəti “ağıllı” piyada keçidini təqdim edib. Yeni texnologiya yollarda təhlükəsizliyi əhəmiyyətli dərəcədə yüksəldə biləcək. “Ağıllı” keçid piyadanı aşkarlayaraq sürücüyə təhlükə haqqında xəbərdarlıq edən bir neçə sensordan ibarətdir. O həm də piyadalara yaxınlaşan nəqliyyat vasitələri haqqında məlumat verir.

«Kredit borcuna görə insanların həbsi çıxış yolu deyil»

 

Xəbər verdiyimiz kimi, kredit borcları ilə bağlı cəzaların sərtləşdirilməsi məqsədilə Cinayət Məcəlləsinin 196-cı maddəsininin (Kreditor borclarını ödəməkdən qəsdən yayınma) 196.1 və 196.2-ci bəndlərinə dəyişiklik təklif edilir. Dəyişikliyə əsasən, kredit borclarını ödəməkdən qəsdən yayınanlar maddələrin müvafiq bəndlərinə uyğun olaraq 2 il və ya 2 ildən 5 ilə qədər azadlıqdan məhrum ediləcəklər. Cəzaların daha da sərtləşdirilməsi problemli kreditlərin qaytarılması üçün çıxış yolu ola bilərmi?

Bəstəkar Mobil Babayevin yaradıcılıq gecəsi

 

Beynəlxalq Muğam Mərkəzində tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Mobil Babayevin yaradıcılıq gecəsi keçirildi. Tədbir “Mədəniyyət” kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşdi.
 

Gecədə Mobil Babayevin yaradıcılığı haqqında məlumat verildi. Bildirildi ki, bəstəkarın əsərlərindən ibarət musiqi çələngi müəllifin sənətsevərlərlə görüşü və onlara hədiyyəsidir.

Tanınmış yazıçı-publisistin 70 illik yubileyi qeyd olunub

 

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında tanınmış yazıçı-publisist Mustafa Çəmənlinin 70 illik yubileyi qeyd edilib. Elm, ədəbiyyat, incəsənət xadimlərinin iştirak etdikləri yubiley tədbirində əvvəlcə M.Çəmənlinin həyat və yaradıcılığına dair film nümayiş olunub. Tədbirdə Baş nazirin birinci müavini, xalq yazıçısı Elçinin yubilyara təbrik məktubu oxunub.

Tələbə tarzən “İstedadlar salyutu” festivalında uğur qazanıb

 

7-10 oktyabr tarixində Sankt-Peterburq şəhərində “İstedadlar salyutu” VII Beynəlxalq yaradıcılıq festivalının yekun mərhələsi - superfinalı keçirilib.
 

Azərbaycan Milli Konservatoriyasının tar ixtisası üzrə III kurs tələbəsi Orxan Zeynalov mart-aprel aylarında Tbilisidə baş tutan festivalda I yeri tutaraq superfinala vəsiqə qazanmışdı.

Özbəkistanda Azərbaycan bəstəkarlarının əsərlərinin sevgisi

 

Muxtar Əşrəfi adına Özbəkistan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən “Soqdiana” xalq çalğı alətləri orkestri yeni mövsümün açılışını edib. Açılışda Avropa və Azərbaycan bəstəkarlarının əsərləri ifa edilib. Tədbirdə orkestrin xidmətləri haqqında danışılıb, kollektivin bədii rəhbəri, Özbəkistanın əməkdar artisti, professor Fizruzə Abduraximovaya Özbəkistan Mədəniyyət Nazirliyinin fəxri fərmanı təqdim edilib.

 

Almaniyada dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş tədbir keçirilib

 

Almaniyanın Frankfurt-Mayn şəhərində Frankfurt Beynəlxalq Kitab Yarmarkası işə başlayıb. Azərbaycanın ənənəvi olaraq təmsil olunduğu beynəlxalq tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarından və ölkəmizin nəşriyyat nümayəndələrindən ibarət heyət iştirak edir. Ölkəmizin stendində Azərbaycanın dövlətçiliyi, tarixi, mədəniyyəti və turizm imkanları ilə bağlı 380 adda 700-ə yaxın nəşr məhsulları alman, ingilis və Azərbaycan dilində ziyarətçilərə təqdim olunur.