13 October 2017

Dünya alimləri Nizami Gəncəvi haqda: "Türkdür" - Faktlar

 

İbtidai siniflər üçün nəzərdə tutulan dəftərlərin üstündə dahi Azərbaycan şairi Nizami Gəncəvi fars ədəbiyyatının nümayəndəsi kimi göstərilməsi media və sosial şəbəkələrdə etirazlara səbəb oldu.

Qeyd edək ki, bu dəftərlər ölkənin, demək olar ki, bütün məktəblərində istifadə olunur. Dəftərin üz qabığında Nizami Gəncəvinin fotosu verilib və onun haqqında olan qısa məlumatda aşağıdakı cümlələr qeyd olunub:

Gənc fəallar həbsxanada aclığa başlayır

 

Hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan üç fəal - Bayram Məmmədov, İlkin Rüstəmzadə və Elgiz Qəhrəman həbsxanada aclıq aksiyasına başlamaq niyyətindədirlər. Bu barədə vəkil Əsabəli Mustafayev oktyabrın 11-də Bayram Məmmədova baş çəkdikdən sonra bildirib. Etirazın səbəbi 13 saylı cəzaçəkmə müəssisəsində Məmmədova qarşı münasibətdir.

AŞPA Azərbaycanda insan hüquqları problemi ilə bağlı iki qətnamə qəbul etdi

 

Avropa Şurası Parlament Assambleyası (AŞPA) payız sessiyasının oktyabrın 11-də keçirilən plenar iclasında "Azərbaycanda demokratik institutların fəaliyyəti" adlı hesabatı müzakirə edib. Sənəd AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Stefan Şennak (Avstriya) və Sezar Florin Pred (Rumıniya) tərəfindən hazırlanıb. Məruzə ilə birlikdə mövcud qətnamə layihəsi də təqdim edilib. Hesabatda hakimiyyət qolları arasında tarazsızlıqla bağlı narahatlıq ifadə olunub.

Dünyadakı azərbaycanlı soydaşlarımız Azərbaycan Dövlət Diaspor Komitəsinin sədri Nazim İbrahimovdan narazıdır

 

Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu bir neçə gündür, dünyada yaşayan azərbaycanlılara müraciət edərək "Siz Diasporla İş üzrə Dövlət Komitəsinin işindən razısınızmı?” adlı sorğu keçirir.
 

Deputat təmsil etdiyi əhali haqda: “Onlar qul kimi yaşayır və buna dözürlər...”

 

Rusiya Dövlət Qulluğu və Xalq Təsərrüfatı Akademiyası ölkədə yaşayan əmək miqrantlarının sayını açıqlayıb. “Miqrasiya və əmək bazarı” adlı hesabatda 2017-ci il 1 yanvar tarixi üçün Rusiyada 555 min Azərbaycan vətəndaşının əmək miqrantı kimi fəaliyyətdə olduğu göstərilib. Bu göstəricinin 2016-cı ilin analoji dövründə 40 min az – 515 min olduğu da qeyd edilib. Bu baxımdan maraqlıdır, Rusiyaya üz tutan azərbaycanlıların sayı nə üçün artıb?

 

“Korsar” baleti Vladivostokda azərbaycanlı xoreoqrafın quruluşunda təqdim ediləcək

 

Oktyabrın 15-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsində Adolf Adanın ikihissəli “Korsar” baleti nümayiş etdiriləcək. Səhnə əsərinin quruluşçu xoreoqrafı və işıq üzrə rəssamı azərbaycanlı balet ustası Eldar Əliyevdir. Tamaşada Marius Petipanın (1818-1910) xoreoqrafik səhnələrindən istifadə edilib. Balet, həmçinin Eldar Əliyevin librettosu əsasında hazırlanıb.

50 minlik ordu qondarma “Kürdüstan”a qarşı hərəkətə keçdi

 

50 min nəfərlik İraq ordusu Türkiyə ilə yeni sərəd qapısı olacaq Ovaköyün qarşısındakı Dayrabun və Baciddə əməliyyata hazırlaşır. Bərzaninin İraqı parçalamaq məqsədli referendum həmləsinin ardından bölgəyə yönəlik sanksiyalar çərçivəsində Türkiyə Habur sərhəd qapısına alternativ olan Ovaköyü həyata keçirəcək. Sərhəd bölgəsində infrastruktur işləri başlayarkən İraq ordusu da buranı işğal altında saxlayan Bərzani Peşmərgəsinə qarşı əməliyyata hazırlaşır.
 

“Bu çaylardan imtina edin”

 

Ürəyimiz yananda, başımız ağrıyanda ağırıkəsici kimi istifadə etdiyimiz bircə stəkan pürrəngi çay… Kimisi onu armudu stəkanda, kimisi fincanda, kimisi limonlu, kimisi yalnız qəndlə, kimisi mürəbbə ilə içməyi xoşlayır. İçdikcə də içilir… Nahaq yerə deməyiblər ki, çayın biri qaydadı, ikisi cana faydadı. Üçü nəsdi, dördü bəsdi. Çatdı beşə, vur on beşə. Çay nədi, say nədi…
 

İŞİD-dən xilas edilən uşağın qohumundan şok açıqlamalar

 

Bir müddət əvvəl İŞİD terrorçularından xilas edilən azərbaycanlı azyaşlı Abdullanın ailəsi ilə bağlı yeni faktlar ortaya çıxıb. 3 yaşlı Abdullanın atası Süleyman AbdullayevBakının Suraxanı rayonunda yaşayıb, ailə qurduqdan sonra Türkiyəyə köçüb. İşləmək adı ilə ölkəni tərk edən Süleyman ailəsi ilə birlikdə Türkiyədən İraqa yollanıb.
 

Azərbaycan və Ermənistan dövlət sərhədində keçirilən monitorinq başa çatıb

 

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 12-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində keçirilən monitorinq insidentsiz başa çatıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

 

Helsinki Komissiyası Dağlıq Qarabağa dair brifinq keçirəcək

 

Helsinki Komissiyası 18 oktyabrda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair brifinq keçirəcək.

Brifinqdə ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri Keri Kavano, Avropa və Mərkəzi Asiya üzrə Beynəlxalq Böhran Qrupunun proqram rəhbəri Maqdalena Qrono və ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri Ceyms Uorlik iştirak edəcəklər.

TREND IA

 

“Kaşğardan son Batı sınırınadək türk şəhərləri”

 

Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin layihəsi bu dəfə Türküstanda baş tutacaq

Oktyabrın 9-da Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY və Türk Dünyası Mühəndislər və Memarlar Birliyi (TDMMB) arasında əməkdaşlıq çərçivəsində görüş təşkil edildi.

 

TÜRKSOY-un qərargahında baş tutan tədbirə qurumun baş katibi Düsen Kaseinov, müavini Fırat Purtaş, TDMMB-nin baş katibi İlyas Demirçi və digər təmsilçilər qatılmışdı.

Pentaqon: İŞİD geri çəkilir, terrorçular kütləvi surətdə təslim olur

 

İraqın əvvəllər İŞİD terror qruplaşmasının nəzarətində olan ərazisinin 95 faizindən çoxu azad edilib.

 

Bunu ABŞ başda olmaqla beynəlxalq koalisiyanın İraq və Suriyada apardığı hərbi əməliyyatlara rəhbərlik edən general Robert Uayt İraqın ba.kəndi Bağdadda jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib. “Düşmən geri çəkilir və yaraqlılar kütləvi surətdə təslim olur. Onlar uduzduqlarını bilirlər”, - general belə deyib.