11 October 2017

​"Biz də yaxşı yaşamaq istəyirik... bizə də ev versinlər"

 

Sökülən binanın sakinləri etiraz edir
 

Köhnə çərçivəli pəncərənin üzərinə prezidentin və həyat yoldaşının portreti və altında "Prezident İlham Əliyev, biz sizə güvənirik!" çap edilmiş ağ kağız yapışdırılıb. Burada, Köykəb Səfərəliyeva, 25 ünvanında dördüncü aydır ki, sakinlər evin sökülməsini gözləyir.

Kataloniyada kritik gün – İspaniya Barselonaya ordu yeritsə, Avropa göz yumacaq

 

Bu gün Kataloniya parlamenti birtərəfli olaraq müstəqillik elan etməyə hazırlaşır. Əyalət hakimiyyətinin bu addımı İspaniya hökumətini olduqca mürəkkəb vəziyyətə sala bilər.

Rəsmi Madrid Kataloniya hökumətinin keçirdiyi referendumun nəticələrini tanımaqdan rəsmən imtina edib. Bundan başqa, hakimiyyət orqanları əyalət rəsmilərini birtərəfli qaydada ayrılmaq haqqında qərarı elan etmələri halında olduqca sərt tədbirlərə əl atacaqları ilə hədələyiblər.
 

Ekspert: Azərbaycan borcunu ödəyə bilməyən insanların həbs olunduğu yeganə Avropa ölkəsidir

 

Azərbaycan borcunu ödəyə bilməyən şəxslərin həbs olunduğu yeganə Avropa ölkəsidir. Bu barədə "Antikollektor" şirkətinin rəhbəri Əkrəm Həsənov Facebook səhifəsində yazıb. O, qeyd edib ki, Avropa Məhkəməsi onun verdiyi 3 şikayətlə bağlı kommunikasiyaya başlayıb.

“ƏSA” teatrı növbəti tamaşanın məşqlərini davam etdirir

 

Əsas heyəti fiziki məhdudiyyətli aktyorlardan ibarət olan “ƏSA” teatrı növbəti tamaşanın məşqlərini davam etdirir.

Amerika yazıçısı Con Steynbekin “Adamlar və siçanlar” əsəri əsasında hazırlanan tamaşa teatrın birillik fəaliyyətində üçüncü olacaq və noyabrda səhnəyə qoyulacaq. Səhnə əsərində altısı fiziki məhdudiyyətli olmaqla səkkiz aktyor iştirak edəcək.

Güney Azərbaycan kinematoqraflarının 8 filmi Türkiyə festivalında

 

Güney Azərbaycanın çağdaş kino xadimlərindən Əlirza Salmanpurun “Kozmek”, Rza Cəmalinin “Körpü”, Leyla Əhədinin “Ətirşahın qışı”, Siyamak Atanın “Doğuş”, Leyla Novruzinin “Mən İsmətəm”, Ərturan Nəcəfinin “Səs”, Hayde Muradinin “Qarlı damlar” və Hüseyn Əsil Abdullahinin “Başlanğıcda ölüm” kinofilmləri Azərbaycan Türkcəsində VII Malatya Beynəlxalq Film Festivalında nümayiş olunacaq.