10 October 2017

Qırğızıstanda dövlət çevrilişi cəhdi: prezident Rusiyaya səfərini ləğv etdi

 

Qırğızıstan prezidenti Almazbek Atambayev MDB dövlət başçılarının Soçidə keçiriləcək görüşünə səfərini ləğv edib. Buna səbəb isə respublikada qarşıdan gələn prezident seçkiləri vaxtı bəzi siyasətçilərin qarışıqlıq yaratmaq və dövlət çevrilişinə cəhd etmək planlarının üzə çıxması olub. Prezidenti mətbuat xidmətinin məlumatında deyilir ki, çevriliş cəhdini törətmək niyyətində olan siyasətçilərin xaricdən maliyyə dəstəyi alması da müəyyən olunub. Prezident vəziyyətə şəxsən nəzarət etmək üçün səfəri ləğv etmək qərarına gəlib.

Dinc şəraitdə rəhmətə gedən qardaşına şəhid statusu alan başçı

 

Sovet dönəmində olduğu kimi müstəqillik illərində də rayon rəhbərləri bölgələr üçün “balaca padşahlar”a çevrilib. “Birinci katib” stasusu yalnız ad olaraq dəyişib, forma və məzmunca isə sadə vətəndaş üçün situasiya daha da ağırlaşıb. Eyni zamanda yeni dönəmin “balaca padşahları” öz fəaliyyətləri, müxtəlif olaylar və xobbiləri ilə daha çox təəccübləndirir.

Əbülfəz Məlikov və havadarlarının yağ biznesi: Xəyanət və xərçəng

 

Devalvasiyadan sonra ilk addım kimi prezident İlham Əliyev gömrükdə monopoliyanın ləğvinə qərar verdi. Sivil dövlətlərdə gömrük sistemində aparılan islahatlar ölkəni ağ günə şıxarmaq üçn yeganə və ilk addımlardan biridir ki, bu istiqamətdə də ölkə rəhbərliyi tətəfindən addımlar atıldı, qərarlar verildi.

 

İran mollakrat rejiminin lideri Seyid Əli Xameneyidən əndrabadi açıqlama

 

O bildirib ki: “Məktəbdə farsca öyrənirlər, siz də evdə türkcə öyrədin!”

İran mollakrati rejiminin ali ruhani lideri Seyid Əli Xameneyinin 5 yaşlı bir uşaq və onun anası ilə türk və fars dilləri haqqında söhbəti bir milyondan artıq sosial media istifadəçisi tərəfindən izlənilib. Belə ki, onun ofisinin idarə etdiyi Telegram kanalı tərəfindən yayımlanan videoda Xamneyinin Parsa adında bir uşaqdan “türk ya fars” olduğunu sual etdiyi görünür.

İraq: Bərzani Kürdüstandan imtina edir?

 

İraqda etnik separatism adı altında elan edilən “Kürd Muxtariyyəti”nin rəhbəri Məsud Bərzani müstəqillik referendumunun nəticələrini Bağdadın tətbiq etdiyi sanksiyaların ləğv edilməsi qarşılığında dondurmağa hazırdır.

 

Bunu ötən gün jurnalistlərə açıqlamasında İraqın vitse-prezidenti Üsamə ən-Nüceyfi söyləyib. Onun sözlərinə görə, Bərzani Bağdadla dialoqa hazır olduğunu deyib.

31 bankdan cəmi 4-ü şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərir

 

Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “Yaşıl dəhliz” bölməsində açıqladığı şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyicilərinin siyahısında Azərbaycandakı 31 bankdan cəmi 4-nün adı var. bunlar “Accessbank”, “Bank Respublika” və “Ziraat Bank (Azerbaijan)” ASC-lər, eləcə də “Yapı Kredi Bank (Azerbaijan)” QSC-dir.

Çexiyada işsizliyin səviyyəsinin aşağı olmasına baxmayaraq, inflyasiya davam edir

 

Çexiyada sentyabr ayında işsizliyin səviyyəsi əvvəlki ayla müqayisədə 4 faizdən 3,8 faizə enib. Əmək birjasında 284915 adam qeydiyyatdan keçib ki, bu da 1998-ci ilin mayından bu vaxtadək ən aşağı göstəricidir. İllərarası müqayisədə işsizliyin səviyyəsi 1,4 faiz azalıb. Vakant iş yerlərinin sayı isə, əksinə, həm illik, həm də aylıq müqayisədə artıb.

Almaniya iqtisadiyyatında rekord artım qeydə alınıb

 

Cari ilin avqust ayında Almaniyada sənaye məhsulları istehsalının həcmi əvvəlki ayla müqayisədə 2,6 faiz artıb. AFR İqtisadiyyat və Energetika Nazirliyi bildirir ki, son 6 ildə ən yüksək göstərici sayılan bu artım analitiklərin proqnozlarını xeyli üstələyir. “Reuters” agentliyi qeyd edir ki, iyul ayında sənaye məhsulları istehsalının həcmi 0,7 faiz azalandan sonra analitiklər gözləyirdilər ki, avqustda artım cəmi 0,7 faiz ola bilər.

Vyanada Azərbaycan muğamlarına həsr olunmuş ədəbi-bədii gecə

 

Avstriyanın başkəndi Vyana şəhərinin Marqareten rayonunun bələdiyyə binasında Azərbaycan muğamlarına həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Gecədə tanınmış musiqiçi Fərəməz Gərmrudinin məruzəsi dinlənilib. Muğamların tarixindən bəhs edən natiq Azərbaycan və İran muğamları arasında oxşar və fərqli cəhətlərdən danışıb. Sözlə musiqinin vəhdətindən, muğamın yaratdığı ecazdan bəhs edib.

Mirzə Əsgərovun rəhbərlik etdiyi xor daha bir festivalda iştirak edəcək

 

Həmvətənimiz Mirzə Əsgərovun bədii rəhbəri və dirijoru olduğu M.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) akademik xorunun konsert mövsümü müxtəlif tədbirlərlə zəngindir. Kollektiv noyabrın 11-də Moskva Dövlət Filarmoniyasının “Orkestrion” konsert zalında XVIII “Admiralteyskaya muzıka” beynəlxalq festivalında çıxış edəcək.

Musiqi Mədəniyyəti Dövlət Muzeyində Beynəlxalq musiqi günü

 

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Beynəlxalq musiqi gününə həsr edilmiş konsert olub.
 

Konsertdən əvvəl muzeyin direktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbir barədə fikirlərini jurnalistlərlə bölüşüb. Bildirib ki, bu il muzey 50 illiyini qeyd edir və bu əlamətdar hadisə münasibətilə silsilə tədbirlər keçiririk. Bugünkü tədbir də bu qəbildəndir.