08 October 2017

Madrid Kataloniya polisinin başçısını qiyamda ittiham edir

 

Kataloniya polisinin başçısı Jozep Luis Trapero oktyabrın 6-da Madrid məhkəməsinin qarşısına çıxıb. O, dövlətə qarşı qiyamda şübhəli bilinir.

Trapero müstəqillik barədə referendum ərəfəsində İspaniya Milli Qvardiyası əməkdaşlarının etirazçılardan mühafizəsi üzrə öhdəliklərini yerinə yetirməməkdə ittiham olunur. Məhkəməyə, həmçinin “Kataloniyanın müstəqilliyi uğrunda” hərəkatın iki əsas fəalı və yerli polisin bir əməkdaşı da çağırılıb.

Bağdad Türkiyə və İranı qondarma “Kürdüstan”la sərhədlərini bağlamağa çağırıb

 

İraqın Xarici İşlər Nazirliyi Türkiyə və İran hökumətlərinə Kürdüstan regional vilayəti ilə nəzarət-buraxılış məntəqələrini bağlamaq və neft ticarəti ilə bağlı əməliyyatları məhdudlaşdırmaq çağırışı ilə müraciət edib.

XİN-in müraciətində İraq hökumətinin Türkiyə və İranla ikitərəfli əməkdaşlıq və müştərək təhlükələrə qarşı birgə mübarizə aparmaq üçün mehriban qonşuluq, İraqın suverenliyinə hörmət çərçivəsində əməkdaşlıq etdiyi vurğulanır.

AŞPA-nın payız sessiyası çərçivəsində Azərbaycanda insan hüquqlarına dair dinləmələr keçiriləcək

 

Oktyabrın 9-da Strasburqda AŞPA-nın payız sessiyası çərçivəsində "Landromata son qoymağın və Azərbaycanı cavab verməyə çağırmağın vaxtıdır" mövzusunda müzakirələr keçiriləcək. Dinləmələri Azərbaycan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu (RATİ) AŞPA-nın keçmiş prezidenti Ann Brasserin dəstəyilə keçirəcək. Tədbir yerli vaxtla saat 13.00-dan 14.00-dək davam edəcək.

Konqresdə jurnalistlərə qarşı hücumlarla bağlı brifinq

 

Oktyabrın 4-də ABŞ Konqresinin Helsinki Komissiyası Rusiya və post-sovet ölkələrində jurnalistlərə qarşı hücumlarla bağlı brifinq keçirib. Brifinqdə Azərbaycan və digər post-sovet ölkələrində jurnalistlərin vacib rolu və cəmiyyətə təsiri, onların haqları, təhlükəsizliyi və müdafiəsi, eləcə də ATƏT regionundaki ölkələrdə mətbuat azadlığının təbliği və müdafiəsi müzakirə olunub.
 

Tarif siyasətinin diktatından əl çəkmək lazımdır

 

Gürcüstan öz təbii resursları və insan potensialından uğurla istifadə edib təkcə bütün Qafqaz bölgəsinin turizm Məkkəsinə çevrilməyə can atmır, o, həm də Böyük İpək Yolunun bir hissəsi olmaq üçün konkret layihələr həyata keçirir. Söhbət bütün Asiyadan əmtəələri cəlb etmək üçün müasir dəmir yolu rabitəsinin yaradılması, dəniz infrastrukturunun gücləndirilməsindən gedir.

 

Qubad İbadoğlu: Azərbaycanla tərəfdaş ölkələrin statistikası düz gəlmir

 

İqtisad elmləri doktoru Qubad İbadoğlu "Facebook" səhifəsində Azərbaycanla 10 tərəfdaş ölkənin idxal əməliyyatlarına dair məlumatlar əsasında güzgü statistikası metodologiyası ilə eyni göstəricilər arasındakı fərqləri təqdim edib. Onun araşdırmasına əsasən, 2015-ci ildə dövlət büdcəsi gömrük ödənişlərindən ən azı 1,3 milyard manat vəsait itirib.

Qiymətlər yenidən bahalaşacaq- “İnflyasiya gedir və o, ən yüksək həddədir”

 

Ekspert çıxış yolunu iqtisadiyyatın liberallaşdırılması yönündə konkret addımların atılmasında görür
 

“2018-ci ildə əmək haqqı və pensiyalarda artımlar gözlənilir”. Bunu iqtisadçı-deputat Vahid Əhmədov deyib. Deputat bildirib ki, büdcədən 4-4,5 milyard manata yaxın vəsait əsaslı və investisiya xərclərinə, bir o qədər də vəsait sosial xərclərə (əmək haqqı, pensiya, sosial müavinət və s.) ayrılıb.

Hadi Qaraçay: Güneydə türkcə yazıb-oxumaq kütləviləşib, amma sistemləşməyib

 

Əslən Güney Azərbaycandan olan şair və çevirici Hadi Qaraçayın sözlərinə görə Güney Azərbaycanda türk dilində yazıb oxumaq kütləviləşsə də, sistemli şəkildə toplum daxilində oturuşmayıb. O, “Amerikanın Səsi” radiosu ilə söhbətdə türk dili ilə bağlı kampaniyalar, o cümlədən, İran dövlətinə yönləndirilən ana dilində təhsil tələbini dəyərləndirib.

İcra başçısı sakinlərin evini sökdürür - Əraziyə texnika yeridildi

 

Gəncənin Nizami rayonunda sakinlər evlərinin icra hakimiyyətinə məxsus texnikalarla sökülməsi təhlükəsi ilə qarşı-qarşıya qalıb. Əhalinin sözlərinə görə, ötən gün Nizami rayonunun icra başçısı Nizami Hacıyev "Bayan” küçəsinin sakinləri ilə görüşüb və bildirib ki, sənədsiz evlərin hamısı söküləcək.

Qarabağa bahalı qızıllar göndərən Türk şirkəti

 

Türkiyənin dünyaca məşhur “Arpaş” şirkəti Qarabağa bahalı qızıl-zinət əşyaları ixrac edir.

“Arpaş” şirkətinin saytında qızıl-zinət əşyalarının ixrac edildiyi ölkələr arasında Qarabağ ayrıca dövlət kimi qeyd olunub. Maraqlı olan budur ki, saytın rus və ingilis dillərindəki versiyasında Qarabağ ümumiyyətlə göstərilməyib. Bu fakt yalnız türk dili versiyasında var.

Saytda həmçinin qeyd olunur ki, “Arpaş” şirkəti Azərbaycana da öz məhsullarını ixrac edir.

Tiflisdə gənc azərbaycanlı rəssam Fidan Əliyevanın fərdi sərgisi açılıb

 

Gürcüstanın başkəndi Tifilisdəki Mirzə Fətəli Axundzadə adına İncəsənət Qalereyasında gənc azərbaycanlı rəssam Fidan Əliyevanın “Göy Qurşağının bütün rəngləri” fərdi sərgisi açılıb. Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə açılan sərgidə Türkiyənin, Belarusun səfirləri, diplomatlar, Gürcüstan parlamentinin deputatları, tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.