05 October 2017

60 yaşlı Elçin Şıxlı: “Məğlub olsam da, səhv etməmişdim”

 

Bu gün tanınmış jurnalist, 2014-cü ildən fəaliyyəti dayandırılmış "Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlının 60 yaşı tamam olub. O, 1957-ci ilin 4 oktyabrında Bakıda məşhur yazıçı İsmayıl Şıxlının ailəsində doğulub. Modern.az saytı tanınmış jurnalistdən yubiley yaşı ilə əlaqədar müsahibə alıb.

- Elçin müəllim, bu gün yubiley yaşınızı qeyd edirsiz. 60 il əvvələ qayıdıb ötən günləri analiz edə bilirsinizmi?

“İftixar Piriyev teatr adamı deyil”

Dəyərli oxucular! 16 sentyabr 2007-ci ildə “Reytinq” qəzetinin 35 (424) sayında səhifə 22-də İftixar Piriyevin əməlləri ilə bağlı geniş reportaj çap olunubdur. Fikrimizcə bu yazı elə bu gün də öz aktuallığını saxlayır. Ona görə də yazını yenidən yayınlamaq qərarına gəldik.

Xalq artisti Tariyel Qasımov: “İftixar Piriyevin dövlət pulunu mənimsəməsi ilə bağlı əlimdəki bütün sənədləri Əbülfəs Qarayevə verdim”

2017-ci ildə Azərbaycanda inflyasiya 14% təşkil edəcək

 

Bu ilin yekununda Azərbaycanda inflyasiya 14% təşkil edəcək. Bunu “Reuters” agentliyinə müsahibəsində Asiya İnkişaf Bankının (ADB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nəriman Manapbəyov deyib.

Onun sözlərinə görə, manatın məzənnəsi sabit qalarsa və tariflər artırılmazsa, gələn il qiymət artımı 10% olacaq. Qeyd edək ki, ADB bundan əvvəl 2017-ci ildə Azərbaycanda qiymətlərin 9% artacağını proqnozlaşdırırdı.

“MELİSSA PARK”dan şok faiz fırıldağı – Müştəriləri necə aldadırlar?

 

Paytaxtda fəaliyyət göstərən tikinti şirkətləri “4,4 % effektiv üsul” adı ilə müştəriləri aldadır. Belə ki, Xırdalan, Yeni Günəşli, Nizami, Yasamal və Biləcəri ərazilərində inşa edilən binalardakı mənzillər bazar qiymətindən dəfələrlə baha qiymətə satılır.Bu barədə axar.az məlumat yayıb. “Melissa Park” kimi inhisarçı tikinti şirkətləri hazırda bu yolla müştəriləri özlərinə cəlb etməyə çalışır.

Konqresdə postsovet məkanında mətbuat azadlığı üzrə dinləmələr

 

ABŞ Helsinki Komissiyası və Nümayəndələr Palatası çərşənbə günü postsovet dövlətlərində jurnalistlərə sistemli şəkildə hücumlar barədə dinləmələr keçirəcək. Təşkilatçıların sözlərimə görə, postsovet məkanında avtoritar rejimlər jurnalistlərə sistemli şəkildə hücum edərək, mətbuatı qorxutmağa və susdurmağa çalışırlar.
 

“Bu dəfə premyaranı sənsiz edəcəyik”

 

Hər zaman onu görəndə istər istəməz üzümdə çox qəribə bir sevinc dolu təbəssüm yaranırdı. Çünki maraqlı bir insan olmaqla yanaşı həm də dostluğa, yoldaşlığa etibarlı birisi idi. Artıq, onu sıralarımızda görmürük. Zalım fələk, amansız ölümün kələyi onu bizdən çox tez alıb uzaqlara apardı. Heç bilməzdim ki, onun haqqında belə tez yazmaq qərarına gələçəm. Sanki buna heç hazır da deyildim. Ançaq, yazmaq qərarına gəldim.

Avstriya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi qeyd olundu

 

Avstriyanın başkəndi Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan və Avstriya arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbiri açan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova Azərbaycan ilə Avstriya arasında əlaqələrin qədim tarixə malik olduğunu bildirib. Azərbaycan müstəqillik əldə etdikdən sonra hər iki ölkə arasında müxtəlif sahələrdə yüksək səviyyədə əlaqələr qurulduğunu bildiribdir.

 

“Qazpulu” vətəndaşdan alınır, məmurdan yox - NİYƏ?

 

14 nazirlik və 12 büdcə təşkilatının "Azəriqaz"a 32 milyon manat borcu var. "Azəriqaz" İB tərəfindən əhali sektoru üzrə satılan qazın dəyəri tam yığılmaqla aprel ayı ərzində 664 min manat, may ayı ərzində 5257 min manat, iyun ayı ərzində isə 3538 min manat debütor borc yığılıb. Bu barədə "Azərbaycan respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.

Turan agentliyinin bank hesabları yenidən dondurulub

 

Vergilər Nazirliyi oktyabrın 2-də Turan agentliyinin hesabları olan banklara hesaba daxil olan pul vəsaitlərinin agentliyin vergi borcunun ödənilməsi üçün müsadirə edilməsi haqqında göstəriş göndərib. Bu barədə Turan agentliyi məlumat yayıb. Məlumatda deyilir ki, bu qərar agentliyin oktyabrın 1-dən işini bərpa etməsindən sonra banklara göndərilib.

Şahin Xiyavlı: Bir problemimiz BMT-də bir təmsiliçimizin olmamasıdır

 

Şahin Xiyavlının sözlərinə görə, İrandakı bəzi etnik cəmiyyətlərin, o cümlədən türklərin Birləşmiş Millətlər Təşkilatında insan haqları üzrə fəaliyyət göstərən təmsilçiləri olmadığı üçün kifayət qədər gündəmdə olmurlar. Norveçdə yaşayan hüquq müdafiəçisi Amerikanın Səsi” radiosuna müsahibəsində BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsinin funksiyası və qeyri-fars toplumların problemlərinin gündəmə gəlməsində təsirini dəyərləndirib.