04 October 2017

“Qu gölü” baleti Vladivostokda Eldar Əliyevin quruluşunda təqdim ediləcək

 

Oktyabrın 5-də və 6-da Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsində P.Çaykovskinin “Qu gölü” baleti nümayiş etdiriləcək.

Səhnə əsəri Eldar Əliyevin xoreoqrafik adaptasiyasında təqdim olunacaq. Xatırladaq ki, baletin xoreoqrafiyası Marius Petipaya və Lev İvanova, 1950-ci ildə redaktəsi Konstantin Sergeyevə (1910-1992) məxsusdur. Balet Eldar Əliyevin xoreoqrafik adaptasiyasında Primorsk səhnəsində ilk dəfə 2015-ci il yanvarın 23-də qoyulub.

“Mariya-2” səhnəsində Timur Əsgərovun iştirakı ilə “Park” baleti nümayiş etdiriləcək

 

Oktyabrın 4-də və 5-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının “Mariya-2” səhnəsində “Park” baleti nümayiş etdiriləcək. Oktyabrın 4-də səhnə əsərində balet artisti Timur Əsgərov çıxış edəcək.

 

V.Motsartın əsərləri əsasında xoreoqraf Anjelen Preljokajın quruluşunda hazırlanmış baletin dünya premyerası 1994-cü ildə Parisdə olub. Səhnə əsəri Mariya Teatrında ilk dəfə 2011-ci ildə oynanılıb.

AZAL-ın təyyarələrində uçmaq niyə 2 dəfə bahadır?

 

“Turan” İnformasiya Agentliyi “Azərbaycanlılar Gürcüstandan uçmağa üstünlük verirlər, AZAL isə susmağa” sərlövhəli yazı dərc olunub. Həmin yazıda Azərbaycanda təyyarə biletlərinin baha olması, inhisarçılıq, ölkəmizə uçan şirkətlər üçün yüksək vergilər və aeroport rüsumlarının tətbiq olunmasından bəhs edilirdi.
 

Bu yazıdan sonra adının çəkilməsini istəməyən iş adamlarından biri redaksiyamıza zəng vuraraq, Azərbaycanda bilet qiymətlərinin həqiqətən də çox baha olmasından gileyləndi.

Ukraynanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi - Bu işğaldır

 

"Azərbaycanlı dostlarımızı hamıdan yaxşı başa düşürük. Çünki bu işğaldır".

Bunu bu gün Ukraynanın xarici işlər naziri Pavlo Klimkin Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra mətbuat konfransında deyib. Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir bildirib ki, Ukrayna Azərbaycanın ərazi bütövlüyünə dəstək verməyə sadiq qalacaq.

Dünyanın xəritəsi yenidən cızılır: Yeni dövlətlərin ANONSU

 

Separatizm dünyanın siyasi mənzərəsini dəyişəcək qədər təhlükəli həddə çatıb.Son bir həftədə İraqda Regional Kürd Muxtariyyətinin və İspaniyada Kataloniya əyalətinin müstəqillik referendumu keçirməsi beynəlxalq ictimaiyyətdə ciddi narahatlığa səbəb olub.Etnik və dini-məzhəbçi qrupların özünü müstəqil dövlət elan etmək cəhdləri dünyada əksər ölkələrin parçalanmasına gətirib çıxara bilər.Bu da qarşısıalınmaz müharibələrin və terrorizmin daha geniş formada yayılması deməkdir.
 

Yeni qəbul imtahanındakı müəmma: Ballar necə bölünəcək?

 

Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış və qəbul imtahanları ilə bağlı yeni modeli açıqlayandan bəri orada yer alan müddəalar ictimaiyyət arasında müzakirələr yaradıb. İndi də maraqlı məqam ortaya çıxıb. Bu isə hər iki imtahan üçün bölüşdürələcək ballardır. Eyni zamanda hər iki imtahandan yığılacaq balların hesablanması da bir qədər qaranlıq qalır. Nəzərə alsaq ki, həm qəbul, həm də buraxılış imtahanında Azərbaycan dili və Riyaziyyat fənnindən təkrar imtahan veriləcək. O zaman balların toplanması hansı şəkildə həyata keçəcək?

“Bakı Açıq Hökümət Tərəfdaşlığının tövsiyələrini qəbul etməsə təşkilatdan çıxarılacaq”

 

"Bu hesabat iki mərhələli ictimai məsləhətləşmələr əsasında hazırlanıb və artıq bir həftədir ki, Açıq Hökümət Tərəfdaşlığının rəhbər komitəsi tərəfindən Azərbaycan hökümətinə tövsiyə olunub. Azərbaycanın Açıq Hökümət Tərəfdaşlığında qalıb fəaliyyətini davam etdirməsi həmin hesabatda nəzərdə tutulan tədbirlərin icrasından aslı olacaq" , - iqtisadcı-ekspert Qubad İbadoglu Turan agentliyinə bildirib.

Açıq Hökumət Tərəfdaşlığı Azərbayacanı QHT-lərin fəaliyyətinə şərait yaratmağa çağırıb

 

Açıq Hökumət Tərəfdaşlığı (AHT) Daimi komitəsi (Brüsseldə yerləşən BMT strukturu) ötən həftə "Azərbaycan hökuməti üçün yenilənmiş tövsiyələr"i dərc edib. Bunlar vətəndaş cəmiyyətinin vəziyyətini və durumun yaxşılaşdırılması üçün atılacaq zəruri addımları əhatə edir.

 

Deputat: “Gəlib laqqırtı vurub, qeybət edib, gedirlər”

 

Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yevda Abramov Modern.az saytının suallarını cavablandırıb.

 

- Yevda müəllim, sentyabrın 25-də İraq Kürdüstanında "müstəqillik referendumu” keçirildi. Bu "referendum”la bağlı sizin mövqeyiniz necədir? İsrail tərəfinin məsələyə isti münasibəti nə ilə izah oluna bilər?