03 October 2017

Manata “qırmızı xətt” çəkildi: Mərkəzi Bankı rahatladan 7.5 milyard manat

 

Dünya maliyyə sistemində baş verən dəyişikliklər Azərbaycanda hiss olunmur. İqtisadi qanunlara istinad etsək, bu mümkünsüzdür. Manatın dollar qarşısında sabit qalması, başqa sözlə desək, Azərbaycan Mərkəzi Bankının məzənnəni bu cür tənzimləməsi doğru qəbul olunmur. Maraqlıdır, manat-dollar münasibətləri bundan sonra necə tənzimlənəcək? Kəskin ucuzlaşma mümkündürmü?
 

Azərbaycanlılar Gürcüstandan uçmağa üstünlük verirlər, AZAL isə Susmağa

 

Biletlərin baha olması, inhisarçılıq, ölkənin hava məkanına digər şirkətləri buraxmaq istəməmək, Azərbaycana uçan şirkətlər üçün yüksək vergilər və aeroport rüsumlarının tətbiq olunması həmişə "Azərbaycan Hava Yolları" QSC-nin (Azerbaijan Airlines -AZAL) tənqidçiləri üçün əsas dəlillər olub. İndi isə, Rusiyanın "Pobeda" ("Победа") şirkətinin avqustda etdiyi kimi, xarici aviaşirkətlər də bu barədə açıq danışmağa və qapını çırparaq getməyə başlayıblar.

 

"Pobeda" uduzdu

Britaniyadan ilginc açıqlama: "Quzey Kıprısı tanımağın vaxtı çatıb"

 

Kıprıs adasının yunan və türk bölümlərinin birləşdirilməsi üçün edilən növbəti cəhdin iflasa uğramasının ardınca Britaniyanın keçmiş xarici işlər naziri Jack Straw "The Independent" qəzetində yazıb ki, adanın ikiyə bölündüyünü qəbul edərək "hər iki Kıprısı"uluslararası düzəndə aləmdə rəsmən tanımağın vaxtı çatıb.

Ermənilər Gürcüstanda hərəkətə keçdi: parçalma planı

 

Gürcüstanın ermənilər yaşayan Ahısqa vilayətində (Cavaxetiya) qarşıdurma baş verib.

Ahısqa vilayətinin Kumurdo kəndində ermənilər X əsrdən qalma kilsənin həyətində erməni xaçı qoymaq istəyib. İddia ediblər ki, bu erməni kilsəsidir. Gürcüstan polisi buna müdaxilə edib. Daha sonra qarşıdurma başlanıb. “Bu, dövlətə qarşı qiyamın və separatizmin ilkin mərhələsidir”, - deyə “kavkazplus” saytı yazır.
 

Mollakratiya rejimi iflasa doğru

 

Artıq Tehran rejiminin yaramazlığı ucbatından ölkənin iri şəhərlərində işsizlik 60 faizi ötüb

Mollakratiya rejiminin daxili işlər naziri ötən gün ölkədə işsizliklə bağlı narahatlıq bildirib. Nazirliyin açııqlamasına görə, ölkənin bəzi şəhərlərdə əməkqabiliyyətli əhalinin 60 faizə qədəri işsizdir.

Rəsmi şəkildə etiraf olunur ki, ölkədə əhalinin 22 faizi işsizdir

 

Kürd separatçılardan hiyləgər addım

 

Bərzani deyəsən referendumu  ləğv etmək zorunda qalıb
 

Quzey İraqda saxtakarcasına keçirilən referendum sonucu olaraq, özlərini “Quzey İraq Kürd Muxtariyyəti” elan etmiş hökumətin lideri Məsud Bərzani ali şuranın iclasını keçirib. İclas zamanı şuranın adının “İraq Kürdüstanı Siyasi Liderliyi” olması haqqında qərar qəbul edilib. Bu ifadə – “İraq Kürdüstan Siyasi Liderliyi” “Kürdüstan”ın İraqa bağlı olmasına razılıq verməsi kimi qiymətləndirilib.

Məhkəməlik iş: “İnterneti bizdən “kəsib” xaricə satırlar”

 

Son vaxtlar ölkədə ciddi internet problemi yaşanır. Bu istifadəçilərin narazılığına səbəb olsa da, provayderlər məsələnin səbəbini açıqlamaqdan imtina edirlər. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi isə internetin ötürülməsində hər hansı problem olmadığını bildirir. Problemlə bağlı provayderlər "Delta Telecom"u, "Delta Telecom" isə provayderləri ittiham edir. Bildirirlər ki, internetin ötürülməsində 99 faiz problem yoxdur.

İnternet bu səbəblərə görə yoxdur...

Vergilər Nazirliyi: Turan Agentliyinə qarşı cinayət işi davam edir

 

Vergilər Nazirliyi Turan İnformasiya Agentliyinə bir müddət əvvəl agentlik barəsində açılmış cinayət işinin davam etdirildiyi haqqında məlumat göndərib. Nazir müavini Namiq Əliyevin imzaladığı 26 sentyabr tarixli məktub oktyabrın 2-də agentliyə daxil olub. Məktubda qeyd edilir ki, agentliyin direktoru Mehman Əliyevə qarşı həbs qətimkan tədbiri sentyabrın 11-də "başqa yerə getməmə" qətimkan tədbiri ilə dəyişdirilib, bu da ölkədən çıxma qadağası deməkdir.

Avropa Məhkəməsi dörd jurnalistin şikayəti üzrə kommunikasiyaya başlayıb

 

Avropa İnsan Hüquqları Məhkəməsi ölkədən çıxışına qadağa qoyulan şəxslərin şikayəti üzrə kommunikasiyaya başlayıb. Bunlar jurnalistlər Aynur Elgünəş, Aytac Əhmədova, Natiq Cavadlı və Xədicə İsmayılovadır. Bu barədə vəkil Fariz Namazlı Facebook səhifəsində məlumat yayıb.

İlk üç şəxs Meydan.tv.nin fəaliyyəti ilə bağlı aparılan cinayət təqibi çərçivəsində, X.İsmayılovanın isə şərti cəza tətbiq edildiyi üçün ölkədən çıxışına qadağa qoyulub.

İspaniyanın Baş naziri Kataloniyada keçirilən seçkilərlə bağlı açıqlama verib

 

İspaniyanın Kataloniya vilayətində qeyri-qanuni referendum keçirilib. Bununla bağlı İspaniya hökumətinin başçısı Mariano Raxoy açıqlama verib. O Kataloniyadakı seçkilərin baş tutmayacağı barədə dəfələrlə edilən xəbərdarlığa məhəl qoymayan yerli hökuməti baş verən qalmaqallarda günahlandırıb.

 

“Azərbaycanda alman mədəniyyəti irsinin izləri” mövzusunda növbəti elmi seminar

 

Dünyaşöhrətli Maestro Niyazinin ev-muzeyinin və Mədəniyyətşünaslıq üzrə Elmi–Metodiki Mərkəzinin birgə təşkilatçılığı ilə “Mədəniyyət naminə elm” adlı layihə çərçivəsində “Azərbaycanda alman mədəniyyəti irsinin izləri” mövzusunda növbəti elmi seminar keçirilib.

Seminarda mərkəzin direktoru Asif Usubəliyev Azərbaycan ərazisinə almanların köçürülməsindən və alman məskənlərinin salınmasından 200 il ötdüyünü bildirib.