BVF: Azərbaycanda bir neçə bank bağlana bilər

 

Qlobal amillər 2017-ci ildə Qafqaz və Mərkəzi Asiyada da iqtisadi aktivliyə təsir edəcək. Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatında bildirilir. Azərbaycanda artım tempi neft hasilatının azalması və neftin qiymətinin ucuzlaşması, tikinti sektorunda azalma və maliyyə sektorunun zəifliyi nəticəsində aşağı düşüb. Proqnoza görə, neft hasil edən ölkələrdə bu il 3,1%,gələn il 4,1% artım olacaq.

Azərbaycanda aktivlik OPEK-in hasilatı azaltmaq qərarı ilə bağlı bir qədər artacaq. Neft ixrac edən ölkələrdə neft nəzərə alınmadan büdcə kəsiri 2016-cı ildə ÜDM-in 14,9%-i qədər olub. Bu, ötən ilkindən 3,6% yaxşıdır. Bu, əsasən kapital xərclərinin azalması və neftlə bağlı olmayan gəlirlərin azalması ilə əlaqədardır. BVF-nin proqnozuna görə, 2017-ci ildə neft hasil edən ölkələrdə büdcə kəsirinin artması neft hesaba alınmadan 20,6% olacaq. Bu, ilk növbədə Qazaxıstanda bank siteminə kompleks dəstək və ARDNF-dən Mərkəzi Banka borc öhdəliklərinin ödənilməsi üçün vəsait köçürülməsi ilə bağlıdır. Azərbaycan qeyri-istehsal dövlət investisiyalarını azaltdığı üçün 2018-ci ildə kəsir 13,5%-dək azalacaq. Qazaxıstanda isə büdcə stimulunun müddəti bitəcək. BVF 2017-ci ildə neft ixrac edən ölkələrdə 8,3%, 2018-ci ildə 7,6% inflyasiya gözləyir. Bu proqnozlar Qazaxıstanda tengenin möhkəmlənməsi və dövlət xərclərinin azalması ilə bağlı zəifləyən inflyasiya təzyiqini əks etdirir. Daha bir amil Azərbaycanda planlaşdırılan büdcə konsolidasiyası və manatın tam üzən məzənnəyə keçməsi ilə bağlı zəif inflyasiya perspektividir.

“Mübadilə məzənnəsinin sabitləşməsi və inflyasiya təzyiqinin azalması bir sıra mərkəzi banklara 2016-cı ilin əvvəlindən dərəcələri azaltmaq imkanı verib. Neft ixrac edən ölkələrdən Qazaxıstan, idxalçı ölkələrdən Ermənistan, Gürcüstan, Qırğızıstan belə edib.

Azərbaycanda isə mübadilə məzənnəsini qorumaq və inflyasiya təzyiqini aradan qaldırmaq üçün pul kredit siyasəti sərtləşdirilib”.

Hesabatda deyilir ki, "Azərbaycanda kapitallaşma və dövlət tərəfindən problemli kreditlərin alışı prosesi davam edib. Lakin kapitallaşma ilə bağlı yeni planların işlənməsindən sonra bir neçə bank da bağlana bilər.

Amerikaninsesi.org

 

09:26