Büdcə xərcləri iki milyard manat artırılır: Müzakirələr başladı

Bu gün Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir.

Xudaferin.eu-nun xəbərinə görə, iclasda 2018-ci ilin dövlət büdcəsinə dəyişikliklər layihəsi müzakirə edilir.

İclasda adıçəkilən komitənin üzvləri ilə yanaşı, Maliyyə, Vergilər, İqtisadiyyat nazirliklərinin təmsilçiləri, Hesablama Palatasının sədri də iştirak edir.

Qeyd edək ki, dövlət büdcəsinin xərclər hissəsinin 2 milyard 13 milyon manat artırılması, neftin qiymətinin isə 55 dollar götürülməsi nəzərdə tutulur.

Xudaferin.eu

12:04