Bu ölkədən olan qaçqın və miqrantların sayı 5 milyon nəfəri keçdi

 

Suriyada münaqişənin başlamasından ötən altı il ərzində miqrant və qaçqınların sayı ilk dəfə 5 milyon nəfəri keçib.

BMT-nin Qaçqınlar üzrə Agentliyindən bildirilb ki, bu rəqəm keçən il başda Türkiyə olmaqla Livan, İordaniya, İraq və Misirdə olmaqla 4,8 milyon idi. Bu arada bölgədə ən çox qaçqına ev sahibliyi edən ölkə 3 milyon ilə Türkiyədir. Agentliyin məlumatına görə, xarici ölkələrin gələn bütün qaçqınların 2018-ci ilə qədər 10%-nin yerləşdirilməsi ilə bağlı qərar qəbul etdiyi konfransdan bir il sonra 500 min nəfərdən yalnız 250 mini yerləşdirilib.

BMT agentliyi bu il təqribən 1,2 milyon qaçqının köçürülməyə ehtiyac duyacağını, onlardan 40%-nin suriyalı olacağını hesab edir. BMT-nin Qaçqınlar üzrə ali komissarı Filippo Grandi yenidən yerləşdirmənin qaçqınların qorunması üçün həyati əhəmiyyət daşıdığını ifadə edərək, 2017-ci ildə beynəlxalq aləmi bu mövzudakı cəhdlərinə sürət qazandırmağa və verdiyi vədləri yerinə yetirməyə çağırıb.

Xudaferin.eu
ABŞ, “Vaşinqton Bürosu”

06:06