Bu ölkədə mühacirlər kölə bazarında satılır

 

Quzey Afrika ölkəsi Liviyada mühacirlərin kölə bazarlarında satıldıkları ortaya çıxıb.

İngiltərədə dərc olunan “The Guardian” qəzetinin xəbərinə görə, satılmaqdan xilas olan mühacirlərin bir hissəsi yaşadıqlarını BMT-yə bildirib. Avtobusla Liviya sahilinə gələrək, Avropaya rezinlə keçməyi planlaşdıran və bunun üçün avtobus səyahəti üçün pul ödəyən 34 yaşındakı seneqallı bir immiqrant avtobusda gedərkən bir anda istiqamətin dəyişdiyini və "vasitəçilər pulmu ödemedi" deyən sürücü özlərini kölə kimi satmaq istədiyini izah edib. Uluslararası Miqrasiya Təşkilatına da təqdim edilən yeni ifadələrə görə, Liviyada cəmiyyətə açıq kölə bazarları qurulur.
Təşkilatın fövqəladə hallar və əməliyyatlar üzrə rəhbəri Mohammed Abdiker son dəlillərin Liviyadakı hüquq pozuntularının son halqası olduğunu və Liviyada araşdırmalarına davam etdikdə daha dəhşətli gerçəklərlə qarşılaşdıqlarını söyləyib.

BMT Uşaq Fondu UNICEF isə əvvəlki ay yaydığı hesabatda uşaq miqrantların dramına diqqət çəkmişdi. Xeyli sayda immiqrant uşağın Livandan İtaliyaya getmək üçün təhlükə ilə üzləşdiklərinə dair xəbərdarlıq edən UNICEF 26 minə yaxın uşağın keçən il yalnız başına Aralıq dənizini keçməyə cəhd göstərdiyini bildirmişdi. UNICEF xeyli sayda uşağın insan al-veri ilə məşğul olanların əlində şiddət və cinsi təcavüz qurbanı olduğunu bəyan etmişdi.

Xudaferin.eu
“Uzaq Doğu Bürosu”

20:54