Bu ölkə də 3 yerə bölünür: Trampın adamı xəritəni salfetdə çəkdi

 

ABŞ prezidenti Donald Trampa daha bir ölkəni 3 yerə bölmək təklif edilib.

Bu barədə “The Guardian” qəzeti yazıb. Qəzetin yazdığına görə, prezidentin köməkçilərindən olan Sebastin Gorka kağız salfetə çəkdiyi xəritədə Liviyanı Osmanlı dönəmindəki sərhədlərə görə 3 yerə bölməyi təklif edib. Qəzet bildirib ki, Ağ Ev təmsilçisi bunu avropalı bir diplomatla görüşündə çəkib və salfet üzərindəki xəritədə Liviyanın bölünəcəyi 3 ölkənin sərhədlərini müəyyən edib. Plana görə, Trablus və Tobruk dənizə çıxışı olan Trablusgarp və Sireneyka adlı iki ölkə olacaq. Çad sərhədinə yaxın Fizan bölgəsində isə ayrı dövlət qurmaq planı var. Planı hazırlayan şəxsin Trampın Liviyadakı özəl nümayəndəsi olmaq üçün çalışdığı da xəbərdə yer alıb. O, radikal islama qarşı mövqeyi ilə tanınır. Xatırladaq ki, Liviyada 2011-ci ildə Müəmmar Qəddafinin devrilməsindən sonra daxili qarşıdurma hələ də davam edir. Mütəxəssislərin fikincə, ölkənin 3 hissəyə bölünməsi planı burdakı neft ehtiyatları səbəbi ilə sərhədyanı bölgələrdə hərbi qarşıdurmanı daha da artıracaq.

Xəzər

Cebhe.info

 

06:21