Bu missiyanın terror təşkilatı PYD/PKK-ya verilməsi təhlükəlidir

 

Rakkanın terror təşkilatı DEAŞ-dan xilas etmə missiyasının terror təşkilatı PYD/PKK-ya verilməsinin təhlükəli olacağı bildirilib. İsveçrənin Cenevrə şəhərində dördüncüsü keçirilən Suriya danışıqlarına qatılan müxalifətin hərbi nümayəndələri Rakkanı terror təşkilatı DEAŞ-dan xilas etmə missiyasının terror təşkilatı PYD/PKK-ya verilməsinin təhlükəli olacağını bildirib. Müxalifət əməliyyatın Azad Suriya Ordusu (ASO) tərəfindən həyata keçirilməsinin vacibliyini dilə gətirib.

Cenevrədə BMT-nin nəzarətində davam edən Suriya danışıqlarında iştirak edən Suriyanın hərbi müxalifətinin nümayəndələrindən və ASO komandirlərindən Faiz Əsmər ötən gün Hələbin şərqində Münbiçə irəliləyən rejim qüvvələrinin ASO-nun nəzarətindəki əl-Babı cənubdan mühasirəyə saldığını xatırladıb. Komandir bildirib ki, PYD və rejim “Fərat qalxanı” əməliyyatının Rakkaya çatmasının qarşısında maneə yaratdı. PYD və rejim arasında Rakka əməliyyatına dair razılaşma var. Rusiyanın da bunda dəstəyi olub.

Rejimin Hələbin şərq ərazilərində Deyr Hafır, Məskənə və Tabaka bölgələrindən Rakka istiqamətində irəliləməyə cəhd göstərəcəyini bildirən komandir deyib ki, rejim çöldən, Tədmur istiqamətindən də irəliləməyə cəhd göstərəcək. PYD isə əsasən Rakkanın şimal-şərq və şimal-qərbindən irəliləməyə çalışır. Bu şəkildə PYD və rejimin həm şimaldan həm qərbdən həm də cənubdan Rakkaya hücum etmə ehtimalı var. Türkiyə Silahlı Qüvvələrinin dəstəklədiyi ASO Rakkaya Təlabyad üzərindən girəcəkdirsə bir koridor açılacaq. Bu şərtlərdə PYD ilə koordinasiya olmalıdır. Rejim də Rakkaya gedəcəyi üçün, rejimlə də koordinasiya olmalıdır. Bu da ASO-nu çətin vəziyyətə salacaqdır.

ASO daxilindəki Cənub Cəbhəsinin (Əc-Cəbhə əc-Cənubiyyə) nümayəndəsi Həsən İbrahim də Əl-Babın DEAŞ-dan təmizlənməsinin terrora qarşı mübarizədə nümunə təşkil etdiyini söyləyib. İbrahim deyib ki, inşallah Türkiyə Silahlı Qüvvələri və ASO arasındakı əməkdaşlıq Rakkada da mümkün olar. DEAŞ-ı Suriyadan tam xilas edərik.

PYD/PKK-nın Rakkaya tək başına hücum etməsinin təhlükəli olacağına diqqət çəkən İbrahim “PYD-nin Rakkaya ehtimal olunan hücumu şəhərdəki vəziyyəti çətinliklə üzləşdirər. Çünki bölgədəki ərəbləri yox saya bilməzsiniz. Nəticə olaraq PYD-nin şəhərə girməsinin çox pis təsiri olar və problemi daha da dərinləşdirər.”-deyə qeyd edib.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

 

11:43