Bu il “Türkvizyon” müsabiqəsi Qazaxıstanda keçiriləcək

 

Türk Dövlətləri və Topluluqlarının çağdaş estrada musiqisi yarışması - “Türkvizyon” bu il Qazaxıstanda keçiriləcək. Bu barədə Qazaxıstan Mədəniyyət və İdman Nazirliyi məlumat yayıb.

“Türkvizyon” müsabiqəsi Türk Musiqi Birliyi (TMB) televiziya kanalının layihəsidir. Layihəyə TÜRKSOY və digər qurumlar dəstək verir. Müsabiqədə həm türkdilli ölkələrin nümayəndələri, həm də digər ölkə və regionlardan türk əsilli ifaçılar iştirak edə bilər.

Müsabiqə ilk dəfə 2013-cü ildə Türkiyənin “Türk Dünyası Başkəndi” kimi tanınan Eskişheri şəhərində keçirilib. İkinci müsabiqəyə 2014-cü ildə Tatarıstanın Kazan şəhəri ev sahibliyi edib.

Xatırladaq ki, İstanbulda keçirilən sonuncu yarışmaya Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Quzey Kıprıs, Almaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Gürcüstan, Güney Azərbaycan, Albaniya, Qaqauz Yeri, Rumıniya, Ukrayna, Belarus, Makedoniya, Kosovo, Serbiyanın Sancaq bölgəsi, Bayırbucak (Suriya), Saxa, Tatarstan, Tuva, Xakasiya, Başkortstan, Çuvaşstan, Balkar-Qaraçay, Dağıstan, Dağlıq Şor, Doğu Türküstan, Altay və İraq türkmənlərinin təmsilçiləri qatılmışdı. Münsiflər heyətinin verdiyi ballara əsasən “Türkvizyon-2015”in qalibi Qırğızıstan təmsilçisi Jiydeş İdirisova olmuş, ikinci yeri Qazaxıstanın “Orda” qrupu, üçüncü yeri isə Türkiyə təmsilçisi Görkem Yılmaz qazanmışdı.

Xudaferin.eu
Qazaxıstan, “Astana Bürosu”

 

11:50