Bəstəkar Nazim Əliverdibəyovun xatirə gecəsi keçirilidi

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış bəstəkar və pedaqoq Nazim Əliverdibəyovun 90 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib. Filarmoniyanın təşkilatçılığı ilə baş tutan gecədə unudulmaz sənətkarın həyat və yaradıcılığından, musiqi mədəniyyətimizə verdiyi töhfələrdən söz açılıb, sənət dostları onunla bağlı xatirələrini bölüşüblər. Gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası konsert proqramı ilə çıxış edib. Konsertdə bəstəkarın müəllifi olduğu əsərlər səslənib.

Qeyd edək ki, Nazim Əliverdibəyov 1926-cı ildə Şuçada anadan olub. Bəstəkar, həm də kino bəstəkarı, musiqi redaktoru olub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1951-1985-ci illər aralığında Bülbül adına orta ixtisas məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında dərs demişdir. 1964-1985-ci illərdə Bülbül adına orta ixtisas məktəbinin direktoru olub. Üzeyir Hacıbəylinin "Əsli və Kərəm" və "Leyli və Məcnun" operalarını yenidən orkestrləşdirmişdir. Üzeyir Hacıbəylinin nəşr edilmiş "Leyli və Məcnun" (1983) və "Koroğlu" (1985) operalarının partituralarının redaktoru olmuşdur. Bəstəkar Üzeyir Hacıbəylinin dayısı oğludur. Musiqişünas Ağalar Əliverdibəyovun oğludur. Skripkaçı Rasim Əliverdibəyovun, dirijor Kazım Əliverdibəyovun, pianoçu Nüşabə Əliverdibəyovanın qardaşıdır.
“Muğam” baletinin (1972), “Orqan üçün Bayatı Şiraz”, “Orqan üçün İçərişəhər lövhələri”, “Kanon üzrə bəstələnmiş elegiya” və “Vokal-instrumental əsərləri”n müəllifidir. Bundan əlavə, “Clrtdan” operasının, "Nazxanım naz eləyir" (1974, Məhərrəm Əlizadə ilə birgə) musiqili komediyasının müəllifidir. O, eyni zamanda  “Bizim küçənin oğlanları” (1973), “Çarvadarların izi ilə” (1974), “Gilas ağacı” (1972), “Göllərin tacı” (1966), “Mənim Xəzərim” (1970), “Münəccimin şagirdi” (1983), “Üzeyir ömrü” (1981), “Vulkana doğru”
(1977) və “Yaxşı qurtardıq” (1985) filmlərinin bəstəkarıdır.

Xudaferin.eu
 

11:31