Bərzani komandirindən təcili açıqlama: “Geri çəkildik”

 

Quzey İraqda 50 ilə yaxındır ki, kürd terrorizmi siyasətini aparan “Kürdüstan Yurdsevərlər Birliyinin (KYB) Siyasi Büronun üzvü və silahlı “peşmərgə” ordusunun komandirlərindən  biri sayılan Şeyx Cəfər Mustafa Haşdi Şabi və İraq ordusu ilə qarşıdurmaya girməmək üçün bəzi təmas nöqtələrindən geri çəkildiklərini açıqlayıb.

İraq mərkəzi hökumətinin ən müasir silahlarla və texnikalarla birlikdə 50 min nəfərlik qoşunla və eləcə də İraq Türkmaneli bölgəsinin könüllü silahlı qruplaşmaları qondarma “Kürdüstan Muxtariyyatı”nın tanınmaması və bölgədə kürd terrorizminin rəsmiləşdirilməsi siyasətinə qarşı çıxdıqlarını rəsmən elan etmişlər. Bunun ardınca isə, orta hesabla 70 min nəfərlik yaxşı silahlanmış və təlim görmüş hərbi birləşmələr kürd terrorizminin tüğyan etdiyi bölgələrə doğru hərəkətə keçmişlər. Bununla yanaşı, 25 sentyabr tarixində “Kürdüstan Muxtariyyatı” adına saxtakarlıq edərək referendum keçirmiş “Kürdüstan Yurdsevərlər Birliyinin (KYB) bütün dünya qarşısında özünü qalib edərək bir sıra hədələr də gəlməyə başlamışdı. Proseslərin öz əndazəsindən çıxdığını görən İraq hökuməti dərhal açıq şəkildə hərəkətə keçərək, dövlətin ərazi bütünlüyü ideyasına sadiq qaldığını nümayiş etdirməkdədir.
Qeyd edək ki, qondarma “Kürdüstan Muxtariyyatı” ideyası onsuz da işlək mexanizmlərə malik deyil. Belə ki, kürdlər öz yaxın qonşuları olan Türkiyə, İraqdakı ərəblər və türkmanlara qarşı düşmənçilik etdikləri üçün, onlar faktiki olaraq bu gün qonşu xalqlar tərəfindən mühasirəyə alınıblar.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

    

09:21