Britaniyadan ilginc açıqlama: "Quzey Kıprısı tanımağın vaxtı çatıb"

 

Kıprıs adasının yunan və türk bölümlərinin birləşdirilməsi üçün edilən növbəti cəhdin iflasa uğramasının ardınca Britaniyanın keçmiş xarici işlər naziri Jack Straw "The Independent" qəzetində yazıb ki, adanın ikiyə bölündüyünü qəbul edərək "hər iki Kıprısı"uluslararası düzəndə aləmdə rəsmən tanımağın vaxtı çatıb.

Türkiyə Kıprısa 1974-cü ildə hərbi müdaxilə edib, lakin bu, yunanların dövlət çevrilişi etməsinin nəticəsi kimi baş verib. Bu həmin dönəm idi ki, Kıprısın seçilmiş prezidenti Makarios faşist yunanlar tərəfindən devrilmiş və hətta az qala öldürüləcəkdi. O dönəmdə  BMT Təhlükəsizlik Şurasında çıxış edən Makarios elan etmişdi ki, Kıprısa Yunanıstan müdaxilə edib. Onun sözlərinə görə, çevriliş edənlərin amacı Türk xalqının iradəsini nəzərə almadan adanı Yunanıstanla birləşdirmək idi. Kıprısın bir sıra türk anklavlarında dəhşətli hücumların ardınca adadakı Türkiyə hərbçilərinin sayı dramatik şəklildə artırılıb. O vaxtdan  on minlərlə türk əsgəri adadır. Onların müdafiə etdiyi Türk xalqı adanın şimalında Quzey  Kıprıs Türk Cümhuriyyətini yaradıb. Yunan xuntasının özü isə yunanların daha bir çevrilişi nəticəsində devrilib. Bəziləri iddia edə bilərlər ki, Türkiyə Kıprısa bu qədər qoşun yeritməklə aşırı reaksiya göstərib.

Jack Straw yazır ki: "Amma Türkiyə bu vəziyyətə qollarını sallayıb sadəcə tamaşaçı kimi baxa bilməzdi". Keçmiş nazir bildirir ki, adada təhlükəyə məruz qalan britaniyalı azlıq olsaydı, heç London da buna biganə qalmazdı. Müəllif yazır ki, həmin vaxtdan bəri Kıprısa dair, əsasən də BMT-nin nəzarəti altında saysız danışıqlar aparılıb. Bu danışıqlarda, həm də adadakı Türk əsgərlərinin sayının ixtisarı məsələsi qoyulub. Adanın iki toplumunun  birləşdirilməsi üçün ən maraqlı plan 2004-cü ildə BMT-nin o vaxtkı baş katibi Kofi Annan tərəfindən irəli sürülmüşdü. O vaxt iki icma üçün bir konstitusiyanın qəbulu məsələsi qoyulmuşdu. Həmin planı türklər böyük səs çoxluğu ilə qəbul etdilər, amma yunanlar bu planı böyük səs çoxluğu ilə rədd etdilər. Burada fundamental məsələ budur ki, Kıprıs yunanlarının hər hansı razılaşmada elə bir maraqları yoxdur.

Jack Straw yazır ki, o vaxt Britaniya da daxil Avropa İttifaqı Kıprısın yunan hissəsini üzvlüyə qəbul etməklə böyük səhvə yol verib. Lakin türk sakinlər üçün bundan da təhqiramizi adanın Aİ-yə bütünlükdə qəbul edilməsi idi.
Keçmiş nazir yazır ki, bu qərar Kıprıs Türklərinin rəyini nəinki nəzərə almamış, əksinə bütöv bir icmanı havadan asılı vəziyyətə salmışdı. Straw öz məqaləsində vurğulayır ki, indi Kıprıs Türklərinə qarşı edilmiş ədalətsizliyə son qoyulmalı, Quzey Kıprısın Aİ-yə tam üzvlüyü üçün türk icmasının hazırlanmasına başlanmalıdır.

Straw yazır ki, əslində heç yunan Kıprısı da özünü nümunəvi Aİ üzvü kimi aparmır. 2011-2012-ci ildə Kıprıs Rusiya oliqarxları üçün ofşor rolunu oynamaqla öz varlığına az qala son qoyacaq maliyyə böhranı törətmişdi.

Ötən ay "The Guardian" yazmışdı ki, Kıprıs Rusiya və Ukraynanın oliqarx milyarderlərinə vətəndaşlıq satmaqla 2013-cü ildən bəri 4 milyard avro qazanıb. Adanın iki icmasının birləşidirilməsi bir də ona görə müşküldür ki, siyasi birləşmə yunanların siyasi hakimiyyəti türklərlə paylaşması demək olardı.

Keçmiş nazir yazır ki, əgər yunanlara belə bir təklif onların Aİ-yə üzvlük şərti kimi verilsəydi, bəlkə də keçərli olardı. Amma indi belə bir şərt və ya siyasi qazanc olmadan heç bir yunan lideri birləşmə üçün elektoratı arxasınca apara bilməyəcək. Jack Straw yazır ki, hazırkı status kvo sadəcə olaraq Kıprısın yunan hissəsi üçün əlverişlidir.

Xudaferin.eu
“Avropa Bürosu”

09:55