Britaniyada siyasi qeyri-müəyyənlik biznes sahələrinə mənfi təsir edir

 

 

Britaniyadakı son parlament seçkiləri və seçkilərdən sonra yaranan siyasi qeyri-müəyyənlik biznes sahələrinə mənfi təsir edir və biznesə inamı azaldır.

 

Mütəxəssislərin bildirdiklərinə görə, bu siyasi qeyri-müəyyənlik qısa müddətdə həll olunacaq bir şey deyil. Bu da biznesə olan inamı azaldır, bütün ticarət sahələrinə mənfi təsir edir. Ümumilikdə isə Britaniya iqtisadiyyatı zəifləməyə başlayır. Britaniya iqtisadiyyatı üçün yeni hökumətin ən qısa zamanda tam olaraq formalaşmasının vacib olduğu bildirilib.

Xudaferin.eu
“Avropa Bürosu”

09:23