Britaniya öz ərazisində Aİ-nin qanunlarını ləğv edir

Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə əlaqədar hazırda ölkə ərazisində qüvvədə olan minlərlə Avropa qanunu və norması Britaniya qanunlarına transformasiya edilməlidir.

Xudaferin.eu bu barədə BBC-yə istinadən xəbər verir. 

Britaniyanın Aİ-dən çıxmasına dair danışıqlar üzrə nazir Devid Devis bəyan edib ki, Avropa qanunvericiliyinin ləğv edilməsinə dair qanun parlamentə, eləcə də Uels, Şotlandiya və Şimali İrlandiya hökumətinə Avropa qanunlarını öz istəklərinə uyğun ləğv etmək, dəyişdirmək və təkmilləşdirmək imkanı verəcək.   

Yeni qanun Avropa qanunlarının Britaniyada üstünlüyünə son qoyacaq, bu isə keçən il keçirilən referendumun nəticələrinin real təzahürü olacaq. 

“Qanunlarımız Londonda, Edinburqda, Kardiffedə və Belfastda qəbul ediləcək və Lüksemburq hakimləri tərəfindən deyil, ölkə məhkəmələrinin hakimləri tərəfindən baxılacaq”, - bunu Devis İcmalar palatasında çıxış edərkən deyib.

Xudaferin.eu

17:54