“Brexit” Britaniyanın İrlandiya ilə yeni sərhədinin müəyyənləşdirilməsi zamanı ciddi müzakirələrə səbəb olub

 

“Brexit” Şimali İrlandiya ilə İrlandiya Respublikası arasındakı sərhəddin yeni qaydalar ilə təyin edilməsi zamanı ciddi müzakirələrə səbəb olub.

 

Belə ki, “Brexit”dən sonra Şimali İrlandiya Birləşmiş Krallığın Avropa İttifaqı (Aİ) ölkəsi ilə sərhəddə olan yeganə bölgəsi olacaqdır. Yeni qaydaların necə olacağı isə ciddi müzakirələrə səbəb olub. Çünki Britaniya hökuməti Aİ-ın “Gömrük Birliyi”ndən də çıxacağını açıqlayıb.

“Brexit” üzrə dövlət katibi David Davis unikal vəziyyətin nəzərə alınaraq müəyyən limitli vaxtlarda keçidin olmasını təklif edib. İrlandiya Respublikası və Birləşmiş Krallıq hökumətləri fiziki sərhədin çəkilməməsində razşılaşmaqlarına baxmayaraq “Gömrük Birliyi”nin ləğv edilməsi vəziyyəti mürəkkəbləşdirib. İrlandiya ilə Britaniya arasında yeni gömrük müqaviləsinin bağlanması, gömrük qaydalarının tamamilə ləğv edilməsi kimi təkliflər də edilib. Lakin yekun qərar hələlik verilməyib və “Brexit” üçün hazırlanan qanun layihəsində də bu məsələ aydın şəkildə öz əksini tapmayıb.

Xudaferin.eu
“Avropa Bürosu”

21:30