Bərdədə etiraz aksiyası - Ağdama yürüş

 

Bərdə rayonununda fəaliyyət göstərən 1 saylı şəhər daxili avtobusun sürücüləri etiraz aksiyasına başlayıblar
 

İlkin məlumata görə, aksiya iştirakçıları öz idarə etdikləri mikroavtobuslarla Bərdədən Ağdam rayonu istiqamətində yürüşə cəhd ediblər. Onların bu yürüşünün qarşısı yerli polis tərəfindən alınıb. Hazırda Ağdam rayon Dördyol qəsəbəsinin ərazisində davam edən aksiyaya Bərdə rayon polisindən əlavə qüvvələr cəlb edildiyi deyilir.
Qeyd edək ki, devalivasiyadan sonra, paytaxt Bakıdan fərqli olaraq, Azərbaycanın bütün bölgələrində həyat şəraiti daha da dözülməz xarakter alıb. Özəlliklə də korrupsiya və rüşvətin tüğyan etməsi əhalinin əsas başağrısı hesab olunur. Bakıda rəsmi hökumət nə qədər problemlərlə bağlı müşavirələr keçirsə də, müxtəlif yönlü sərəncamlar imzalansa da bütün bunların heç birinin bölgələrdə dəyəri belə yoxdur.
 

Elgün Gəncimsoy

Cebhe.info

 

08:52