Bərdə yenə bombalandı, 5 ölü! Necə dayandıraq? - Qarabağ qazisi Rey Kərimoğlu "Canlı debat"da

Vətən müharibəsinin 31-ci günündə şanlı ordumuz qətiyyətlə irəliləyir, düşmən isə təxribatlarından əl çəkmir. Dinc əhali və şəhərlərimiz dayanmadan bombalanır. Elə indicə, Bərdə təkrar bombalandı, daha 5 dinc sakin həlak oldu! Bu qətliamı necə durduraq?

Ordumuz bizi hər gün qürurlandırır, işğaldan azad edilən ərazilərimizin sayı artdıqca ölkə insanının əhval-ruhiyyəsi da yüksəlir. Bəs orduda əhval necədir? Əsgərimiz nə düşünür? Necə döyüşür, nələrdən keçir? Cəbhə bölgəsindəki durum, ordan görünən Bakı...necədir?

Bu suallar ətrafında cəbhədən gələn, yaralanmış Qarabağ qazisi Rey Kərimoğlu ilə müzakirə edilib.

Xudaferin.eu
 

16:48