Braziliyanın sabiq prezidenti Luis İnasiu Lula da Silva məhkəmədə dindirilib

 

Braziliyanın cənubunda yerləşən Kuritiba şəhərində ölkənin sabiq prezidenti Luis İnasiu Lula da Silvanın məhkəmə dindirilməsi keçirilib. Siyasətçinin həm tərəfdarlarının, həm də əleyhdarlarının kütləvi etiraz aksiyası keçirəcəyini gözləyən yerli hökumət orqanları məhkəmə binasını ciddi mühafizə altına alıb.

Sabiq prezident Quaruja kurort şəhərində dəbdəbəli mənzilin qeyri-qanuni əldə olunması üzrə işin gedişində dindirilib. Ümumilikdə isə Lulaya qarşı 5 cinayət işi açılıb. Günahkar sayılacağı təqdirdə o, seçkili vəzifə tutmaq imkanından məhrum olacaq.

Luis İnasiu Lula da Silva isə öz növbəsində hələ yaşadığını və prezident postuna namizədliyini irəli sürəcəyini deyib. İctimai rəy sorğularının nəticəsinə əsasən, Lula populyarlığına görə Braziliyada 2018-ci ildə keçiriləcək prezident seçkilərində mümkün namizədlər arasında ilk yeri tutur. Eyni zamanda, ən yüksək antireytinq də ona məxsusdur. Lula və onun keçən il prezident vəzifəsindən kənarlaşdırılan silahdaşı Dilma Rusef öz ünvanlarına səsləndirilən bütün ittihamları rədd edir və onu siyasi motivli sayırlar.

Xudaferin.eu
“Avropa Bürosu”

16:01