Böyük həcmdə qaz itkisi: “Azəriqaz”ın xəbəri yoxdur

 

Regional Qaz İstismarı İdarələrinin xidməti ərazilərində əhali qaz xətləri üzrə Azəriqaz İB-nin qəbul məntəqələrində iri həcmli təbii qaz itkiləri müşahidə edilir. Bunu Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı bildirib.
 

Ekspert Xaçmaz rayonu üzrə məlum olan təbii qaz itkilərini təqdim edib:

1. Xaçmaz RQİİ-nin Xızı XS-nin Sumqayıt-Siyəzən (Şurabad) qəbul məntəqəsinin xətti üzərində quraşdırılmış G-400 markalı qaz sayğacı üzrə 31 664 (otuz bir min altı yüz altmış dörd) kub metr həcmində 10,7 % nisbətində;

2. Xaçmaz RQİİ-nin Qusar XS-nin Şirvanovka qəbul məntəqəsinin xətti üzərində quraşdırılmış ROC tipli ölçü qovşağı üzrə 276 567 (iki yüz yetmiş altı min beş yüz altmış yeddi) kub metr həcmində 13 % nisbətində;

3. Xaçmaz RQİİ-nin Siyəzən XS-nin Zarat qəbul məntəqəsinin xətti üzərində quraşdırılmış G-160 markalı qaz sayğacı üzrə 32 250 (otuz iki min iki yüz əlli) kub metr həcmində 11,6 % nisbətində;

4. Xaçmaz RQİİ-nin Xaçmaz XS-nin Xudat qəbul məntəqəsinin xətti üzərində quraşdırılmış ROC tipli ölçü qovşağı üzrə 837 075 (səkkiz yüz otuz yeddi min yetmiş beş) kub metr həcmində 10,9 % nisbətində;

5. Xaçmaz RQİİ-nin Xaçmaz XS-nin Yalama qəbul məntəqəsinin xətti üzərində quraşdırılmış ROC tipli ölçü qovşağı üzrə 148 090 (bir yüz qırx səkkiz min doxsan) kub metr həcmində 19,9 % nisbətində; 6. Xaçmaz RQİİ-nin Xaçmaz XS-nin Xaçmaz qəbul məntəqəsinin xətti üzərində quraşdırılmış ROC tipli ölçü qovşağı üzrə 6 330 569 (altı milyon üç yüz otuz min beş yüz altmış doqquz) kub metr həcmində 24,6 % nisbətində qaz itkisi müşahidə olunub.

Ekspertin təqdim etdiyi rəqəmlərlə bağlı Azəriqaz İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbalayev bildirdi ki, Xaçmaz rayonunda təbii qaz itkisinin olması barədə heç bir məlumatı yoxdur.

Muxalifet.az

06:25