Boqotada nələr baş verib?

 

ADR Hərəkatının sədri, tanınmış iqtisadçı alim Qubad İbadoğlu Azərbaycanın nədən  MSŞT-dən xaric edildiyi barəsində açıqlama vermişdir. O, MSŞT-nin 36-cı toplantısının keçirildiyi Boqotada baş verənlər və hökümətin reaksiyası ilə bağlı fikirlərini FB-dəki sosial şəbəkədə bölüşmüşdür.
 

Qubad İbadoğlu bas vermiş problemlərə toxunaraq belə qeyd edir: Əvvala qeyd edirəm ki, Boqota toplantısında MSŞT üzrə Beynəlxalq İdarə Heyəti dilema ilə üz-üzə qalmışdı. Xüsusilə də Qırğızıstan, Tacikistan, Soloman Adaları ilə bağlı mübahisəsiz müzakirələrdən və həmin ölkələrin fəaliyyətinin müqavimətsiz dayandırılmasından sonra Azərbaycanla bağlı müzakirələr uzansa da görünən o idi ki, MSŞT idarə heyəti bu iclasında Azərbaycanla bağlı qərar vermək məcburiyyətindədir. Düzdür, Azərbaycan məsələsi artıq ölkə səviyyəsindən çıxmış və xeyli böyümüşdü, lakin buna baxmayaraq, MSŞT standartlarına və qaydalarına üstünlük verən beynəlxalq idarə heyəti Azərbaycanın da fəaliyyətinin dayndırılması ilə bağlı qərarını sonda çətinliklə olsa da verdi. Bir daha bəyan edirəm ki, Azərbaycanla bağlı qərar verilməsində əsas rolu Beynəlxalq Katibliyin hazırladığı islahedici tədbirlər planının icra səviyyəsinin qiymətləndirilməsi hesabatı və bu istiqamətdə olan digər huquqi dəyərləndirmələr təşkil etdi. Odur ki, bu qərarı hətta MSŞA Koalisiyasının bütün üzvləri bəyanat imzalasa belə dayandırmaq mümkünsüz görsənirdi və Azərbaycan hakimiyyəti hələ iclasdan çox əvvəldən start verdiyi lobbiçilik fəaliyyət ilə buna nə qədər çalışsa da nail ola bilmədi. Boqotoda da olan Azərbaycanın hökümət nümayəndələri bunu əvvəlcədən bildiklərinə görə, ora Azərbaycanın MSŞT-dən çıxmasına dair bəyanatı da gətirmişdilər.

İkincisi, bildirmək istərdim ki, Azərbaycanla bağlı qərar Ermənistanın üzvlüyə qəbulundan əvvəl verilib. Ermənistanla bağlı qərar da standart qaydada deyil, uzun müzakirələrdən sonra qəbul edilib. Bu müzakirələrdə çıxış edən əksər iştirakçılar Ermənistanın işğalçı olduğunu təsdiq edərək, bu ölkənin şərtlə qəbuluna çağırış ediblər.

Üçüncüsü, Azərbaycanın MSŞT-dən çıxmaq qərarını tələsik və emosional qərar hesab edirəm. Bildirirəm ki, Azərbaycan höküməti hətta belə bir qərar vermək məcburiyyətində qalsa belə onu təkbaşına qəbul etməli deyildi. Çünki, MSŞT üç tərəfli proses olduğundan hökümətin bu təklifi MSŞT üzrə Çoxtərəfli Qrupda müzkairə olunmalı və bu prosesdə iştirak edən digər iştirakçılarının da fikri nəzərə alınmalı idi. Azərbaycan hökümətinin bu qərar təkbaşına verməsini tərəflərə - o sırdan da mədən sənayesi şirkətlərinə və yerli vətəndaş cəmiyyətinə sayğısızlıq kimi qiymətləndirirəm. Hesab edirəm ki, Azərbaycan höküməti problemləri həll etməyə deyil, ordan uzaqlaşmağa qərar verib. Bildirirəm ki, bundan bütün tərəflər, beynəxalq MSŞT, yerli vətəndaş cəmiyyəti, Azərbaycanda fəaliyyət göstərən yerli və xarici mədən sənayesi şirkətləri, eləcə də Azərbaycan hakimiyyəti itirəcək. Bu qərardan demək olar ki, qazanan tərəf olmayacaq. Ən çox itkilərə kimin məruz qalması bundan sonra gedən proseslərdən və Azərbaycanın MSŞT üzrə Hökümət Komissiyasının atacağı növbəti addımlardan asılı olacaq.

Xudaferin.eu

10:59